Dərc edilib: 04-12-2018

https://www.nuh.az/18201-.html

Gürcüstanda prezident aparatı əməkdaşlarının sayı 2 dəfə azaldılır

04.12.2018 15:26:52

İqtisadiyyat

Gələn ildən Gürcüstan prezident administrasiyasının maliyyələşməsi 3,8 milyon lari (1,4 milyon dollardan çox) azaldılacaq. Bundan başqa, prezident fondu tamamilə ləğv ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu dəyişikliklər ölkənin 2019-cu il büdcə layihəsində yer alıb. 

Əgər 2019-cu il büdcəsinin əvvəlki versiyasında prezident administrasiyasının maliyyələşməsinə 9,8 milyon lari (3,6 milyon dollardan çox) ayrılması nəzərdə tutulurdusa, yekun variantda bu məbləğ 6 milyon lariyə kimi azaldılıb. 

Dövlət büdcəsi layihəsinə görə, prezident administrasiyası əməkdaşlarının sayının iki dəfədən çox azaldılması planlaşdırılır.

Xatırladaq ki, Gürcüstanda noyabrın 28-də keçirilən prezident seçkilərində hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili 59,52 faiz səslə qalib gəlib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib