Dərc edilib: 05-12-2018

https://www.nuh.az/18216-.html

Ceyhun Hacıbəylinin varisləri Bakını gəzdi - Fotolar

05.12.2018 11:59:36

Müsahibə

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlib.


“Qafqazinfo” xəbər verir ki, onlar səfərin ilk günü əvvəlcə Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər. Jurnalistlərə açıqlama verən Benjamin Hacıbəyli bildirib ki, 12 il bundan qabaq Azərbaycana gəlib: ”Ölkə inkişafa doğru çox dəyişib. Bakıda çox hündürmərtəbəli binalar var və Bakının mənzərəsi çox ecazkardır, qısa müddətdə Azərbaycan çox dəyişilib.

Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə qeyd edib ki, bu səfər çox mənalıdır və görüşdən məmnunluq duyur. 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib