Dərc edilib: 06-12-2018

https://www.nuh.az/18223-.html

İlham Əliyev keçmiş Aparat rəhbəri ilə bağlı sərəncam imzaladı

06.12.2018 11:33:55

Siyasət

Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçmiş Aparat rəhbəri Ağa-Bala Hacıyevlə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib