Dərc edilib: 07-12-2018

https://www.nuh.az/18225-.html

İlham Əliyev MDB liderləri ilə “Şelkunçik”ə baxd

07.12.2018 13:00:45

Siyasət

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyada işgüzar səfərdədir.

“Qafqazinfo”nuv verdiyi məlumata görə, MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündən sonra dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə Mariinski teatra digər MDB ölkələrinin liderləri - Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Ermənistan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da gəlib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib