Dərc edilib: 08-12-2018

https://www.nuh.az/18237-.html

Sumqayıtda qəzada ölən və yaralananların adları - Yenilənib

08.12.2018 08:46:39

Hadisə

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə  Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində  qeydə alınıb.

“Kamaz” və “VAZ-21 07” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Qəza zamanı Zaur Nəsibov dünyasını dəyişib, avtomobildə olan digər 3 nəfər - 1992-ci il təvəllüdlü Həsənov Orxan İmamverdi oğlu, 1985-ci il təvəllüdlü Qəhrəmanov Habil Vaqif oğlu və 1996-ci il təvəllüdlü Bəkirov Səbuhi İlqar oğlu ağır bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Lakin yaralılar sonradan müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndəriliblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib