Dərc edilib: 08-12-2018

https://www.nuh.az/18243-.html

"Sarı jiletlilər" yenidən küçələrdə: Böyük aksiya həbslərlə başladı (FOTOLAR)

08.12.2018 15:25:24

Günün sitatı
Fransada "sarı jiletlilər"in aksiyası yenidən başlayıb.
Qaynarinfo xəbər verir ki, səhər saatlarında çox sayda insan saxlanılıb, 30-dan çox etirazçının üzərində soyuq silah aşkarlandığı üçün həbs qərarı verilib. 
Parisin mərkəzi küçələrinə yığışan aksiya iştirakçılarına bölgələrdən qoşulanlar da var. 
Qeyd edək ki, 17 noyabrdan bəri yanacağa tətbiq edilən vergi artımı və iqtisadi vəziyyətə etiraz edən nümayiş iştirakçıları Fransa hökuməti qərarı 1 il müddətinə təxirə salandan sonra aksiyalara ara vermişdi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib