Dərc edilib: 09-12-2018

https://www.nuh.az/18249-.html

“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” - Ərdoğan

09.12.2018 08:30:00

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı bürüyən “sarı jiletlilər”in üsyanından danışıb.


“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Fransada baş verənləri Türkiyənin 15 iyul hadisələri ilə müqayisə edib:

“Bunlar 15 iyulda bizə qarşı edilənlərə səssiz qalanlardır. Ölkəmizin küçələrini atəşə və qana boğmağa çalışanlara qarşı səssiz qalanlar, görün indi nə vəziyyətdədirlər. Paris başda olmaqla, bir çox Avropa şəhəri qarışmış vəziyyətdədir. Media nümayişçilərə qarşı polisin şiddətli davranışlarının görüntüləri ilə doludur. Bizim polisimizi lağa qoyanların, onların zülm etdiyini iddia edənlərin indi öz polisləri görün nələr edir. Bizim polisimiz mərhəmətlidir. Avropa küçələrindəki görüntüləri narahatlıqla izləyirik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib