Dərc edilib: 14-12-2018

https://www.nuh.az/18330-.html

İşdən çıxarılan başçının vəzifəli qohumunun məhkəməsi başladı

14.12.2018 14:20:23

Maraqlı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 20-də davam etdiriləcək.

X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatı əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, o, Xətai rayonunda bir sıra qanunsuz tikililərlə bağlı və rüşvət almağa görə həbs edilib.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur. Razim Məmmədov dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib