Dərc edilib: 16-12-2018

https://www.nuh.az/18348-.html

Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq

16.12.2018 10:41:14

Dünya

2020-ci ildə dünyada kütləvi işsizlik olacaq. Düzdür, müəyyən iş yerləri olacaq, amma 2020-ci ildən ən böyük problemimiz işsizlik olacaq.

Bunu 5-ci Qlobal Konfransda professor Daniel Susskind deyib.
O qeyd edib ki, bu problemin kökündə elm və texnologiyanın sürətli inkişafı, onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:
"Çünki texnologiyalar inkişaf etdikcə, işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür”.
Onun sözlərinə görə, 2020-ci ildə və ondan sonra qarşıda dayanan əsas məsələlərdən biri şəffaflıq olacaq:
"Bu istiqamətdə ciddi düşünməyə ehtiyac var”. (oxu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib