Dərc edilib: 17-12-2018

https://www.nuh.az/18364-.html

Prezident yeni icra başçısı təyin etdi

17.12.2018 16:10:58

Siyasət

Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinə icra başçısı təyin edib.

“Qafqazinfo” xəbər verir ki, sərəncamla İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki. İ.İsmayılov bu təyinatadək Şəhər İcra Hakimiyyəti başçısının I müavini postunu tuturdu. 
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Niyazi Bayramov 28 avqust 2018-ci il tarixli sərəncamla vəzifəsindən azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib