Dərc edilib: 17-12-2018

https://www.nuh.az/18365-.html

Mübariz İbrahimovun ailəsindən üzr istədi

17.12.2018 16:16:48

İdman

Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan tələbə Nərmin Şahmarzadə şəhidin ailəsindən üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, o, yazdıqlarının ailəyə təhrif olunaraq çatdırıldığını bildirib: “Yenə də deyirəm, mən heç kimin oğluna qatil deməmişəm. Çox təəssüf ki, fikirlərim onlara səhv çatdırılıb. Oğul itirmiş birinə “sənin oğluna qatil deyiblər” şaiyəsini demək ən azından etik deyil. Əgər bu xəbər onlara pis təsir edibsə, incidibsə, şəxsim adına Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib