Dərc edilib: 18-12-2018

https://www.nuh.az/18381-.html

Azərbaycanda 5 gün iş olmayacaq

18.12.2018 16:23:31

Mədəniyyət
Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Qaynarinfo xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür

Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün - dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.
Yanvarın 3-ü yeni təqvim ilinin ilk iş günüdür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib