Dərc edilib: 20-12-2018

https://www.nuh.az/18400-.html

“Mən də nə zamansa evlənməliyəm” - Putindən etiraf

20.12.2018 16:22:14

Dünya

Rusiya prezidenti Vladimir Putinə illik mətbuat konfransında gözlənilməz sual ünvanlanıb.


“Qafqazinfo” xəbər verir ki, jurnalistlərdən biri Putinə nə zaman və kiminlə evlənəcəyinə dair sual verib. 

“Bəs siz evlisiniz” deyə ölkə başçısı jurnalistin sualına qarşılıq verib. Jurnalist dövlət başçısının sualını “bəli” deyə cavablandırıb. 

“Özü evlidir və buna görə, mənim üçün də eyni şeyi istəyir. Mən də, mədəni insan kimi nə zamansa evlənməliyəm” deyə Putin gülərək cavab verib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib