Dərc edilib: 22-12-2018

https://www.nuh.az/18417-.html

Netanyahu Qubada - Fotolar

22.12.2018 08:28:50

Cəmiyyət

İsrailin baş naziri Binyamin Netanyahunun qardaşı, tanınmış dramaturq İdo Netanyahu Qubaya səfər edib.


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Netanyahu Qırmızı Sloboda qəsəbəsində olub. O, iki sinaqoqda və dağ yəhudiləri messenatlarının təşəbbüsü ilə ilə tikilən muzeydə olub. Siyasi ekspert Arye Qutun sözlərinə görə, qonaq Qırmızı Sloboda qəsəbəsinə səfərindən məmnunluğunu bildirib.

O deyib ki, qəsəbə dağ yəhudilərinin yaşayışı üçün möhtəşəm və əsrarəngiz yerdir: “Burada dağ yəhudilərinin adət və ənənələrini qoruyub saxlamaq tərifəlayiqdir”.

İdo Netanyahu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə də görüşüb.

Qeyd edək ki, sabah Beynəlxalq Muğam Mərkəzində İdo Netanyahunun “Mənanın axtarışında”pyesinin premyerası olacaq.

 







 

NUH informasiya agentliyi səhifəsindən çap edilib