Dərc edilib: 22-12-2018

https://www.nuh.az/18422-.html

Yolpulunu “Bakcell”lə ödəmək olacaq

22.12.2018 13:25:30

Reportaj

"Bakcell" media nümayəndələri üçün Şəki rayonunda təlim təşkil edib.

 

 NUH.az   verdiyi xəbərə görə, iki gün davam edən təlimin ilk günündə şirkətin Məhsulların İdarə Edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov çıxış edib. 

C. Xəlilov bildirib ki, dünya əhalisinin 68%-i və ya 5,135 mlrd. nəfəri mobil telefon istifadəçisidir:  "Azərbaycanda əhalinin 78%-nin internetə çıxışı var. Əhalinin 56%-i ev  interneti, 55%-i  həm də mobil internet təşkil edir, 21%-i isə eyni zamanda ictimai WiFi-dan istifadə edir. Mobil telefon istifadəçilərinin yarısından çoxu internetdən istifadə edir. Regionlarda da mobil internetə maraq güclüdür". 

Təlimin günün ikinci yarısında davam edən hissəsində təqdimat edən Əlavə Dəyər Xidmətləri üzrə şöbə rəhbəri Fərəh Allahverdiyeva bildirib ki, "Bakcell" hazırda yeni sistem üzərində işləyir: "Gələcəkdə elektron puı kisəsi xidməti istifadəyə verilməsi nəzərdə tutulur. Abunəçilər "Bakcell" balansından kommunal ödənişlər, pul köçürmələri və digər maliyyə xidmətlərini həyata keçirə biləcəklər. Bu sistem vasitəsi ilə metro və avtobus ödənişlərinin edilməsi də mümkün olacaq. Bunun üçün sadəcə telefonu turniketə yaxınlaşdırmaq bəs edəcək".

Təlimin bu gün davam edən hissəsində "Bakcell"in texniki şöbəsinin əməkdaşı Oruc Sadıqov 4G texnologiyası haqda təqdimat edib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib