Dərc edilib: 22-12-2018

https://www.nuh.az/18427-.html

Almaniyanın avtomobil nəhəngi kütləvi ixtisara hazırlaşır

22.12.2018 17:42:00

Maqazin

Almaniyada "Volkswagen" şirkətinin elektriklə işləyən avtomobil layihəsi 7 min insanı işsiz qoyacaq.
Qaynarinfo xəbər verir ki, ölkədə yerləşən 2 zavodda istehsal başlayandan sonra ümumilikdə 7 min nəfər işdən çıxarılacaq. Elektrikli avtomobillər daha az hissədən ibarət olduğu üçün istehsal prosesində daha az işçiyə ehtiyac olacaq. 
Qeyd edək ki, son dövrlərdə Almaniyanın "Bayer AG" əczaçılıq şirkəti 12 min nəfərin ixtisarı ilə diqqət çəkmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib