Dərc edilib: 23-12-2018

https://www.nuh.az/18428-.html

Macarıstan “köləlik haqqında qanun” qəbul olundu, xalq ayağa qalxdı

23.12.2018 09:56:06

Hadisə
Macarıstan prezidenti Yanoş Aderin imzaladığı qanun layihəsini artıq xalq arasında "köləlik haqqında qanun” adlandırıblar. 
Qaynarinfo xəbər verir ki, iş vaxtından artıq iş saatları ilə bağlı əmək qanunvericiliyinə hökumətin qalmaqal yaradan düzəlişi gələn yanvarın 1-dən qüvvəyə minəcək.

Öz qərarına bəraət qazandırmaq istəyən prezident Yanoş Ader məsələyə aydınlıq gətirərək bildirib ki, o, qanunvericiliyi üç nöqteyi-nəzərdən öyrənib. Bunu əvvələn, Konstitusiyaya zidd olub-olmadığını, ikincisi, onu başqa Avropa ölkələrinin qanunvericilikləri ilə müqayisə etmək, üçüncüsü, dəyişikliklərin Macarıstandakı 4,5 milyon işçiyə necə təsir göstərəcəyini, onların müdafiə təminatının zəifləyib-zəifləməyəcəyini görmək üçün edib. Onun fikrincə, Böyük Britaniya, Danimarka, İrlandiya və Çexiyada iş vaxtından artıq iş saatları Macarıstanın iş saatları ilə üst-üstə düşür, yaxud onun göstəricilərini üstələyir.
Yanoş Aderin

Həmkarlar ittifaqı təşkilatları düzəlişə tətillərlə cavab verməyi vəd ediblər. "ındex.hu” portalı yazıb ki, Yeni il üçün irimiqyaslı etiraz aksiyaları planlaşdırılıb, lakin Milad və Yeni il bayramları arasındakı dövrdə fasilə elan edilib. Dublin, Reykyavik, Hannover, Bremen, Leypsiq, Kopenhagen, Vyana, Ştutqart, Edinburq, Paris, Münxen və Sürixdə yaşayan etnik macarlar tərəfindən etiraz aksiyaları barədə də məlumat verilir.
Macarıstan prezidenti tərəfindən imzalanan əmək qanunvericiliyi islahatı Budapeşt küçələrinə minlərlə etirazçının çıxmasına səbəb olub. Layihə elan olunduqdan sonra etiraz aksiyasına hazırlaşan nümayişçilər ölkənin ali qanunvericilik orqanının binasının qarşısına yürüş ediblər. Müxalifət bəyan edib ki, bu, başa çatan ildə onların son aksiyalarıdır, lakin Yeni ildə etirazlar davam edəcək. Macarların 70 faizi bu etirazları əsaslı hesab edir.
Ölkədə kütləvi nümayişlər dekabrın 12-dən sonra, parlament tərəfindən xalq arasında "köləlik haqqında qanun” adlandırılan qanun layihəsinin təsdiqlənməsindən sonra başlayıb. Bu layihə işəgötürənlərə artıq iş saatlarının ildə 250 saatdan 400 saatadək artırmağa şərait yaradır. Ölkənin baş naziri Viktor Orban etirazları "isterik çığırtı” adlandırıb və milyarder Corc Sorosu onların təşkilində və maliyyələşdirilməsində ittiham edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib