Dərc edilib: 26-12-2018

https://www.nuh.az/18445-.html

Natiq Əmirova yeni vəzifə verildi - Fərman

26.12.2018 13:31:13

Hadisə

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov yeni vəzifəyə təyin olunub.

 

“Qafqazinfo” xəbər verir ki, ötən gün prezidentin Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” fərmana etdiyi dəyişikliklə əlaqədar N. Əmirov şuranın sədri təyin olunub.

Şuranın üzvləri isə aşağıdakı kimi təsdiq edilib:

Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan maliyyə naziri
Azərbaycan iqtisadiyyat naziri
Azərbaycan Mərkəzi Bankının sədri
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktor

NUH informasiya agentliyi səhifəsindən çap edilib