Dərc edilib: 26-12-2018

https://www.nuh.az/18447-.html

“Bakcell”dən məzun və tələbələrə növbəti dəstək

26.12.2018 14:00:13

Reportaj
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilmiş beşinci məzun-karyera sərgisinə qatılıb. 
Universitetin məzun və yuxarı kurs tələbələri üçün təşkil edilmiş sərgiyə 70-ə yaxın şirkət və müəssisə tərəfindən 400-dən artıq vakant iş yeri çıxarılıb. Tədbirdə iştirak edən məzun və tələbələrə "Bakcell”in satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib. 

Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib