Dərc edilib: 27-12-2018

https://www.nuh.az/18462-.html

Vüsalə Mahirqızı yeni sayt açdı

27.12.2018 17:52:17

Maqazin

Fəaliyyəti dayandırılan “APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı yeni sayt açıb.

“Qafqazinfo” xəbər verir ki, tanınmış media rəhbəri bu dəfə tibb sahəsindən bəhs edəcək portal yaradıb.

V. Mahirqızı özü bu barədə sosial şəbəkədə məlumat paylaşıb və e-tibb.az portalının fəaliyyət istiqamətləri barədə məlumat verib.

O, sözügedən layihəyə Nurşən Quliyevin rəhbərlik edəcəyini qeyd edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib