Dərc edilib: 28-12-2018

https://www.nuh.az/18465-.html

Naxçıvanın gəliri 80, xərci 383 milyon manat...

28.12.2018 13:03:28

İqtisadiyyat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında MR-nın dövlət büdcəsi təsdiq olunub.

“Qafqazinfo” xəbər verir ki, NMR-nın 2019-cu il dövlət büdcəsinin gəlirləri 83 milyon 340 min manat, xərcləri 383 milyon 700 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 300 milyon 360 min manat məbləğində təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib