Dərc edilib: 28-12-2018

https://www.nuh.az/18470-.html

İnam Kərimov yeni direktor təyin etdi (FOTO)

28.12.2018 16:47:04

Günün sitatı

Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyinatı olub.
 report  xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Ramil Salman oğlu Salmanov Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunub. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsinin direktoru vəzifəsində işləyib.
Qeyd edək ki, bu təyinatadək Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini Mustafa Əliyev icra edib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib