Dərc edilib: 29-12-2018

https://www.nuh.az/18471-.html

Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

29.12.2018 15:00:44

Maqazin

Rusiyanın Sank-Peterburq şəhərində şahmatın rapid növü üzrə dünya çempionatı keçirilib.


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarışı gümüş medalla başa vurub.

Təmsilçimiz keçirdiyi oyunlarda ümumilikdə 10,5 xal toplayıb. Onu çempionluqdan cəmi yarım xal ayırıb. Belə ki, 11 xal toplayan rusiyalı Daniel Dubov dünya çempionu olub.

Bürünc medalı isə ABŞ şahmatçısı Hikaru Nakamura (10,5 xal) qazanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib