Dərc edilib: 29-12-2018

https://www.nuh.az/18473-.html

Tağı Əhmədov Həccə getdi (FOTO)

29.12.2018 15:33:44

Hadisə

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Səudiyyə Ərəbistanına yola düşüb.

A24.az-ın əldə etdiyi məlumata görə, T.Əhmədov bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları tərəfindən ziyarətə yola salınıb. Onun ölkənin Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət edəcəyi bildirilir.
Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Adətən, Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə ümumilikdə 9 gün çəkir.
Xatırladaq ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib