Dərc edilib: 31-12-2018

https://www.nuh.az/18487-.html

Banqladeşdə Şeyx Hasina seçkilərdə üçüncü dəfə qalib gəldi

31.12.2018 15:13:18

Günün sitatı

Banqladeşdə keçirilən parlament seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb.


“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, iqtidardakı Şeyx Hasinanın liderliyindəki Böyük İttifaq seçkilərdə bğyük fərqlə qalib gəlib.

Bu ittifaq parlamentdəki 300 mandatdan 281-ni əldə edib.

Müxalifətdəki Kamal Hüseynin Milli Birlik İttifaqı isə sadəcə 6 mandat qazana bilib. Digər partiyaların parlamentdə nə qədər deputatla təmsil olunacağı rəsmi nəticələr elan olunduqdan sonra bilinəcək.

Qeyd edək ki, Böyük İttifaqın daxil olduğu Avami Birliyi üçüncü dəfə hökuməti quracaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib