Dərc edilib: 02-01-2019

https://www.nuh.az/18499-.html

İlham Əliyev Putinə başsağlığı verdi

02.01.2019 14:13:28

Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib. 
Qaynarinfo-nun məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:

Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram.

NUH informasiya agentliyi səhifəsindən çap edilib