Dərc edilib: 03-01-2019

https://www.nuh.az/18505-.html

Bakının simvolu olan tramvaylar yenidən bərpa olunacaq (VİDEO)

03.01.2019 14:19:52

Mədəniyyət

Bir zamanlar Bakının simvolu olan tramvaylar regionda ilk dəfə məhz paytaxtda yaradılıb.

ARB TV  xəbər verir ki, 1924-cü ildə Bakıda ilk elektrik tramvayı açılıb. Həmin ildən 2000-ci illərə qədər əhalinin xidmətində olub. Sonra isə, necə deyərlər, tarixə dönüb. İndi nə tramvaylar var, nə də həmin ab-hava.
Sakin: "Tramvaylarla gediş-gəliş həm gözəl idi, həm görüntü olaraq da yaxşı idi".
Sakin: "Həm sürəti normal olur, həm şəhərimizin gözəlliyi artar".
Sakin: "Həm maddiyyat baxımından insanların xeyrinə olar, eyni zamanda ekoloji baxımdan yaxşı olar".
Sakin: "Videolarda, şəkillərdə görmüşəm, gözəl görünür".
Ekspertlər isə hesab edir ki, yaxın zamanlarda Bakıda tramvay sisteminin işə salınması asan başa gəlməyəcək.
Fərhad Eyyubov - ekspert: "Tramvay xətlərinin çəkilməsi üçün müəyyən yol lazımdır. Əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğun olar. Hal-hazırda Bakı şəhərinin şəhərsalma planlarına görə, şəhərin mərkəzi hissəsində tramvayların işləməsi çox çətindir".
Mütəxəssilərin fikrincə, yaxın dövrdə tramvayların işə düşməsi yalnız turistik nəqliyyat vasitəsi ola bilər, çünki sərnişindaşıma tramvaylarının yenidən qurulması üçün böyük vəsait və ondan başqa vaxt tələb olunur.
Fərhad Eyyubov - ekspert: "Ola bilər ki, şəhər ətrafında, müəyyən ərazilərdə turist daşımaları üçün gözəl formada yerinə yetirmək olar. Bu da iqtisadi nöqteyi nəzərdən deyil, paytaxtımıza turistlərin cəlb edilməsi üçün, gözəlləşdirmək üçün".
Tramvay sistemi ekoloji cəhətdən də vacib hesab edilir.
Elməddin Muradlı - ekspert: "Bakıda ictimai nəqliyyat növü azdır. Proqramda da öz əksini tapan məsələ ondan ibarətdir ki, Azərbaycanda ictimai nəqliyyat növlərini sayı artırılsın. Burada həm tramvaylar nəzərdə tutulur, həm dəniz nəqliyyatı".
Dünyanın bir çox inkişaf etmiş ölkələrində Finlandiya, Almaniya, Norveç, İsveç, Türkiyədə tramvay vacib nəqliyyat növü hesab edilir. Bakıda isə tramvay sisteminin bərpasının 2019-2023-cü illər ərzində reallaşacağı nəzərdə tutulur. Hansı istiqamətlərdə fəaliyyət göstərəcəyi barədə isə hələlik məlumat yoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib