Dərc edilib: 05-01-2019

https://www.nuh.az/18513-.html

Eldar Əzizov Avropadan Bakıya yeni zibil qabları gətirtdi - FOTO

05.01.2019 09:55:17

Hadisə

Bakıya müasir plastik konteynerlər gətirib. Onlar nəinki dizaynı, həm də keyfiyyəti ilə seçilir.


BakuPost   xəbər verir ki, zibil yeşiklərinin ilk partiyası artıq Nəsimi, Yasamal, Səbail və Nərimanov rayonlarında, bir sıra mərkəzi küçələrdə quraşdırılıb. Bu qabların əvvəlkilərdən bir sıra üstünlükləri var.

Əvvəl qapaqsız, açıq zibil yeşiklərindən polietilen paketlər, qəzet, kağız kimi zibili külək uçurur, paketlər ağaclara ilişirdi. Yeni konteynerlər möhkəm bağlanın qapaqlı olduğu üçün zibilin yayılmasının qarşısı alınacaq. Qapaq hermetik bağlandığından həm də pis qoxunun qarşısı alır. Həm də bu qutular daha tutumlu və müasir dizayndadır.

  • Eldar Əzizov Avropadan Bakıya yeni zibil qabları gətirtdi- FOTO

NUH informasiya agentliyi səhifəsindən çap edilib