Dərc edilib: 05-01-2019

https://www.nuh.az/18516-.html

ABŞ-da ilk dəfə bir türk bələdiyyə sədri seçildi

05.01.2019 15:00:24

Maqazin

ABŞ-ın Nyu-Cersi ştatının Çethem bölgəsinin bələdiyyə sədrliyinə türk əsilli Tayfun Selen seçilib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, T.Selen ABŞ-da bu vəzifəyə seçilən ilk türk kimi də tarixə düşüb.

Türkiyənin Nyu-Yorkdakı Konsulluğu rəsmi açıqlama yayaraq onu təbrik edib.

Qeyd edək ki, İstanbul Texniki Universitetindən məzun olan 47 yaşlı memar 15 ildir Çethemdə yaşayır. O, hazırda “Lincold Educational Services” adlı məktəbin direktor müavinidir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib