Dərc edilib: 06-01-2019

https://www.nuh.az/18519-.html

Nar qabığının faydaları

06.01.2019 10:16:30

Reportaj
Nar yeyəndən sonra qabığını atırsınız? Artıq atmayacaqsınız. Hətta bütün həkimlərin əcdadı sayılan Hippokrat bu meyvənin qabığı ilə açıq yaraları sağaldırdı.

 publika.az  xəbər verir ki, nar qabığı C vitamini ilə zəngindir. O, qanaxma və hemoroyu da sağaldır. Qurudulmuş nar qabığının tozunu suya əlavə edib gün ərzində içsəniz, bu xəstəliklərdən qurtulacaqsınız. Öskürək zamanı isə bu məhlulla qarqara etməyiniz kifayətdir.

Nar qabığının məhlulu həmçinin tökülmüş saçları bərpa edir, kəpəyin qarşısını alır. Onunla üzünüzü yusanız, dəriniz də mərmər kimi təmiz olacaq.
Nar qabığının tozunu yaşıl çay, keşniş toxumu, zəncəfil və nanə ilə birgə dəmləyin. Hazırladığınız şəfalı içki bütün qadın xəstəliklərinin düşmənidir. Böyrək və mədə xəstəliklərinin də qarşısını alır.
Bəs nar qabığının tozunu necə hazırlayaq?
Bunun üçün qabığın içərisindəki ağ hissəni kəsib atın, çünki olduqca acıdır. Sonra qabığı isti yerdə qurudun. Ətçəkən maşından keçirdib tünd rəngli şüşə qaba tökün, qaranlıq və quru məkanda saxlayın.

NUH informasiya agentliyi səhifəsindən çap edilib