Dərc edilib: 06-01-2019

https://www.nuh.az/18525-.html

Qızılbaş ələvilər niyə sırğa taxırdılar? - FAKTLAR

06.01.2019 17:48:35

Cəmiyyət

Qədim dövrlərə aid rəsm və miniatürlərdə şahzadələrin və kişilərin qulağında sırğa görürük.

Bu sırğaların xüsusi rəmzi mənaları olub. Bu barədə qısa məlumatı "Ölkə.Az”a tarixçi alim Əkbər Nəcəf verib.
Kişilərin qulaqlarına sırğa taxması xüsusi bir təriqətin əlaməti idi. Heydərilik adlanan bu təriqət qızılbaş-ələvilərə güclü təsir göstərmişdi. Bu təriqətin başlıca xüsusiyyəti üstlərində mütləq şəkildə dəmir və ya dəmir parçası gəzdirmələri idilər. Qulaqlarına da dəmir həlqə keçirirdilər.
Odun içində rəqs edib cəzbə halına girmələri də Heydəri dərvişlərinin başlıca əlamətləri arasında olub. Şah İsmailin qulağına sırğa taxması heydərilik əlamətidir. XIX əsrə qədər türklər arasında qulağa sırğa taxılması adəti yaşayırdı.
Heydəriliyin Şah İsmailin atası Şeyx Heydərlə əlaqəsi yoxdur. Bu təriqətinin banisi Şeyx Qütbəddin Heydər olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib