Dərc edilib: 07-01-2019

https://www.nuh.az/18526-.html

İcra başçısı vəfat etdi

07.01.2019 12:23:33

Hadisə

Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də dünyasını dəyişib.


Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

Mahmud Quliyev uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb.  2000-ci ildən 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirmiş.

NUH informasiya agentliyi səhifəsindən çap edilib