Dərc edilib: 07-01-2019

https://www.nuh.az/18527-.html

“Mehman aclığı dayandırmaqla bağlı akta imza atıb” - Rəsmi

07.01.2019 12:41:22

Maraqlı

“Mehman Hüseynovun hazırda səhhətində problem yoxdur. O, qida və maye qəbul edir. Ümumiyyətlə isə, 2019- cu ildə aclıq elan etməyib”


Bunu “Qafqazinfo”ya açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov  deyib. O, bildirib ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırması ilə bağlı akta da imza atıb: “Onun xəstəxanaya aparılması ilə bağlı  yayılan məlumatların da əsası yoxdur.

Vəkilləri ilə görüşür, ailə üzvləri ilə telefonda əlaqə saxlayır”.

Xidmət rəsmisi əlavə edib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: “Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib