Dərc edilib: 07-01-2019

https://www.nuh.az/18528-.html

Azərbaycanda rektor vəfat etdi

07.01.2019 13:11:26

Günün sitatı

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev bu gün dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Ç. Əliyev 1963- cü ildə Bakıda anadan olub. 2013-cü ilin dekabrında Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Ölkə başçısının 24 iyul 2015-ci il tarixli  Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. “Donanmanın fəxri işçisi” olan Çingiz Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, prezidentin 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. 

Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib