Dərc edilib: 07-01-2019

https://www.nuh.az/18531-.html

XİN-dən qəribə açıqlama: "Daimi nazir müavini postu yoxdur"

07.01.2019 17:55:16

Cəmiyyət

Xələf Xələfov xarici işlər nazirinin müavini postundan azad olunandan sonra, həmin vəzifəyə təyinat həyata keçirilməyib.
Həmin postun ləğv edildiyi barədə məlumatlar da yayılıb. O zaman Xarici İşlər Nazirliyindəki (XİN) nazir müavini vəzifələrindən birinin ixtisar olunduğunu söyləmək olarmı? 
Modern.az saytı mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə sual ünvanlayıb. XİN-mətbuat xidmətindən verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib:
"Hazırda Xarici İşlər Nazirliyinə hansısa diplomatın yeni nazir müavini gətirilib-gətirilməyəcəyi barədə bir söz deyə bilmərik. Çünki nazirlikdə konkret hansısa post olmur. Məsələn, sonuncu dəfə Ramiz Həsənov nazir müavini təyin olunub. Ona görə də daimi nazir müavini postu yoxdur. Həmçinin bildirək ki, nazir müavinləri prezidentin sərəncamı ilə təyin olunur. Sadəcə, Xələf Xələfov nazir müavini postundan geri çağırılandan sonra yeni nazir müavininin təyin olunub-olunmaması rəhbərliyin verəcəyi qərardır. Əlavə nəsə demək olmaz”.
Qeyd edək ki, Xələf Xələfov ötən ilin  dekabrından xarici işlər nazirinin müavini postundan azad olunaraq, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Xələf Xələfov Xarici İşlər Nazirliyindən çıxarılmayanadək nazir Elmar Məmmədyarovun 6 müavini vardı. Hazırda isə Elmar Məmmədyarovun 5 müavini qalır: Araz ƏzimovMahmud MəmmədquliyevHafiz Paşayev, Nadir Hüseynov və Ramiz Həsənov. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib