Dərc edilib: 10-01-2019

https://www.nuh.az/18555-.html

Quba-Xaçmaz yolunda qəza - 3 nəfər öldü

10.01.2019 13:59:03

Hadisə

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.

“Qafqazinfo”nun Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, 40 BS 143 nömrəli “VAZ 21010” markalı avtomobil 40 BL 944 “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

***

Minik avtomobilində olan 3 nəfər ölüb, bir nəfər isə vəziyyəti ağır olduğu üçün Quba rayon Mərkəzi xəstəxanasına aparılıb. Yük maşının sürücüsünün vəziyyəti yaxşıdır.

Hadisəyə ilkin səbəb kimi yüksək sürət həddinin olması göstərilir.

***

Quba rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib