Dərc edilib: 13-01-2019

https://www.nuh.az/18575-.html

Sabah istehsal olunacaq kəsmik, bu gündən marketlərdə

13.01.2019 10:59:40

İdman

Zabrat qəsəbəsində yerləşən böyük marketlərin birində qida məhsulunun istehsal tarixində olan problemlə bağlı redaksiyamıza fotolar göndəriblər.

 avtosfer.az   xəbər verir ki, fotolar 12.01.2019-cu il tarixdə Sabunçu rayonunun ən böyük marketlərinin biri sayılan "Ayxan" marketdə çəkilib. Fotodan da aydın şəkildə görmək olur ki, pəhriz üçün satılan kəsmiklərin üzərində istehsal tarixi kimi 13.01.2019-cu il tarix yazılıb. Yəni kəsmiklər hələ sabah istehsal olunacaq, amma indidən satılır. 
Bu məsələ ilə bağlı aidiyyəti qurumların tez bir zamanda tədbir görməsini xahiş edirik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib