Dərc edilib: 24-01-2019

https://www.nuh.az/18675-.html

Prezident Pirşağıda açılış etdi - Fotolar

24.01.2019 13:18:50

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı" kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.

Sonra İlham Əliyev aqrar inkişaf könüllüləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib