Dərc edilib: 24-01-2019

https://www.nuh.az/18678-.html

Milli Aerokosmik Agentliyinə baş direktor təyin edildi

24.01.2019 14:07:17

İqtisadiyyat

Milli Aerokosmik Agentliyinə (MAKA) yeni baş direktor təyin olunub.

 

 "Qafqazinfo"ya daxil olan məlumata görə, bu vəzifə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü Natiq Cavadova həvalə olunub. 

Bu təyinata qədər N.Cavadov "Sənayeavtomatika" İstehsalat Birliyinə rəhbərlik edib.

Qeyd edək ki, Natiq Cavadov Prezident yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib