Dərc edilib: 24-01-2019

https://www.nuh.az/18679-.html

Eldar Mahmudovun bacanağı da AzTV-dən çıxarıldı - Yenilənib

24.01.2019 14:44:46

Region

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib.

AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib. 

Xatırladaq ki, Nadir Axundov Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır.

Məlumat üçün bildirək ki, N.Axundov AzTV-də əsas söz sahiblərindən və toxunulmaz şəxslərdən biri olub. 

***

Demokrat.Az-ın məlumatına görə, AzTV-nin Baş mühəndisi, “Əməkdar mühəndis” Knyaz Mehdiyev də kanaldan kənarlaşdırılıb. 

Bundan başqa, AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov, Sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadə də AzTV-dəki işini itirib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib