Dərc edilib: 24-01-2019

https://www.nuh.az/18682-.html

“Kurikulum sözünü deyəndə az qalır ağzım əyilsin”

24.01.2019 17:21:49

Mədəniyyət

“Kurikulum” sözünü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ağacan Əbiyev parlamentdə çıxışında deyib. O qeyd edib ki, bu sözü düz-əməlli də deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin: “Bu məsələ təhsildə xaos yaradır. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər,desinlər? Bu, xaosdur, “şum”dur...Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib