Dərc edilib: 25-01-2019

https://www.nuh.az/18685-.html

Deputat oğlunun ölüm səbəbi xizək qəzası deyilmiş

25.01.2019 12:35:00

Hadisə

"Deputat Əsabil Qasımovun oğlu İsveçrədə xizək qəzası zamanı dünyasını dəyişməyib”.

 Bu barədə "Qafqazinfo”ya deputatın köməkçisi Rauf Həşimov məlumat verib. 
O qeyd edib ki, mərhum ümumiyyətlə, xizək sürə bilməyib: "O, kanatda olub. Bu zaman qan təzyiqi yüksəlib, dərhal kanatdan düşürüb otelə gətiriblər. Amma oteldə həkim olmadığından Elçin Qasımova müdaxilə olunmayıb. Elə bu səbəbdən də vəfat edib. Mərhumun meyiti hələ Bakıya gətirilməyib. Ola bilsin ki, bu gün axşam gətirilsin. Prosedurlar çətin olduğundan cənazəni hələ gətirə bilməmişik”.
Qeyd edək ki, Elçin Qasımov 2 gün əvvəl 29 yaşında dünyasını dəyişib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib