Dərc edilib: 25-01-2019

https://www.nuh.az/18692-.html

Fərda keçmiş xanımına söz atdı

25.01.2019 16:17:20

Mədəniyyət

Bir neçə gündür ki, Fərda Aminlə birinci xanımı Günel Xudaverdiyeva arasında yaranan qalmaqal gündəmi zəbt edib. Tanınmış aktyorun instaqramda  birinci və ikinci nikahından dünyaya gələn övladlarının fotosunu paylaşması tərəflər arasında yaranan gərginliyin ictimailəşməsi ilə nəticələnib. G. Xudaverdiyeva sosial şəbəkədə açıqlama yayaraq Fərdanın ikinci xanımını ailə dağıtmaqda ittiham edib.  

"Qafqazinfo" xəbər verir ki, sərt fikirlərdən sonra bütün diqqət Fərdanın üzərinə yönəlib.  Aktyor mövzu barədə danışmayacağını bildirsə də, sosial şəbəkədə yumorik bir video paylaşaraq mövzuya şərh yazıb: “İtlər necə hürürdü, brat? Mırrrr, hav-hav…. Karvan çox bərk keçdi, görmədiniz?”

Fərdanın bu statusu instaqram istifadəçilərinin də qıcığına səbəb olub. İzləyicilər aktyora tənqidi şərh yazaraq keçmiş xanımına söz atmağının yersiz olduğunu bildiriblər. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib