Dərc edilib: 26-01-2019

https://www.nuh.az/18702-.html

İngiltərə Venesuelanın 1,2 milyardlıq qızılını Maduroya qaytarmadı

26.01.2019 13:11:14

Maraqlı

İngiltərə Bankı Venesuela prezidenti Nikolas Maduroya 1,2 milyard dollar dəyərində qızıl külçələri qaytarmaqdan imtina edib.


“Qafqazinfo” bu barədə “Bloomberg” mənbəsinə istinadən məlumat yayıb. 

Müvafiq qərar ABŞ-ın yüksəkvəzifəli məmurları, o cümlədən dövlət katibi Mayk Pompeo və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun britaniyalı həmkarlarından Maduronun xaricdəki avtivlərinə girişinə qadağa qoyulması ilə bağlı xahişindən sonra qəbul edilib. 

Qeyd edilir ki, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollardır. Onun bir hissəsi İngiltərə Bankındadır. 

Agentlik bildirir ki, amerikalı məmurlar indi Venesuelanın xaricdəki payını özünü müvəqqəti prezident elan edən Xuan Quaidoya yönləndirməyə çalışırlar. Quaido özü isə bankın bu qərarını Venesuela səhmlərinin müdafiəsi kimi dəyərləndirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib