Dərc edilib: 28-01-2019

https://www.nuh.az/18717-.html

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin zavodunda DAVA – Fəhlə direktora hücum etdi

28.01.2019 14:37:31

Kriminal

Azərbaycanda fəhlə iclas zamanı vəzifəli şəxsə hücum edib.

Demokrat.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanov xidməti otağında zavod kollektivi ilə müşavirə keçirən zaman orada fəhlə işləyən 40 yaşlı Elçin Qəmbərov otağa daxil olaraq müşavirəni pozub və direktora hücum edərək ona zor tətbiq edib.
 
E.Qəmbərov zavodun mühafizəçiləri tərəfindən saxlanılaraq polisə təqdim edilib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib