Dərc edilib: 28-01-2019

https://www.nuh.az/18720-.html

Məzarı tapılmayan repressiya və azadlıq qurbanlarının SİYAHISI

28.01.2019 15:40:51

Reportaj

 

AMEA-nın Mərkəzi-Elmi Kitabxanasının Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı"nı hazırlayıb.
Qaynarinfo quruma müraciət edərək həmin siyahını əldə edib. Bu haqda saytımıza açıqlama verən müəllif siyahının əlavələr etmək istəyən tədqiqatçılar üçün açıq olduğunu deyib:
"Siyahılar Azərbaycan Demokratik Respublikasının yaranmasında iştirak edən insanlar haqqındadır. Hamıya bəllidir ki, cümhuriyyət süqut etdikdən sonra respublikanın yaranmasında iştirak edən insanların bir qismi xaricə gedib, ancaq böyük bir qismi Azərbaycanda qalaraq sona qədər mübarizə aparıblar. Bu insanlar haqqında araşdırma apararakən Şəmistan Nəzirlinin «Arxivlərin sirri açılır», Vikipediya-da repressiya qurbanları, müxtəlif saytlar, Nəsiman Yaqublunun Cümhuriyyət ilə bağlı yazılarından istifadə etmişəm. Bütün bunlara baxmayaraq çox az sayda insan haqqında məlumat toplamaq mümkün oldu. Tədqiqatçılarımızın yazılarından bəlli olur ki, o zamanlarda 48 mindən çox adam döyüşlərdə həlak olmuş və ya sonralar repressiya qurbanına çevrilmişlər. Bunun müqabilində siyahıda adı göstərilən 546 nəfər çox kiçik bir rəqəmdir".
Siyahıya buradan baxa bilərsiniz!

Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları


Siyahılar





Azərbaycan Milli Elmlər Akademiyası

Mərkəzi Elmi Kitabxana





















Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri

və repressiya qurbanları.

Əsas siyahı



  1. Axundzadə Hacı Səlim— (tam adı: Hacı Mirzə Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə; 1872; Lənkəran — 15.12.1930; İranƏnzəli) – ictimai-siyasi xadim, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü.

  2. Abbaszadə Mirzə Abbas Kərbəlayı Ələkbər oğlu (1870-1920) — maarif xadimi,pedaqoq, folklorşünas. Qırmızı Ordunun əsgərləri tərəfindən  öz evində güllələnib. 

  3. Axundzadə Murtuza   (1877-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. 1920-ci ildə Murtuza Axundov «xalq düşməni» kimi güllələnib.

  4. Adıgözəlov Həsən Hacı Mustafa oğlu-1875-ci ildə anadan olmuşdu. Gəncə üsyanından sonra bolşeviklər tərəfindən mütləq güllələnəcəyini yəqin bildiyindən Batuma “qaçmışdı”. Məqsədi Batumdan gəmilərdən biri ilə Türkiyəyə getmək idi.Lakin, 1920-ci ilin iyununda Batumi şəhərin yaxınlığında ələ keçmiş və naməlum şəraitdə öldürülmüşdü.

  5. Ağalarov Fərhad bəy Əbülfət bəy oğlu (1868 – ?) — ADR ordusunun polkovniki.  10 noyabr 1868-ci ildə Tiflis quberniyasının Qaraçalı kəndində anadan olub. Şuşa real məktəbini bitirmiş, 1885-ci Nikolayev hərbi kavaler məktəbinə qəbul olmuş, 1888-ci ildə bitirmişdi. Birinci Dünya Müharibəsində iştirak edib. Milli Orduda birinci Azərbaycan süvari alayının komandiri idi. Bakıda qarnizon rəisi olub. 1921-ci ildə sürgünə göndərilib.

  6. Ağalarov Əbdülhüseyn bəy Məlik bəy oğlu -(1873-?), ADR dönəmində maliyyə şöbəsinin rəisi. 1873-cü ildə Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. ADR dönəmində maliyyə şöbəsinin rəisi olmuşdu. Əvvəlcə Poçt-Teleqraf nazirliyində rəis köməkçisi işləmişdi.Sovetləşmənin ilk illərində Poçt-Teleqraf Nazirliyində rəhbər vəzifələrdə işləmişdir.

  7. Ağayev Cəmil Ağakişi oğlu - Qarabağ Müsavat təşkilatının ən fəal üzvlərindən biri. Cəmil Ağayev 1920-ci ildən 1924-cü ilədək Şuşa qəza idarəsində məsul vəzifələrdə çalışmışdı.  Eyni zamanda siyasi fəaliyyətindən də qalmamışdır. 1929-cu ildə işini yenidən davam etdirməyə başlayan Müsavatın Şuşa və Qarabağ təşkilatı sədrinin müavini vəzifəsinə seçilmişdir. Məsul bir vəzifə sahibi kimi o, bütün gizli yığıncaqlarda müntəzam iştirak etmiş, cəlbetmə işləri ilə məşğul olmuş, Müsavatın Mərkəzi komitəsi ilə daim əlaqə saxlamış, Sovet hakimiyyətinə və Kommunist Partiyasına qarşı fəal mübarizə aparmışdır.Cəmil Ağayev 1937-ci il avqustun 21-də həbs olunmuş, əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkim edilmişdir.

  8. Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu -(rus. Аврамий Богданович Асланбегов;  1822 –  1900) — Rusiya İmperiyası ordusunun əslən azərbaycanlı vitse-admiralı. İbrahim bəy Aslanbəyov 1822-ci ildə Bakıda Mərdəkan qəsəbəsində anadan olmuşdur. Üç il Peterburqdakı dənizçilik məktəbində tərbiyə alan İbrahimbəy 1837-ci ildə oranı adı Qırmızı lövhəyə yazılmaqla bitirmişdir. Aslanbəyov 1900-cü ilin dekabrın 7-də Peterburq şəhərində vəfat etmişdir.

  9. Ağalarov  İlyas bəy Allahyar bəy oğlu (1860 - 1913) - çar ordusunun polkovniki. İlyas bəy Ağalarov 1860-cı ildə Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib.Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərində iştirak edib.Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik 1913-cü ildə martın on səkkizində qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdənin məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir.

  10. Axundov Cavad Mirzə Mehdi oğlu - Bakıda rus- tatar və üçüncü Ali-ibtidai məktəbini bitirib. 1918-19-cu illərdə Gəncə praporşiklər məktəbində oxuyub. Milli Orduda pulemyot komandasının rəisi olub. 1896-cı il iyunun iyirmisində Bakının Tverskoy küçəsindəki səksən doqquz saylı mənzildə anadan olub. Sovetlər vaxtı Bakı şəhər sığorta kassasında işləyib. 1921-ci ildən “Azərbaycanın müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. Onu 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, şimal sərhədlərinə sürgünə göndərib. 

  11. Axundov İsgəndər bəy- (1862-1933) — vəkil, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü.İsgəndər bəy Axundov 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Molla yanında ibtidai təhsil alıb. Sonra gimnaziyada oxuyub. Tanınmış vəkil, həm də “İttihad” partiyasının üzvü olub. Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurub. 1890-da Krakov Yagilon Universitetini bitirib. İsgəndər bəy 1934-cü ildə vəfat edib.

  12. Axundzadə İbrahim Məşədi İsmayıl oğlu –(1899-1923) Podporuçik . 1918-ci ildə Azərbaycan podpraporşiklər məktəbini bitirib. Müsavat ordusuna könüllü xidmətə gəlib. 1899-cu il oktyabrın iyirmisində Gəncədə ruhani ailəsində anadan olub. Sovetlər vaxtı Azsvod hərbi məktəbində tədris hissə müdiri işləyib. 1921-ci ildən “Azərbaycanın müstəqilliyi uğrunda” gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, SSRİ-nin şimal sərhədlərinə sürgün olunub. Sürgündə O,İdris Axundovun qardaşı İbrahim Axundov və Əliəfsər Nəcəfov aclıq etdikləri zaman ölüblər.

  13. Axundzadə İdris -Gəncə qadın gimnaziyasının türk dili müəllimi, Bakı 2-ci qadın gimnaziyası türk dili müəllimi (11.9.1919-dan); Bakı 2-ci dərəcə 7-ci sovet məktəbinin türk dili müəllimi (9.4.1921-də) olub. Müsavat partiyasının üzvü olmuşdur. 1937-ci ilin 31 dekabrında İdris Axundovu Təhlükəsizlik Komisarlığının əməkdaşları aparmışdılar. 5 il həbs cəzası kəsilsə də,  məşəqqətlərə dözməyərək həbsdə ölüb.

  14. Ağazadə Cahangir Musa bəy oğlu - Gəncə şəhər uşaq xəstəxanasının baş həkimi. 1894-cü ildə qədim Gəncənin köhnə Molla Cəlilli məhəlləsində bəy ailəsində anadan olub. Gimnaziyanı müvəffəqiyyətlə bitirən Cahangir Samara Tibb İnstitutuna daxil olur. Cahangir bəy 1915-ci ildə institutu bitirib Gəncəyə gəlir. 1927-ci il iyunun 6-da Az.QPU əməkdaşları doktor Ağayevi, onun başçılıq etdiyi Müsavat partiyası Gəncə özəyinin digər üzvlərini, o cümlədən partiyanın maliyyə məsələlərinə baxan Cəmil Rəfibəylini bir gecənin içində həbs edirlər. Bir ilə yaxın Bayıl və Keşlə həbsxanasında saxlanılan Cahangir Ağayevin 1928-ci ilin yayında istintaqı yekunlaşır. Ona 10 il, təşkilatın digər bir neçə üzvünə 8 il iş kəsib Sibirin şimal ucqarlarına sürgünə göndərirlər.

  15. Ağalarov Fərhad bəy Əbülfət bəy oğlu (1868 – ?) — ADR ordusunun polkovniki Fərhad bəy Əbülfət bəy oğlu 10 noyabr 1868-ci ildə Tiflis quberniyasının Qaraçalı kəndində anadan olub. Şuşa real məktəbini bitirib, 1885-ci Nikolayev hərbi kavaler məktəbinə qəbul olmuş, 1888-ci ildə oran bitirmişdi. Birinci Dünya Müharibəsində iştirak edib. 1914-1915-ci illərdə alman cəbhəsində, 1916-1917-ci illərdə Urmiyada Levondovskinin dəstəsində xidmət etmişdi. Milli Orduda birinci Azərbaycan süvari alayının komandiri idi. Bakıda qarnizon rəisi olub. 1921-ci ildə sürgünə göndərilib.

  16. Axundov Nəriman bəy Aslan bəy oğlu (1896-1937) — maarif xadimi, müəllim. Sovet hakimiyyəti illərində Ağdamda gizli fəaliyyət göstərən Musavat partiyasının üzvü olmuşdur. Görkəmli tarixçi, akademik Ziya Bünyadovun tədqiqatlarına istinadən, Nəriman bəy Axundov Musavat partiyasının üzvü olduğu üçün 1927-ci ildə tutulmuş, bir müddət Solovetsk əsir düşərgəsində olmuşdur. 1937-ci ildə yenidən həbs edilmişdir. O, Azərbaycan SSR XDJK üçlüyünün 11 sentyabr 1937-ci il qərarına əsasən 1937-ci il sentyabrın 15-dən 16-na keçən gecə 41 yaşında güllələnmişdir.

  17. Axundzadə Səməndər -  (tam adı: Səməndər Axund Zəki oğlu Axundzadə; 1898Quba - 1933) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Səməndər Axund Zəki oğlu 1898-ci ildə Quba şəhərində anadan olmuşdur. Axundzadə 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Parlamentin 1919-cu il bir sentyabr qərarına əsasən, təhsilini dağ -  mədən mühəndisliyi sahəsində davam etdirmək üçün  Almaniyanın Frayberq Akademiyasına göndərilmişdir. Azərbaycanda  sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Axundzadənin təhsilinin bitməsinə bir il qaldığı göstərilirdi. O, 24 oktyabr 1924-cü ildə ali təhsilini burada başa vuraraq Dağ-mədən mühəndisliyi üzrə diplom almışdır. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləmişdir. Repressiya olunmuşdur.

  18. Axıcanov Müseyib bəy Qəhrəman bəy oğlu (1892 - 1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Parlamentinin üzvü. Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan (1918, 26 may) sonra isə Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü, Bakı quberniyasının general-qubernatoru olmuşdur.1892-ci ildə Cavad qəzasının  Tomarxanlı kəndində anadan olub.O da Rəşid bəy Axundzadə ilə bir yerdə Kiyev Universitetinin Hüquq fakültəsini bitirib.  1918-ci ildə türk ordusu Bakını alandan sonra Fəthi bəy Bakının qubernatoru seçilmiş və Axıcanov da onun müavini vəzifəsində çalışmışdır. Fəthi bəydən sonra Axıcanov bir müddət qubernator və Cümhuriyyət parlamentinin üzvü olub, 1920-ci ildə bolşeviklər hakimiyyətə gələndən sonra güllələnib.

  19. Abdullayev Muxtar Nağı oğlu -  (13.10.1937*)Repressiya qurbanı.  Abdullayev Muxtar Nağı oğlu 13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinini Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən vətən xaini kimi  güllələnməyə məhkum edilmişdir.

  20. Abdullayev Kərim Kərbalayı Yəhya oğlu – (1898-1937)- Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 1920–ci ildən başlayaraq xalq maarifi sahəsində yüksək vəzifələrdə çalışmışdır. 1923-1926-cı illərdə xalq hakimi, Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1928-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi Kollegiyasının üzvü, mühüm işlər üzrə Məhkəmənin sədri seçilmişdir. Sonralar Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Respublika Prokuroru işləmişdir. 1931-ci ildə Zaqafqaziya üzrə Yol Nəqliyyatı nazirinin müavini təyin edilmişdir. 1933-1934-cü illərdə Gürcüstan Respublikasının Axalsıx rayonunda XDS-nin İcraiyə Komitəsinin sədri vəzifəsində işləmisdir. 1937-ci il martın 1-də həbs edilmiş və oktyabrın 11-də güllələnmişdir

  21. Acalov Rəhim bəy İsrafil bəy oğlu- Məşhur Acalovlar nəslindəndir. 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnmiş.

  22. Abbasov Xəlil Əli oğlu (1903-8.1.1938) «Kirovabadskiy Bolşevik» qəzetinin redaktoru, Repressiya qurbanı. Abbasov Xəlil Əli oğlu (1903) «Kirovabadskiy Bolşevik» qəzetinin redaktoru olmuş, əksinqilabi fəaliyyənə görə həbs edilmişdir. Abbasova Kseniya Dmitriyevna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Azərbaycan XDİK-nin 2 yanvar 1938-ci il qərarı ilə vətən xaininin həyat yoldaşı kimi 31 yanvar 1938-ci il tarixdə həbs edilmişdir. Azərbaycan XDİK-nin 17 aprel 1938-ci il qərarına əsasən həyat  yoldaşından ayrıldığına görə nəzarətdən azad edilmişdir.

  23. Ağamirov Seyid Cəfər (1890-1938)Repressiya qurbanı. 1890-cı ildə Şuşada doğulmuşdur. 1920-1921-ci illərdə onu Şuşa qəza milis şöbəsində işə götürüblər. Həbsxanada baş nəzarətçi (1922-1928), Şuşa Müəllimlər Seminariyasında gözətçi (1929-1931), Laçında (1931-1933), Ağdamda (1936) yeməkxana müdiri vəzfiələrində çalışıb. 1937-ci ilin avqustunda antisovet fəaliyyətinə görə həbs edilərək qətlə yetirildi.

  24. Ağayev Salman Əhməd oğlu – (1892-1938) Repressiya qurbanı. 1892-ci ildə Şuşada anadan olub.  1923-cü ildə ona "əksinqilabçı" damğası vurularaq həbs edildi. Üç ay həbsxanada yatdıqdan sonra azadlığa çıxan Salman Ağayev səsvermə hüququndan azad edildi. 1928-ci ilin yanvarında Salman Ağayev yenidən həbs edildi. Eyni damğa, eyni cəza, eyni müddət. Üç aydan sonra azad edilərək evinə qayıdan və əvvəlki işi ilə məşğul olan Salman 1934-cü ildə üçüncü dəfə həbs edildi. İki il sürgün həyatı yaşayandan sonra azadlığa çıxan Salman Ağayev bir daha Şuşaya dönmədi. Həbslər, ittihamlar, şər, böhtan, cəzalar, get-gəllər, sorğu-suallar, şahidlər onu cana gətirmişdi. Başını aşağı salaraq işləməyinə mane olurdular. Elə bu haqsızlığın da nəticəsində 1938-ci ilin yanvarında həbs edilən Salman Ağayev bir daha geri qayıtmadı.

  25. Axundov Əkbər Cavad oğlu- Naxçıvan şəhər Partiya Komitəsinin katibi . Saray kəndində olan Müsavat Partiyasının katibi, (1920), Azərbaycan KBP Bakı Komitəsində təlimatçı vəzifəsində çalışmış, sonra isə Naxçıvan şəhər Partiya Komitəsinin katibi olmuşdur. 03.07.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir.

  26. Axundov Ruhulla Əli oğlu — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib. 1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilmiş, partiya sıralarından uzaqlaşdırılmış və həbsə alınmışdır. Ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. Güllələnmiş və NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza"da basdırılmışdır. Ölümündən sonra bəraət almış və 1959-cu ildə partiya üzvlüyü bərpa olunmuşdur.

  27. Axundov Fətəli Rəşid bəy oğlu-.O,Peterburq Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdi.Yüksək istedada malik idi."Arşın mal alan" komediyasının rus dilinə ilk tərcüməsi onu adı ilə bağlıdır. Fətəli bəzi məlumatlara görə “Molla Nəsrəddin” jurnalının əməkdaşı İsmayıl Həqqi ilə bir vaxtda repressiyanın qurbanı olub və 1938-ci ildə güllələnib.

  28. Axundov Ağa Əbdülxalıq oğlu – (1882-1949)Azərbaycan mühəndisi, energetik. 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur. Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N.Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. Ağa Axundov 1949-cu ildə vəfat edib.

  29. Axundov Bəhram bəy- həkim, Frаnsаnın Lill Aкаdеmiyаsının məzunu, ADR-in Milli məclisinin üzvü idi.1861-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Şəhər rеаl məкtəbini, sоnrа gimnаziyаnı bitirmişdi. 1893-cü ildə Frаnsаnın Lill Aкаdеmiyаsının qаrışıq еlmlər (fiziка, кimyа, biоlоgiyа) fакültəsinin аspirаnturаsınа qəbul оlunmuşdu. 1896-cı ildə аspirаnturаnı bаşа vurаn B. Ахundоv həmin акаdеmiyаnın tibb fакültəsində təhsilini dаvаm еtdirir və tibb dокtоru diplоmunа sаhib оlmuşdu. Bəhram bəy Axundov Azərbaycan Xalq Cümhuriyyətinin Milli məclisinin üzvü idi. 1932-ci ildə vəfаt еdib.

  30. Aslanov Teymur bəy Zəkəriyyə bəy oğlu -(1899-?), mühəndis. Zəkəriyyə bəyin ikinci oğlu Teymur bəy 5 yanvar 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Teymur bəy Aslanov da 1939-cu il dekabrın 28-də verilən məhkəmə qərarına görə əksinqilabi Milli üsyançı təşkilatın üzvü kimi 12 il müddətinə azaldıqdan məhrum edilmiş və Qazaxıstanın Karaqanda vilayətinin Cezkazqan şəhərinə sürgünə göndərildi və üstəlik, belə bir qərar da çıxarıldı ki, cəza müddəti bitəndən sonra o, yalnız Blxaş şəhərində yaşaya bilər.

  31. Axund Mirbağır Ağa Ağazadə — görkəmli azərbaycan ruhanisi və ictimai xadimi. Mirbağır Ağa Ağazadə 1857-ci ildə Salyan şəhərində anadan olmuşdur. Salyanda yaradılmış mədrəsədə ilk təhsilini almışdır. Ermənilər keçən əsrin əvvəlində Kür çayı boyu Salyana hücum etdikdə Mirbağır Ağa vaxt itirmədən türklərə müraciət etmiş və kömək istəmişdi. Ağanın bu addımı sonralar ona baha başa gəlmiş və ilk repressiya qurbanlarından biri olmuşdur. 1930-cu ildə həbs edilmiş və 1932-ci ildə Stalinə məktubla müraciət etmişdir. 1933-cü ildə həbsdən qayıtdığı vaxt tikdirdiyi məscidlərdən və mədrəsələrdən əsər-əlamət qalmamışdı. Adi ruhani kimi fəaliyyət göstərmiş və yenə də əvvəlki böyük nüfuzu qalmışdı. Lakin 1937-ci ildə həbs edildikdə qərarı qəti verdilər: "Güllələnsin və bütün mülkiyyəti əlindən alınsın!" Bu, onun ailəsinə və əsasən xalqına ağır cəza idi. Mirbağır Ağa Qazaxıstanın Karaqanda şəhərində 1941-ci ildə rəhmətə getmişdir.

  32. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov – Qarabağın tanınmış din xadimi.  1875-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur.  Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəbfars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937 ildə repressiya qurbanı olmuşdur. O, 1937 ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.

  33. Aşurbəyov Bəşir bəy - neft milyonçusu. Neft mədənləri Balaxanıda və Sabunçuda yerləşib. Ailəsi ilə birlikdə Sabunçuda yaşayıb. Azərbaycanın bir cox ziyalılarının təhsil haqqıni ödəyib. Bunlardan C.Cabbarlını, M.S. Ordubadini göstərmək olar. M.S. Ordubadi bir müddət onun evində yaşayıb. Bakıda bir neçə yerdə mülkləri olub. Sovet hakimiyyəti dövründə Nargində (Böyük Zirə) güllələnib. Qəbri yoxdur.

  34. Axundzadə Rəşid bəy - (1880-1940) Bakı qubernatoru.Əbdüssəlam Axundzadənin oğlu. Rəşid bəy Axundzadə 1880-ci il martın 28-də Salyanda nüfuzlu ruhani , sonralar (1894-cü ildən) Qafqaz Müsəlmanları İdarəsinin rəisi – şeyxülislam olmuş Əbdüssalam Axundzadənin ailəsində doğulmuşdu. Rəşid bəy Axundzadə 1912-ci ildə Kiyev Universitetinin hüquq fakultəsini bitirmişdi. Axundzadə Rəşid bəy Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Salyandan Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Axundzadə 1919-cu il yanvarın 1-dən fevralın 5-dək Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin işlər idarəsinin müdiri olmuş, Hökumətin 1919-cu il 5 fevral tarixli qərarı ilə Bakı qubernatoru təyin edilmiş və 1919-cu il avqustun 25-dək bu vəzifədə işləmişdir. 1920-ci il aprelin 28-də Aprel işğalından sonra keçmişinə görə təqiblərə məruz qalan Rəşid bəy repressiyanın qurbanlarından biri olmuş, 1937-ci ildə həbs edilərək sürgünə göndərilmişdi. Rəşid bəy Axundzadə 1940-cı ildə sürgün yerində həlak olmuşdur.

  35. Allahverdiyev  Teymur Səməd oğlu (1899-1937)—Azərbaycan Milli Mərkəzinin üzvü. Teymur Allahverdiyev rabitə rotasında vzvod komandiri olmuşdu. Repressiya qurbanı.

  36. Axmetyev Yaqub bəy Sadıq bəy oğlu - komendant. Kapitan Yaqub bəy Axmetyev milliyyətcə tatardır. 1894-cü ildə Tiflisdə anadan olub. 1914-cü ilin sentyabrında Tiflisdəki kadet korpusunu bitirmişdir. 1917-ci ilə kimi Türkiyənin Ərzincan şəhərində yerləşən 39-cu diviziyanın Quba alayında xidmət etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusuna könüllü daxil olmuşdur. Bir il sonra Zaqatalaya komendant təyin edilmişdir. 1920-ci il iyulun 9-da Şəki və Zaqatalada bolşeviklərlə qarşı başlanan üsyanın başçılarından biri idi. Həyat yoldaşı Vəsilə xanım Musabəyova Bakı rus-müsəlman qız məktəbində müəllimə idi. Bolşeviklər Yaqub bəyə edam olunması haqqında qərar oxuyanda, "Qorxma, mətin ol, nahaq axıdılan qanın intiqamını unutmarıq" - deyə hayqırdığı üçün Vəsilə xanımı Cənub cəbhəsi tribunalının sədri cəllad Georgi Atarbekov (Atarbekyan) özü güllələmişdir. Atarbekyan sonralar "fəxrlə" deyirmiş ki, Vəsilə xanım Musabəyovanı və əri Yaqub bəy Axmetyevi özüm güllələdim.

  37. General-mayor Ağabəyzadə Məmmədsadıq bəy İsmayıl bəy oğlu - Şərqşünas-alim kimi daha çox məşhurdur. 1919-cu ildə  
    Azərbaycan Demokratik Cümhuriyyətində daxili işlər nazirinin müavini olmuşdur.  1920-ci ildə İstanbula- əmisi oğlu, professor Əlibəy Hüseynzadənin yanına gedir.  Bir il orada yaşadıqdan sonra Fransaya mühacirətə gedir. Ali məktəblərdə fars və  türk dillərindən dərs deyən Məmmədsadıq bəy fransızcanı da gözəl bilirdi.  1944-cü ildə Lvov şəhəri faşistlər tərəfindən alınanda bir alman zabiti tənha  yaşayan professor Məmmədsadıq bəyin mənzilini öz qərargahına çevirir.  
    Yarıqaranlıq, nəmli zirzəmiyə köçən Məmmədsadıq bəyin zəif vücudu daha da  pisləşir. Elm fədaisi və musavat generalı Məmmədsadıq bəy Ağabəyzadəni 1944- cü il noyabrın 8-də sevimli tələbəsi Tadeuş Levitski Lvov şəhər qəbristanlığında  dəfn edir.

  38. Polkovnik Ağalarov Fikrət Əbülfət oğlu - 1868-ci il  
    noyabrın 10-da Tiflisdə anadan olub. Şuşa realnı məktəbində və 1885-ci ildən  1888-ci ilədək Nikolayev şəhərindəki hərbi məktəbdə təhsil alıb. Birinci Dünya  Müharibəsində iştirak edib. Milli Orduda birinci Azərbaycan süvari alayının  komandiri olub. 

  39. Poruçik Abbasov Hacıbala Hacıməmməd oğlu -1898-ci  
    il iyulun dördündə Şamaxıda kəndli ailəsində anadan olub. Şamaxıda realnı  məktəbi və Xarkovdakı texniki məktəbi bitirib. 1914-cü ildə Birinci Dünya Müharibəsində iştirak edib. Musavat ordusuna  1918-ci ildə könüllü gəlib. 1920-ci il Aprel işğalının qurbanı.

  40. Kapitan Ağasıyev Ağahüseyn Mirzəhadı oğlu -  İçərişəhərdə tacir ailəsində anadan olmuşdur. 1919-cu ildə “Hərbiyyə məktəbi”ni  
    bitirən məzunlardan biri idi. 1920-ci ilin əvvəllərində Milli Ordunun “Yardım  alayı”nda rota komandiri olmuşdur.  1921-ci il avqustun dördündə Nəriman Nərimanovun təşəbbüsü ilə iyirmi  səkkiz nəfərdən ibarət Türkiyəyə gedəcək Azərbaycanın səlahiyyətli  nümayəndəliyi təşkil olunur. Onların arasındakı altı nəfər hərbçidən biri də  Ağahüseyn Ağasıyevdi. Diplomatik nümayəndəliyin başçısı İbrahim Əbilov təyin  olunmuşdu. Kapitan Ağasıyev əvvəlcə Ankarada səfirliyin hərbi attaşesinin  əməkdaşı, sonra isə səfir İbrahim Əbilovun müavini kimi məsul vəzifələrdə  çalışmışdır. 1924-cü ildə Tiflisə çağırılan kapitan Ağahüseyn Ağasıyev Surami  şəhərindəki hərbi hissəyə komandir təyin edilir. Bir axşam Surami qalası  ətrafındakı gözətçi məntəqələrini yoxlayarkən daşnaklar arxadan xəncərlə vuraraq  öldürüblər.  

  41. Praporşik Axundov Abdulla Qafur oğlu -1896 cı ildə  Bakıda, İçəri şəhərdə   anadan olub. Bakıdakı Ali-ibtidai məktəbin üç sinfini bitirib. 1918-ci il oktyabrın  3-də Gəncədəki praporşiklər məktəbinə daxil olub, 1919cu ildə həmin məktəbi  bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  42. Praporşik Ağayev Abbas Əli oğlu- Bakının Aşağı  
    Çəmbərəkəndindəki on bir saylı mənzildə kəndli ailəsində anadan olub. Ali-ibtidai  təhsil alıb. 1918-ci ildə Gəncə praporşiklər məktəbinə daxil olub.  1920-ci il Aprel işğalının qurbanı.

  43. Praporşik Abakarov Həbibulla Əhməd oğlu -  Milliyyətcə ləzgidir. 1896-cı ildə kəndli ailəsində anadan olub. Telavi şəhərindəki  kişi gimnaziyasının dörd sinfini və 1918-ci ildə Gəncədəki üç aylıq praporşiklər  məktəbini bitirib. Milli Orduda praporşik kimi xidmət edib.  1920-ci il Aprel işğalının qurbanı.

  44. Praporşik Ağababayev Məmmədəli Hacıbaba oğlu -  
    1900-cu il sentyabrın iyirmi birində  anadan olub. Bakıdakı “Səadət” müsəlman məktəbinin dörd  sinfini bitirib. 1919-cu ildə Gəncə praporşiklər məktəbində oxuyub. Praporşik kimi  Milli Orduda xidmət edib.  1920-ci il Aprel işğalının qurbanı.

  45. Praporşik Atakişiyev Əli Məşədi Zeynal oğlu-1890-cı  
    il yanvarın 10-da Gəncədə kəndli ailəsində dünyaya gəlib. İlkin təhsilini iki sinifli  rus-tatar məktəbində alıb. 1919-cu ildə isə Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  46. Podporiçik Axundov Cavad Mirzəmehdi oğlu -1896-cı  
    il iyunun iyirmisində Bakıda  anadan olub. Bakıda rus-tatar və üçüncü ali-ibtidai məktəbi  bitirib. 1918-19-cu illərdə Gəncə praporşiklər məktəbində oxuyub. Milli Orduda  pulemyot komandasının rəisi olub. Sovetlər vaxtı Bakı şəhər sığorta kassasında  işləyib. 1921-ci ildən “Azərbaycanın müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın  
    üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edib, şimal  
    sərhədlərinə sürgünə göndərib.  

  47. Podporuçik Abdullayev Əliağa Məmmədhüseyn oğlu - 1895-ci il fevralın birində Lənkəranda fəhlə ailəsində anadan  olub. Lənkəranda dörd sinifli ibtidai məktəbdə təhsil alıb. 1920-ci il aprelin 24-də  Gəncədəki Azərbaycan hərbiyyə məktəbini bitirib. Milli Orduda rota komandiri  idi. 1923-cü ildə XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilən əlli iki  musavat zabiti ilə birlikdə Nargin adasına sürgün olunub.

  48. Abdullabəyov  Əmir Murtuza bəy oğlu-(1897-1937)-Azərbaycan Milli Mərkəzinin üzvü.1897-ci ildə Şuşa şəhərində doğulmuşdu. 1918-ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçmüşdü. Əmir Abdullabəyov ADR ordusunun praporşiki idi.Eskadronda bölmə komandiri vəzifəsini tutmuşdu. Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdu.1937-ci il Əmir Abdullabəyovu qəflətən tutduqdan sonra nə üçün və haraya sürgün olduğunu heç kim bilmirdi. Bircə o bəlliydi ki, o, “xalq düşmənidir”.

  49. Allahverdiyev Teymur Səməd oğlu - (1899-1937)—Azərbaycan Milli Mərkəzinin üzvü.Teymur Allahverdiyev rabitə rotasında vzvod komandiri olmuşdu. Repressiya qurbanl.

  50. Podporuçik Allahverdiyev Əli Səməd oğlu-1891-ci il  
    mayın 12-də Gəncədə  anadan olub. 1919-cu ildə Gəncə  
    praporşiklər məktəbini bitirib. Milli Ordunun altıncı alayında podporuçik kimi  xidmət edib.  1920-ci il Aprel işğalının qurbanı.

  51. Podporuçik Axundov Əli İsrafil oğlu-1895-ci ildə  
    Şamaxıda anadan olub. Bakıda orta politexnik məktəbini bitirib.  1919-cu il sentyabrın 10-da Milli Orduya hərbi qulluğa çağrılıb. 1920-ci il aprelin  24-də Azərbaycan hərbiyyə məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  52. Feldfebel Abdullayev Davud Həşim oğlu-1895-ci ildə  
    Zaqatalada anadan olub. Musavat ordusunda könüllü  xidmət edib1920-ci il Aprel işğalının qurbanı.

  53. Kvartirmeyster Atakişiyev İbrahim Ağakişi oğlu -  
    1897-ci ildə Bakıda anadan olub. Bakıda yeddinci rus-tatar və  ali-ibtidai məktəbini bitirib. 1919-1920-ci illərdə  Azərbaycan hərbiyyə məktəbini  bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  54. General-mayor Amaşukeli Zaxar Vasilyeviç - General  
    Zaxar Amaşukeli 1862-ci il iyulun 31-də Tiflisdə anadan olub. 1919-cu ildə Gəncə  süvari diviziyasının qərargah rəisi. 1919-cu il avqustun 3-də hərbi nazir tam  artilleriya generalı Səməd bəy Mehmandarov 347 saylı əmrində yazırdı: “Yeddi ay  ordumuzda sidq-ürəklə xidmət edən general Amaşukeli Qərargah rəisi kimi işə  götürülsə də, onun beş ayını diviziya rəisi olmuşdur.

  55. Axundov Cəfər Hacı Şeyx Həsən oğlu (1878-1931) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat.Repressiya qurbanı.

  56. Bədəlbəyov Müseyib Xosrov oğlu (27.7.1937). Azərbaycan Darülfününün tarix şöbhəsindən məzun. 1927- ci ildə sürgün olmuşdur.  Sonra 1937-ci ildə yenidən represya məruz qalmışdır.

  57. Bağırov Nağı -29 oktyabr 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabçı trotski, terrorçuluq fəaliyyətlərinə görə tutulmuş, 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. 

  58. Balaxlinski Zəkəriyyə Ramazan oğlu 1898-4.7.1938) – Repressiya qurbanı.

  59. Bayramov (Hacı) Rəhim Əmiraslan oğlu (6.1.1938) Repressiya qurbanı. Bakı şəhərində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının 1938-ci il yanvarın 5-nə təyin olunan məhkəmə iclası cəmi 20 dəqiqə çəkir və Hacı Rəhim Bayramov güllələnməyə məhkum edilir.

  60. Bədirbəyov  Süleyman bəy –( ?- 1931 ) Gəncə şəhər Dumasının deputatı. Repressiya qurbanı.

  61. Bədirbəyov Abbas bəy Süleyman bəy oğlu - repressiya qurbanı. Süleyman bəy Bədirbəyovun oğlu. Abbas Süleyman ağa oğlu 1910-1911-ci illərdə Gəncə sənaye məktəbində oxuyub. Abbas Bədirbəyli Tiflis zabitlər məktəbini bitirdikdən sonra - 1914-cü ildən 1918-ci ilə kimi Gəncə quberniyasının Şəmkir şöbəsində pristav, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində isə baş yazar işləyib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra minlərlə azəri türkü kimi Abbas bəyin də soyadı ruslaşdırılır - Bədirbəyli olur Bədirbəyov. Özü də rus ordusuna vzvod komandiri təyin edilir və az müddət ərzində əsgər və zabitlər arasında bacarıqlı hərbçi kimi tanınır. Xidməti yaş həddi başa çatanda - 1930-cu il aprelin 12-də ehtiyata buraxılır. 1938-ci il fevralın 11-də Bakıda, yaşadığı mənzildə yaxalayırlar.Abbas Süleyman ağa oğlu Bədirbəyovun adına açılmış 15304 N-li cinayət işindən məlum olur ki, Azərbaycan Xalq Daxili İşlər Komissarlığı "Üçlüyünün" 1 mart 1938-ci il tarixli qərarına əsasən əks-inqilabi fəaliyyətinə görə Abbas Süleyman ağa oğlu Bədirbəyov əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilib.

  62. Bədirbəyov İsfəndiyar bəy (1887-1986) — 1920-ci il Gəncə üsyanının iştirakçısı. 1887-ci ildə Şəmkir rayonunun Morul kəndində doğulub. İsfəndiyar bəy və qardaşlarının hamısı "Müsavat"ın üzvü idi, kiçik qardaşı Əhməd ağa Bədirbəyov ADR parlamentinin üzvü idi. Sovet hakimiyyəti qurulduqdan sonra məşhur Şamxorskilərdən olan qohumlarının çoxu, Məcid bəy və İsmayıl bəy Şamxorskilər Türkiyəyə mühacirət etdilər. Onların hamısı, eləcə də İsfəndiyar bəy Bədirbəyov 1920-ci il Gəncə üsyanının iştirakçısı olublar.Bu qəbildən olan dindirmələr, sorğu-suallar əsasında Şəmkir rayon siyasi şöbəsi tərəfindən İsfəndiyar bəy Bədirbəyov haqqında toplanan 27 səhifəlik istintaq materialı 19 yanvar 1931-ci ildə 119 nömrəli müşayiətedici məktubla Bakıya, Siyasi "Üçlüy"ə, İsfəndiyar bəy Bədirbəyov isə gecə yarı Gəncə türməsinə göndərilir.

  63. Bədirbəyov Əhməd bəy Süleyman bəy oğlu - repressiya qurbanı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əhməd ağa Bədirbəyov respublika Xalq Daxili İşlər Komissarlığı tərəfindən 1931-ci ildə "xalq düşməni" elan edilərək əmlakı müsadirə olunmaqla güllələnmişdi.

  64. Bədirbəyov Səməd bəy Süleyman bəy oğlu - repressiya qurbanı. Səməd ağanı NKVD-nin Şəmkir idarəsinin əməkdaşları Gəncə həbsxanasına aparanda yarı yoldan buraxmışdılar. Səməd ağanın həyat yoldaşı Zinaida xristian olduğundan onun Moskvaya, Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinin sədrı M. Kalininə yazılan ərizəsində "Həyat yoldaşı milliyyətcə rus olduğuna görə həbsdən azad edilsin" dərkənarı Səməd ağanı sürgündən qurtarmışdı.

  65. Bədirbəyov Əbil bəy Süleyman bəy oğlu - repressiya qurbanı. Gəncə Milli Müsəlman Komitəsinin üzvü idi. 53 yaşlı Ədil bəy Süleyman ağa oğlu Bədirbəyovu 1937-ci il avqustun 5-də əslinin-nəslinin bəy, özünün mülkədar və ticarətçi olduğunu, habelə Gəncə üsyanında fəal iştirakını əsas gətirməklə həbs etmişdi.

  66. Bədirbəyov Əşrəf bəy Süleyman bəy oğlu (1875-1937)- Gəncə üsyanının iştirakçısı. 1937-ci ildə Azərbaycan SSR XDİK Fövqəladə Üçlüyün səyyar iclasında, ittihamnamədə göstərilənlərə əsasən, qərara alınır ki, 62 yaşlı Bədirbəyov Əşrəf bəy Süleyman ağa oğlunun mülkü müsadirə olunmaqla güllələnsin. Bədirbəyovların bu qəbildən olan ərizə və şikayətlərinə əsasən, 1956-cı ildə 374 nömrəli cinayət işinə yenidən baxılmışdır. Proses hərtərəfli araşdırıldıqdan sonra 1956-cı il avqustun 9-da Azərbaycan SSR Ali Məhkəməsi qərara almışdır ki, Azərbaycan SSR XDİK Fövqəladə Üçlüyün Bədirbəyov Əşrəf bəy Süleyman ağa oğlu haqqında 23 avqust 1937-ci il tarixli ölüm hökmü ləğv edilsin, işi sübuta yetirilmədiyinə görə xətm olunsun, özünə isə bəraət verilsin.

  67. Bünyadzadə Dadaş Xoca oğlu (d. 1888FatmayıBakı qəzası - ö.  1938Bakı) — Azərbaycan SSR-in görkəmli dövlət xadimi, 1928-1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin  sədri. 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar (azərbaycanlı) məktəbində oxumuşdur. D.Bünyadzadə repressiyaya məruz qalmış və 1938-ci ildə həbs edilib güllələnmişdir.

  68. Bənəniyarski  Qənbərəli bəy– (1890-1937)dövlət xadimi, hərbiçi, erməni-rus istilaçılarına qarşı fəal mübariz.Araz Türk Cümhuriyyətinin maliyyə naziri (1918-1919) olmuşdur. 29 noyabr 1937-ci ildə güllələnmişdir

  69. Ayətullah Şeyx Qəni Axund Badkubeyi — alim. 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Dərin istedada və zəkaya maik olan Şeyx Qəni Axund ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və s. elmləri öyrənir. Onun el arasındakı nüfuzunu görən NKVD işçiləri dəfələrlə ağanı çağırtdırıb müxtəlif işlər təklif edirlər. Amma Şeyx Qəni Axund bütün bunlara rədd cavabı verir və onlara bildirir ki, "mən bu dünyadan imanla getmək istəyirəm." NKVD işçiləri heç bir vəchlə öz istəklərinə nail ola bilmirlər. Elə bu hadisələrdən sonra ağanı həbs etmək qərarına gəlirlər. 1931-ci ilin yay aylarında Axund Kamiyabla bir gündə həbs olunur və 2 ay müddətində Bakı həbsxanasında saxlanılır. Çoxlu sorğu-sualdan sonra ağaya bildirirlər ki, sabah onu qətlə yetirəcəklər. Səhər onu aparmağa gələnlər görürlər ki, Şeyx Qəni Axund artıq dünyasını dəyişib.

  70. Bağırbəyov Zülfüqar bəy Mirzə Ələkbər oğlu- çar ordusunun podpolkovniki. Zülfüqar bəy Mirzə Ələkbər oğlu 1884-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Şuşa şəhər real məktəbini bitirmişdi. I Dünya Müharibəsinə qatılmışdı. Poruçik rütbəsi almışdı. Port-Artur döyüşlərindən sağ-salamat qayıdan Zülfüqar 1908-ci ildən 1914-cü ilə qədər Bakı şəhərində hərbi komendant olur. Həmin dönəmdə rütbəsi mayor idi. Birinci Dünya Müharibəsi illərində Avstriya və Ruminiya cəbhələrində iştirak edib, 1916-cı ildə isə Qərb cəbhəsində vuruşan Zülfüqar bəy qəfil top partlayışından həlak olub.

  71. Bəylərbəyov Əli bəy Şahkərim oğlu (1894, Masallı, Xıl - 2.1.1938, Bakı) - Azərbaycan hərbi xadimi, general-mayor. (1923). Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə Quba alayının komandiri olmuşdur. 1921-1922-ci illərdə Bakı zabitlər məktəbinin direktoru vəzifəsində çalışmışdır. Sovet hökuməti tərəfindən gümüş qılıncla mükafatlandırılmışdır (1921). M.C.Bağırov Azərbaycana I katib təyin olunandan sonra o, hərbi işlərdən uzaqlaşıb mülki işlərdə işləmək məqsədilə xüsusi bir ixtisas almaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunun plan-iqtisad şöbəsinə daxil olur. Təhsil aldığı vaxtda Azərbaycan SSSR Xalq Komissarlığı yanında plan iqtisadiyyat və statistika şöbəsində müdir vəzifələrdə işləmişdir. Bütün bu işlərin əvəzində 44 yaşında ikən 1937-ci ildə sentyabrın 19-da həbs edilmiş.

  72. Behbudov Mirzəli bəy Rəhim bəy oğlu ( 1886- 1937) - Azərbaycan ziyalısı, vəkil. Mirzəli bəy Behbudov 1886-cı ildə Şuşa qəzasının Bayat kəndində anadan olmuşdu. Şuşa real məktəbinə daxil olmuş, 1910-cu ildə bu təhsil ocağını bitirmişdi. Sonra ali hüquq təhsili aimışdı. Qardaşı Lütfəli bəyin "Küratan" aksioner cəmiyyətində işə başlamışdı. 1917-ci ilədək bu cəmiyyətin aparıcı kadrlarından olmuşdu. Sonra vəkil kimi fəaliyyət göstərmişdi. Sovet dönəmində öncə onu Şamaxı bölgəsinə, 1932-ci ildən isə Quba rayonnuna göndərmişlər. Burada Rayon Xalq məhkəməsində işə düzəlmiş, vəkillər kollegiyasının üzvü seçilmişdi. Mirzəli bəy Behbudov 1937-ci ildə tutulmuş, şəxsi əmlakı müsadirə olunmaqla güllələnmə cəzası almışdı.

  73. Praporşik Babaşov Məmməd İbrahim oğlu - 1896-cı il  
    martın on beşində Bakının Pirşağı kəndində anadan olub. Bakıda üç sinifli  gimnaziyanı və 1919-cu il mayın 5-də Gəncə praporşiklər məktəbini bitirib.  Musavat ordusunda vzvod komandiri olub. 1920-ci il Aprel işğalının qurbanı.

  74. Praporşik Babayev Əliabbas - 1895-ci ildə Bakıda  
    anadan olub. Bakıda iki sinifli realnı məktəbini və 1919-cu ildə Gəncə  praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  75. Podporuçik Bəydəmirov Mövsüm Məzahir oğlu -  (1899- 1937)
    Bülbülədə kəndli ailəsində anadan olub. Sabunçu qəsəbəsindəki dörd sinifli  ali-ibtidai məktəbi və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  76. Yunker Babayev Paşa Ağabala oğlu-1902-ci il aprelin 20- 
    də Bakıda kəndli ailəsində anadan olub. Altı sinifli Bakı realnı məktəbini bitirib.  Musavat ordusuna könüllü gəlib. Bakıdakı Azərbaycan hərbiyyə məktəbində təhsil  alıb. 1920-ci il Aprel işğalının qurbanı. 

  77. Praporşik Babayev İsmayıl Məmməd oğlu-1900-cu il  
    sentyabrın 23-də Gəncədə kəndli ailəsində anadan olub. Gəncədə altı sinifli  gimnaziyanı və 1918-ci ildə Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  78. Podporuçik Babayev Əjdər Qəni oğlu- 1900-cu il dekabrın  
    26-da Bakıda anadan olub. Bakıda beş sinifli gimnaziyanı  və 1920-ci il aprelin 24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. Sovetlər vaxtı  Novoçerkassk Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 1922-ci ildən “Musavat  gizli hərbi təşkilatı”nın üzvü olub. 1923-cü ilin iyul ayında həbs edilib. Azərbaycan  SSR CM-nin 57, 58, 65, 66- cı maddələrilə ittiham olunaraq sürgünə göndərilib.  

  79. Bədirbəyov Xanismayıl bəy Süleyman bəy oğlu - repressiya qurbanı.Süleyman bəy Bədirbəyovun oğlu. Şəmkir rayonunun Morul kəndində doğulub. Rəsmi sənəddə adı Xan İsmayıl yazılsa da, kənd əhalisinin çoxu ona İsmayıl ağa deyə müraciət edirdi. Demokratik düşüncəli İsmayıl ağa, qardaşları Əşrəf bəy, İsfəndiyar ağa, eləcə də bir neçə həmkəndlisi 1907-ci ilin əvvəllərində Gəncədə gizli fəaliyyət göstərən "Difai" özünümüdafiə təşkilatına üzv yazılır, sonralar bu təşkilatın Şəmkirdə özəyini yaradırlar.23 avqust 1937-ci il tarıxli qərarına əsasən 67 yaşlı Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlunun əmlakı müsadirə olunmaqla barəsində güllələnmə hökmü çıxarılır.

  80. Camalbəyov İsmayıl bəy Abbasqulu bəy oğlu (18831938) — Azərbaycan ziyalısı, maarifpərvər, Naxçıvanın İranda (Makuda) konsulu. İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov 1883-cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. Məktəb təhsilini də burada almışdır. O, 1915-ci ildə yaradılmış Mücahidin Milli Partiyasının liderlərindən omuşdur. 1918-ci ilin fevralında Zaqafqaziya Komissarlığını (1917-ci il noyabrın 11-də Xüsusi Zaqafqaziya Komitəsini əvəz etmiş Zaqafqaziya hökuməti) Zaqafqaziya seyminin (qanunvericilik orqanı) əvəz etdiyi və Zaqafqaziyanı müstəqil dövlətlərə parçalamaq uğrunda fəaliyyətin gücləndiyi dövrdə Naxçıvanın növbəti daşnak hücumlarından müdafiəsinin təşkilində ciddi rol oynamışdır. 20-ci illərdə Qasım bəy Camalbəyov Təbrizdə, onun qardaşı İsmayıl Camalbəyov isə Makuda Naxçıvanın ilk konsulları olmuşlar. İsmayıl bəy Camalbəyov 1938-ci ildə repressiyaya uğrayıb. O, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 5 yanvar 1938-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş, qərar yanvar ayının 6-da icra olunmuşdur.

  81. Cəmillinski Səməd bəy - Qərbi Azərbaycanın (Naxçıvan mahalının) general-qubernatoru (1919-1920).1892-ci ildə Qarabağın Cəmilli obasında anadan olmuşdur. İbtidai təhsilini molla məktəbində alsa da, təhsilini sonralar Gəncə gimnaziyasında davam etdirir. Ali təhsilini isə Peterburqdakı Rusiya Dövlət Universitetinin hüquq fakültəsində almışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə  (1918-20) bir müddət Qarabağ general qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkil olmuşdur.  1919-cu ilin avqustunda  Qərbi Azərbaycanın (Naxçıvan mahalının) general-qubernatoru təyin edilmişdir.Azərbaycan Cümhuriyyətinin süqutunadək həmin vəzifədə qalmışdır. Sonrakı taleyi məlum deyildir.

  82. Cahangirzadə İbrahim bəy Məhəmməd bəy oğlu (d. 1874Gümrüİrəvan quberniyasıRusiya İmperiyası – ö. 19 may 1948QarsTürkiyə) — dövlət xadimi, hərbiçi, erməni-rus istilaçılarına qarşı fəal mübariz. Cənub-Qərbi Qafqaz hökumətinə başçılıq etmişdir. Gümrüdə və Qarsda mədrəsədə oxumuş, üç il Qars şəhər məktəbində rus dilində təhsil almışdır. Zəngin və tanınmış ailədən olduğundan Aleksandropol (Gümrü) kazak alayına qəbul edilmiş, beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli "İslam cəmiyyəti" ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur (1903). Əfv fərmanına əsasən, 6 aydan sonra azad olunaraq Qarsa qayıtmış və maliyyə məmuru işləmişdir. 1905-06 illərdə ermənilər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirərkən könüllü dəstə toplayaraq, qardaşı Həsənxanla birlikdə Qarabağa köməyə gəlmiş, 1919-cu ildə  evləri və əmlakları müsadirə edilməklə, Malta adasına (Aralıq dənizində) sürgün olundular. 1921-ci ildə Nəriman Nərimanovun köməyi ilə sürgündən azad edilən qarslılar əski rus təbəəsi bəhanəsiylə Tiflisə göndərildilər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy arvadı Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfıbəylinin himayəsində tapdı və onun köməyi ilə Qarsa qayıtdı. İbrahim bəy Kazım Qarabəkir paşanın tövsiyəsi ilə avqustda Qarsda keçirilən seçkilərdə iştirak edərək, şəhər valisi seçilmiş, 1921-27-ci illərdə Qars bələdiyyə rəisi işləmiş, sonralar ticarət məmuru olmuşdur.

  83. Cəbiyev Hacıbaba Kərbəlayi Hüseyn oğlu - 1875-ci ildə Bakının Yuxarı Dağlı məhəlləsində doğulub. 25 aprel 1924-cü il tarixli qərarı ilə Cəfər Cabbarlı istisna olmaqla, iyirmi nəfərə yaxın istiqlal mücahidi, o cümlədən Hacıbaba Cəbiyev 3 il müddətinə azadlıqdan məhrum edilməklə uzaq Murmansk vilayətinə - Ağ dənizdəki Solovki ölüm düşərgəsinə sürgün edildi. 1956-cı il iyun ayında dünyasını dəyişib.

  84. Carçıyev Musa Abbas oğlu (20.1.1938)- Qazax rayonunun Çaylı kəndində doğulub.Carçıyevlər nəslindəndir. Musa Abbas oğlu Carçıyev məlum repressiya dövründə 3 il azadlıqdan məhrum edilib və 1938-ci ildə "əksinqilabi fəaliyyət" və "antisovet təbliğatı" maddələri ilə təqsirli bilinərək güllələnib.

  85. Cavanşir Rəşid ağa Azad ağa oğlu – (1899-1938) Repressiya qurbanı. Behbud xan Cavanşirin qardaşı Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi. 1900-cü ildə Cavanşir qəzasının Qaraqoyunlu kəndində  dünyaya gəlmişdi.Behbud xanın qətlindən sonra qardaşları Cəmşid ağa və Surxay ağanın təkidinə baxmayaraq İstanbula getməyib Bakıda qalmışdı. Azərittifaqda mühasib işləyirdi. Rəşid Ağa Cavanşir 1920-ci ildə məşhur Tərtər üsyanının iştirakçısı və təşkilatçılarından biri olub.O, öz dəstəsi ilə birlikdə Qızıl Ordu hissələrinə qarşı vuruşub. Üsyan yatırıldıqdan sonra Rəşid Ağaya məxsus bütün mal-qara, torpaq, əmlak müsadirə olundu. Qardaşları Surxay bəy, Cümşüd bəy Türkiyəyə mühacirət etdi, Əkbər Ağa isə Bakıya qaçdı. Rəşid Ağa isə bir müddət Qarabağda yaşasa da, sonra Bakıya gələrək şəhərdə bir kontorda işə düzəlib. 1937-ci ilin dekabrında həbs edilərək güllələnib.

  86. Cəbiyev Həbib Pirican oğlu (1899Bakı – 21 aprel 1938Bakı) — siyasi və dövlət xadimi, publisist. Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda, xırda neft sahibkarı ailəsində anadan olmuşdur. Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. 1938-ci ildə Həbib Cəbiyevi həbs edib Bakıya göndərirlər. Həyat yoldaşı Aleksandranın dediklərinə görə Həbib Cəbiyevi bir neçə dəfə Mircəfər Bağırov özü dindirmiş, lakin istədiyi ifadəni ondan ala bilmədiyindən şəxsən özü onu güllələmişdir. Həbib Cəbiyev 21 aprel 1938-ci il tarixində güllələnmiş, Stalinin ölümündən sonra bəraət almışdır.

  87. Camalbəyov Qasım bəy Abbasqulu bəy oğlu (1881 –  1938) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası onu 7 yaşında olarkən təhsil almaq üçün mədrəsəyə verir. 1896-cı ildə Naxçıvanda türk (ana dili), rus və fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi məktəb açılır və Qasım bəy orda təhsil alır. Qafqazı tərk etmək qərarına gəlir, lakin buna macal tapmır – onu "İslamiyə" mehmanxanası  yaxınlığında həbs edirlər. Bu həbsdən də qaçmağa nail olan Qasım bəy dənizlə Həştərxana gəlir. Burada o, silahdaşı İbrahim Əbilovu axtarıb tapır və onun yanında müvəqqəti sığınacaq əldə edir.1938-ci ildə qətl edilib.

  88. Cəfərov Məmməd Yusif Hacıbaba oğlu- ( 1885 –  1938) — hüquqşünas, alim, Azərbaycan Demokratik Respublikasının sənaye və ticarət naziri (14 mart– 22 dekabr 1919). Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1920-ci il aprelin 27-də Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M. Y. Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat etmişdir.

  89. General-mayor Çxeidze Konstantin Davıdoviç - 1919- 
    cu il dekabrın 8-dən 1920-ci il mayın 21-dək Azərbaycan Hərbi məktəbinin rəisi  olmuşdur. Polkovnik Konstantin Çxeidze 1920-ci il martın 21-də Azərbaycan  hökuməti tərəfindən general-mayor rütbəsilə təltif olundu. 1920-ci il martın 29-da  bolşeviklər general Çxeidzeni həbs etdilər. Sonrakı taleyi məlum deyil.  

  90. Dibirov  Əhməd bəy (1860-1934) — çar ordusunun polkovniki. İkinci piyada Zaqatala alayının komandiri. 1860-cı ildə Balakən rayonunun Mahmalar kəndində anadan olub. Musavat zabiti olduğuna görə iyirminci ildə həbs edilib. Şəki qalasında bir neçə il saxlanıb. 1930-cu ildə yenidən həbs edilib. İki ay sonra həbsxanada ürək partlamasından vəfat edib.

  91. General-mayor Dubrovski Vasili İvanoviç  - Nazirlikdə  
    hərbi gəmi hissəsinin rəisi.  

  92. Daryalı Firudin bəy — Türkiyə Cümhiriyyətinin Ordu generalı.Firudin bəy Daryalı 1900-cü ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. 1918-1920-ci illərdə Azərbaycan ərazisində dinc əhaliyə divan tutan erməni hərbi birləşmələrinə qarşı böyük şücaətlər göstərib. 20 yaşında zabit olub, Kazanda hərbi məktəbdə oxuyub. Azərbayca Ordusunun zabiti olub. Qarabağ uğrunda göstərdiyi igidliyə görə orden və medallarla təltif olunub

  93. Dadaşov Məmmədtağı Teymur oğlu- 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. Məmmədtağı Müstəqil Azərbaycan Respublikası dövründə fəaliyyətə başlamış, hərbi yunkerlər məktəbinə daxil olmuş və həmin məktəbi praporşik rütbəsi ilə başa vurduqdan sonra bir müddət Milli Ordu sıralarında xidmət etmişdi. 1932-ci il martın 20-də onun haqqında belə bir qərar qəbul edilmişdir: “Dadaşov Məmmədtağı Teymur oğlu müddəti 22 dekabr 1931-ci ildən hesablanmaqla 10 il müddətinə azadlıqdan məhrum edilsin.

  94. Praporşik Dadaşov Sultan Əbdül oğlu -  1892-ci il yanvarın  
    2-də Bakının Fatmayi kəndində anadan olub. Bakıda ali-ibtidai məktəbi və 1919- cu ildə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  95. Praporşik Dadaşov Əlihüseyn Ağahüseyn oğlu -  1899-cu  
    il avqustun 3-də Bakıda anadan olub. Bakıda ticarət məktəbini və  1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Həmin il iyunun 24-də Tiflis  aviasiya məktəbinə qəbul olunub. 1920-ci ildə bolşeviklərin istilası ilə əlaqədar  təhsilini davam etdirə bilməyib. Musavat ordusunda rota komandiri olub.  1920-ci il Aprel işğalının qurbanı.

  96. Dursunzadə Məmmədzəki - (1890, Axalsix rayonu, Azqur kəndi - 1937, Tiflis) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Müəllimlər İnstitutunun hüquq fakültəsini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixlı qərarına əsasən təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdi. Sonradan təhsilini öz hesabına davam etdirmiş, Türkiyədən Almaniyaya getmişdir. Təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, qadın müəllimlər seminariyasında və yer quruluşu texnikumunda müəllimlik etmişdir. 1937-ci ildə doğma kəndinə getmiş, orada həbs olunaraq güllələnmişdir.

  97. Praporşik Eyvazov Hüseyn Heydər oğlu - 1895-ci ildə  
    Salyanda kəndli ailəsində anadan olub. Salyan ali-ibtidai məktəbini və 1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  98. Əhmədzadə Yaqub bəy - Kapitan. Cümhuriyyət çağında yüzbaşı/kapitan; kommunistlər güllələyib.

  99. Əmirov Mirzə Nəsrulla-1873-cü ildə anadan olub. 1919-cü il Mirzə Nəsrulla Müsavat hakimiyyəti dövründə təşkil olunmuş Naxçıvan Milli Komitəsinin sədri seçilib. 1937-ci ildə repressiya qurbanı olub.

  100. Əlizadə Mirzə Rza (1875-1942) —1875-ci ildə Borçalı qəzasının Faxralı elində dünyaya gəlib.1895-ci illərdə Qori seminaryasında təhsil almışdır. Mirzə Rza  Gürcüstan Demokratik Respublikası qurulanda orada Azərbaycan xalq məktəbləri inspektoru vəzifəsini tutur. Azərbaycan aşağı ibtidai məktəblərinin tədris planını Mirzə Rza tərtib etmişdi. Burada məcburi fənnlər sırasında Azərbaycan dili dururdu. Azərbaycan dili dərsləri Gürcüstan Müsəlman Milli Şurasının, inspektoru Mirzə Rza Əlizadənin, qəza məktəb şöbələrinin hazırladıqları proqramlar, Bakıda və Tiflisdə çap olunmuş dərsliklər əsasında keçilirdi.Mirzə Rza bəy Məhəmməd Əmin Rəsulzadə ilə dostluq əlaqələrinə, 1918-ci ildə Azərbaycan Milli Hökumətinin təşkilində iştirakına və Türk millətinin azadlığı uğrunda çıxışlarına görə Sovet dövründə siyasi təqiblərə məruz qalmış, 1934-cü ildə M. Ə. Rəsulzadənin məsləhətiylə mühəndis təhsilli oğlu Hidayət və qızı Səltənətlə birlikdə Türkiyəyə mühacirətə getmişdir. 1942-ci ildə Türkiyədə vəfat etmişdir.

  101. Abdulla İsmayıl oğlu Əfəndizadə (1873-1928) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, pedaqoq.Şəki şəhərində anadan olmuşdu. Şəki şəhər məktəbini, sonra Gəncə Mixaylov Sənət məktəbini bitirmişdi. Şəkidə müəllim işləmişdir. 2 il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı.Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilmişdir. O, 1928-ci ildə Bakı şəhərində vəfat etmişdir.

  102. Qantəmir/Əfəndizadə Qafur Sədrəddin oğlu – yazıçı, İstanbul Universitetinin tarix-filologiya fakültəsi (1910-14), ADU-nun tibb fakültəsini (1929) bitirib; bir çox əsərlərin müəllifidir; Azərbaycan  Müəllimlər İnstitutu nəzdində Abdulla Şaiq adına nümunə məktəbinin müdiri olmuşdur. "İttihad" partiyasının üzvü olub, buna görə də 16.2.1938-də həbs edilərək 8 il iş alıb və həbsdə ölüb.

  103. Qara bəy Əliverdilər (1879-1929) — İctimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü. 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. ADR dönəmində parlament üzvü olmuşdu. Əliverdilər soyadı ilə məşhur idi.Qara bəy 1929-cu ildə vəfat edib

  104. Praporşik Əliyev Əliabbas Ələkbər oğlu - 1900-cu il  
    martın 11 - də Bakıda anadan olub. 1919-cu ildə Gəncə praporşiklər məktəbini  bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  105. Praporşik Əliyev Hüseyn Kərim oğlu - 1897-ci ildə  Cavanşir qəzasında anadan olub. 1919-cu ildə Gəncədə Azərbaycan  praporşiklər məktəbini bitirib. Bundan əvvəl birinci Tiflis kişi gimnaziyasında  təhsil alıb.   1920-ci il Aprel işğalının qurbanı.

  106. Praporşik Ələsgərov Əbdülxəlil Əlibala oğlu - 1894- cü ildə Bakıda anadan olub. Ev təhsili alıb. 1919- cu ildə Gəncə  praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  107. Əmirov Əsəd bəy - (1889-?) - Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri. Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən "İttihad" partiyasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi.

  108. Praporşik Əmiraslanov Musa Əmirhəmzə oğlu - 1898- 
    ci il dekabrın 31-də Bakıda anadan olub. Bakıdakı üçüncü ali- ibtidai məktəbini bitirib. 1918-ci il noyabrın 18-dən 1919-cu il sentyabrın 1dək  Gəncədəki praporşiklər məktəbində oxuyub. Sovetlər vaxtı Azdiviziyada dördüncü  polkda rota komandiri olub. 1930-cu ildə keçmiş musavatçı kimi həbs edilib.  

  109. Praporşik Əsgərov Həsən Cəfərqulu oğlu - 1895-ci il  yanvarın 7-də Bakıda anadan olub. Musavat ordusunda rota  komandiri olub.1918-ci il noyabrın on səkkizində Gəncə praporşiklər məktəbinə daxil  olub.1919-cu il mayın 21-də həmin məktəbi bitirib. Hərbi məktəbdən əvvəl  Bakıda ali-ibtidai təhsil də almışdı.  1920-ci il Aprel işğalının qurbanı.

  110. Praporşik Əsgərov Əhməd Əliməmməd oğlu – 1895 ci  ildə Bakıda fəhlə ailəsində anadan olub. Rus-tatar məktəbini bitirib.1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. Milli orduda praporşik kimi xidmət edib.1918-ci ildə Bakı uğrunda döyüşlərdə bolşeviklərə qarşı vuruşub. 1920-ci il Aprel işğalının qurbanı.

  111. Podporuçik Əbdülsalamov Həsənbala Aşır oğlu - 1894- 
    cü ilin oktyabrında Bakıda meşşan ailəsində anadan olub. Bakıda dörd sinifli ali- ibtidai məktəbi bitirib. 1920-ci il aprelin 24-də Gəncə praporşiklər məktəbini  bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  112. Əbdülzadə Əbdül Abbas oğlu — Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (1898-1937, Bakı). Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində riyaziyyat ixtisası üzrə  oxuyub (20.5.1926-da bitirib). 11 sentyabr 1922-ci il 14 maydan 1927-ci ilədək Nərimanov adına texnikumda müəllim işləyən Ə.Əbdülzadə 18 yanvar 1927-ci ildə həbs edilib , «Müsavat» partiyasının gizli təşkilatında iştirakına görə 8 il iş verilərək 1928-ci ilin yayında Solovki adasına sürgünə göndərilib. 9 nəfər köhnə məhbus yoldaşıyla birgə 24 dekabr 1936-cı ildə yenidən gizli müsavatçılıq fəaliyyəti üstündə həbs edilərək 28 iyul 1937-ci ildə onlarla birgə güllələnib.

  113. Sarı Ələkbər (Sarı İmamqulu oğlu Ələkbər) (1874,Gəncə-1938,Qars)- Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri olmuş, daha sonra polis idarəsi rəisinin müavini işləmişdir. Gəncə üsyanının başçılarından biri Cahangir bəy Kazımbəy xatirələrində 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Balabağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə üsyana başlamaq haqqında razılığa goldiklərini qeyd etmişdir. Üsyan zamanı qəhrəmanlıqlar göstərən Sarı Ələkbər 11-ci Qırmızı ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak etmişdir.  Gəncə üsyanı amansızcasına yatırıldıqdan sonra Sarı Ələkbərin qardaşları və yaxın qohumları istintaqsız-məhkəməsiz güllələnmiş, özü isə böyük çətinliklərlə Trabzona qaça bilmişdir. Oğlanları Qulu, İsmayıl, qızı Brilyant Qazaxıstana sürgün edilmiş, lakin Sarı Ələkbərin silahdaşları onları 1924-cü ildə gizli yolla Trabzona keçirə bilmişlər.

  114. Əliyev Baba Əliyoldaş oğlu (1877-1938) - Az.ÇK sədri. Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri.Repressiya qurbanı.

  115. Əsgərov Baba Əbi oğlu−(12 oktyabr 1937-ci il) Partiya Tarixi İnstitutunun əməkdaşı 1928-ci ildən ADU-nun tarix müəllimi. Repressiya qurbanı.

  116. Əfəndiyev Həmdulla əfəndi (1870-1929) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri; Azərbaycan Demokratik Respublika parlamentinin üzvü, Sovet dönəmində Quba üsyanının (1920) başçısı. 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonuQələgah kəndində) anadan olub. Azərbaycanda Sovet höküməti qurulduqdan sonra Həmdulla əfəndi, 25 oktyabr 1928-ci ildə həbs edilmiş və 1929-cu il 7 iyul tarixində Nargin adasında güllələnmişdir

  117. Əliyev Məmməd bəy Hüseyn bəy oğlu -(1882-1938), ADR-in Gürcüstanda hərbi attaşesi, polkovnik. Məmməd bəy Hüseyn bəy oğlu 1882-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Gəncə klassik gimnaziyasını, sonra Peterburq Ali Hərbi Topoqrafiya məktəbini bitirmişdi. Tiflis Qafqaz Hərbi Topoqrafiya şöbəsində xidmət etmişdi. ADR yaranandan sonra Azərbaycan Hərbi nazirliyinin Hərbi Topoqrafiya şöbəsində rəis vəzifəsində xidmət etmiş, polkovnik rütbəsi daşımışdı.26 mart 1919-cu ildə Gürcüstana hərbi attaşe göndərilmişdi. Sovet dönəmində ali məktəblərdə professor kimi mühazirə oxumuşdu. 1937-ci ilin oktyabrında tutulmuşdu. 1938-ci ildə güllələnib.

  118. Əhmədzadə Yaqub bəy - Kapitan. Cümhuriyyət çağında yüzbaşı/kapitan; kommunistlər güllələyib; Məhəmmədəmin Rəsulzadə özünün «Azərbaycan Cümhuriyyəti» kitabında onu «istiqlal şəhidi» adlandırıb.1920-ci ildə qətl edilib.

  119. Əzimi Əbdülqasım (1903-1947) — azərbaycanlı əsilli İran general-mayoru. 1903-cü ildə Təbrizdə anadan olub. Rrepressiyaya salınaraq 1947-ci ildə güllələnib.

  120. Əlibəyov  Tağı bəy oğlu (1907-1937)—Azərbaycan Milli Mərkəzinin üzvü.1-ci alayda vzvod komandiri kimi xidmət etmişdi.Repressiya qurbanı.

  121. Əlizadə Nağı bəy - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi, podpolkovnik. 1897-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycanda sovet hakimiyyəti elan olunduqdan sonra bolşeviklər tərəfindən həbs edilərək, elə 1920-ci ildə güllələnmişdi.

  122. Ştab-rotmistr Əmircanov Allahyar Mövsüm oğlu -   
    1897-ci il mayın on birində Nuxada (Şəki) bəy ailəsində anadan olub. 1907-ci ildən  1914-cü ilədək Vladiqafqaz kadet korpusunda hərbi təhsil alıb. Birinci Cahan  müharibəsində “Dikaya diviziya”da qulluq edib. Göstərdiyi hərbi şücaətlərə görə  dördüncü dərəcəli “müqəddəs Georgi”xaçı ilə təltif olunub.

  123. Poruçik Əfəndiyev Mahmud İbrahim oğlu - 1890-cı il  
    Qazax qəzasının Salahlı kəndində  anadan olub.Qoridə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil  alıb. 1915-ci ildəTelavi praporşiklər məktəbini bitirib. Musavat ordusunda rota  komandiri idi. 1920-ci il Aprel işğalının qurbanı.

  124. Poruçik Əsədullayev Əli Şəmsi oğlu -   Poruçik Əli Əsədullayev 1921-ci ilin dekabr ayında Gürcüstanda həbs  olunub. Beriyanın imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba əsasən, Əli  Əsədullayevi Azərbaycan  Fövqəladə  Komissarlığı tələb edib. Əli Əsədullayev  Beriyanın imzaladığı 30 dekabr 1921-ci il tarixli orderlə həbsdən azad edilərək  Bağırovun sərəncamına göndərilib. İş üzrə heç bir təhqiqat işi aparılmayıb. Sonra  arvadı  ilə  birlikdə  İrana  oradanda Türkiyəyə qaçıb.  Müttəhim   Mircəfər   Bağırov   bu barədə  istintaq zamanı bildirdi ki,  Əli  Əsədullayevin  nə üçün  istintaqa cəlb olunmaması   və   həbs  edilməməsindən  xəbəri yoxdur.  Şahidlər Qasımov  Əyyub Mikayıl oğlu,  Mehdiyev Əliqulu Kür oğlu  
    göstərdilər ki, Mircəfər Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş. 

  125. Podporuçik Əliyev Fərrux İbrahim oğlu - 1896-cı il  
    mayın 17-də Bakının Ramana kəndində  dünyaya gəlib.Tiflisdəki  dördüncü kişi gimnaziyasını və 1918-ci ildə Azərbaycan hərbiyyə məktəbini  bitirib. Musavat ordusunda rota komandiri olub. 1920-ci il Aprel işğalının qurbanı.

  126. Podporuçik Əliyev Xəlil Paşa oğlu - 1896-cı il fevralın 23- 
    də Bakının Nardaran kəndində anadan olub. Bakıdakı üçüncü ali-ibtidai məktəbini  bitirib. 1919-cu il mayın 5-də Gəncədə praporşiklər məktəbini bitirib. 1920-ci il  aprelin 27-də bolşeviklər həbs edib.  

  127. Podporuçik Əliyev Malik Heydər oğlu -  1898-ci ildə  
    Bakıda meşşan ailəsində anadan olub. Bakıda ali-ibtidai məktəbin dörd sinfini  bitirib. 1918-ci il noyabrın 16-da Gəncə hərbi məktəbinə daxil olaraq oranı 1919- cu ildə bitirib. 1920-ci il Aprel işğalının qurbanı. 

  128. Podporuçik Əliyev  Məmmədhüseyn Hacı Fərrux oğlu -  1895-ci ildə Bakıda Böyük Krepostnoy küçəsindəki beş saylı evdə  
    anadan olub. Bakıda üç sinifli ticarət məktəbini və 1919-cu ildə Gəncə praporşiklər  məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı. 

  129. Podporuçik Əkbərov Əmircan Məmmədəli oğlu - 1894- 
    cü ildə Nuxa şəhərində anadan olub. İlk təhsilini Nuxa şəhər dörd sinifli məktəbdə  alıb. 1915-ci ildə poçtda çinovnik olub. 1917 ci ildə Tiflisdə praporşiklər  məktəbini bitirib. Milli Orduda podporuçik kimi xidmət edib. 1920-ci il Aprel işğalının qurbanı. 

  130. Feldfebel Əhmədov Cəlil Cavad oğlu - 1895-ci ildə  
    Cəbrayılda kəndli ailəsində anadan olub. Musavat ordusuna könüllü xidmət edib. 1920-ci il Aprel işğalının qurbanı.

  131. Gülməmmədbəyov Əliş bəy Abbas bəy oğlu - Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Şuşa şəhər dumasının üzvü.Əliş bəy Abbas bəy oğlu 1878- ci ildə Şuşa şəhərində Merdinli məhəlləsində anadan olmuşdu. İlk təhsilini Şuşa real məktəbində almışdı. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Şuşaya qayıtdıqdan sonra Şuşa Şəhər Dumasına üzv seçilmiş və Duma komissiyalarından birinə rəhbərlik etmişdir.İmperator II Nikolay tərəfindən "Xidmətlərinə görə" (За усердие) medalı və digər mükafatlara layiq görülmüşdü. Azərbaycan Demokratik Respublikasının fəal tərəfdarlarından olub. Əliş bəy 1920-ci ildə vəfat edib.

  132. Tlexas Murad Gəray (1874-1920) — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. Əslən çərkəzdir. Aprel işğalından (1920) sonra həbs olunan Tlexas bolşevik Əli Bayramovun qətlində ittiham olunaraq ölümə məhkum edildi.

  133. Podporuçik Gülməmmədov Osman ağa - 1914-cü il sentyabrın  
    birindən 1917-ci ilin avqustunadək Birinci Dünya Müharibəsi illərində süvari  alayında döyüşüb. Döyüş yolu Avstriya və Rumın cəbhələrində olub. Sıravi əsgər  kimi xidmətə başlayan Osman ağaya 1915-ci ilin avqustunda kiçik uryadnik rütbəsi verilir. 1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüşlərində bolşeviklərə qarşı  vuruşub. Onun süvari dəstəsi düşməndən yüz altı nəfər aşağı rütbəli əsgər, üç zabit,  bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb.  Poruçik Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın on beşində Bakı  döyüşlərinin ən fəal iştirakçısı olub.

  134. Göyrə oğlu Qara (1866, Borçalı mahalının Qızılhacılı kəndi - 1929Borçalı) — Azərbaycanın xalq qəhrəmanı. Göyrə oğlu Qara 1918-ci ildə Borçalıda erməni-daşnak quldur dəstələrinə qarşı mübarizə aparmışdır. Göyrə oğlu Qara 1918-ci ildə Borçalıya soxulan Andronikin daşnak quldur dəstələrini geri oturtmuşdu. Ermənilər Dürnik kəndi tərəfdən Qızılhacılıya hücum edərkən, Göyrə oğlu Qara onların qabağını saxlamış, düşmən itki verərək, qaçmağa məcbur olmuşdu. Qanlı döyüşlərdən biri tarixə "Bolus döyüşü" adı ilə daxil olan və indiki Bolnisi uğrunda gedən döyüş idi. Qara Cöyrə oğluna Azərbaycan Xalq Cümhuriyyəti yardım göstərmiş, ona silah və sursat göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra, 1928-ci ildə Göyrə oğlu Qara Şulaveri rayon partiya komitəsində məsul vəzifələr tutan ermənilərin əli ilə həbs olunaraq 1929-cu ildə qətlə yetirildi. Sonralar erməni qisasçılığı öz mənfur işini davam etdirmiş, 1933-cü ildə Cöyrə oğlu Qaranın ailəsi həbs edilib Şimali Qazaxıstanın Akmolinsk vilayətinə sürgün olunmuşdu.

  135. Hacıyev Eyyub Əhməd oğlu - 28.10.1937-ci il tarixdə əksinqilabi-millətçi təşkilatının fəal iştirakçısı olduğu üçün tutulmuşdur

  136. Hacınski Camo bəy (tam adı: Camo bəy Süleyman oğlu Hacınski; d. 14 iyun 1888, Quba – ö. 1942, Sibir, Vyatka)

  137. Hacınski Mehdi bəy Süleyman bəy oğlu (1879-1941) — görkəmli maarif və mədəniyyət xadimi, aktyor, ictimai-siyasi xadim, publisist, naşir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü, daxili işlər nazirinin müavini.

  138. Haşımbəyov  Əliyar bəy (tam adı: Əliyar bəy Haşımbəyov Mehdi bəy oğlu; d.1856 -ö.1920) — Rusiya imperator ordusunda general-mayor (6.12.1908), Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918-1919). Qars vilayəti qubernatorunun köməkçisi. Ali İnqilabi Tribunalının hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də Nargin adasında güllələnmişdi.

  139. Mehdi bəy Hacıbababəyov - (d.1871Şamaxı şəh. -ö.1925Bakı şəh.) — İctimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri. Zaqafqaziya seymininZaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (191826 may) sonra Azərbaycan Milli Şurasının (191827 may) üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Bakı realnı məktəbini bitirmiş, 1901-ci ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir. Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (191819 noyabr) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. "Müsavat" fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) üzvü idi.

  140. Heydərov İbrahim Qasım bəy oğlu (d. 1879, Dərbənd – ö. 1949, Ankara) – Temirxan-Şurada realnı məktəbi, Peterburqda Yol Mühəndisliyi İnstitutunu (1904) bitirmişdir. Dağıstandan və Zaqatala dairəsindən 3-cü Dövlət dumasına üzv seçilmişdir. Heydərov Bakı şəhər idarəsinin üzvü, idarənin təsərrüfat şöbəsinin müdiri idi.1920 ildə Fransaya mühacirət etmişdir.

  141. Həsənbəyov Talıb Məşədi Məmməd oğlu (1897-1920)—polis məmuru.Talıb Məşədi Məmməd oğlu Həsənbəyov 1897-ci ildə Bakı şəhərində anadan olmuşdu.İbtidai təhsil almışdı. Polis orqanlarında dəftərxana qeydiyyatçısı kimi işə başlamışdı.20 sentyabr 1920-ci ildə Həştərxan fövqəladə üçlüyü tərəfindən tutulmuşdu. 1994-cü ildə bəraət alıb.

  142. Hələcov  Danyal bəy— Rusiya İmperiya Ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki, Gəncə üsyanının iştirakçısı. Danyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində anadan olmuşdur. Ailəsində 6 övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil vermişdir. Ailənin üçüncü oğlu olan Danyal bəy öz arzusu ulə hərb sənətini seçmişdir. Danyal bəy Stavropol realnı məktəbini bitirdikdən sonra 1895-ci ildə Peterburqda yerləşən üç illik Mixaylov Topçuluq Məktəbinə daxil olmuşdur. Polkovnik Danyal bəyi Gəncə ÇK-sının sədri Tuхareli 1920-ci ilin iyununda həbs edib, şaşka ilə doğramışdır.

  143. Hacızadə Aslan ( Berkan )- 1897 – ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan Tərtər şəhərində anadan olmuşdur. Bu gənc 1917 – 1920 – ci illərdə Azərbaycanın, 1920 – ci ildən sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda savaşmış, Türkiyənin qurtuluşunda və Türkiyə ordusunun inkişafında böyük xidmətlər göstərmiş, Türkiyə Silahlı Qüvvələrində xidməti dövründə polkovnik rütbəsinə qədər yüksəlmişdir.17 may 1957-ci ildə İzmirdə vəfat etmişdir.

  144. Hüseynov Mirzə Davud (mart 1894 – 21 mart 1938) — Azərbaycan İnqilab komitəsi sədrinin müavini, Azərbaycanin xarici işlər naziri (05.1921 – 12.1921), Azərbaycan SSR Xalq Maliyyə naziri, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə Komissarı, Tacikistan KP MK-nin birinci katibi (1930-1933). Mirzə Davud Bağır oğlu Hüseynov 1938-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.

  145. Həsənov(Həsənzadə)  Dadaş Əbdül Hüseyn oğlu (1897-1927) — Azərbaycanın siyasi xadimi, dövlət müstəqilliyinin bərpası uğrunda mübariz, Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921-1923), “Müsavat” partiyasının Mərkəzi Komitəsinin (MK) sədri (1923-1926). 1926-cı ilin əvvəllərində ADSİ ikinci gizli “Müsavatın” üzvlərinin siyahısını əldə edərək ,onların fəaliyyətlərini izləyərək onları həbs etmişdir. D. Həsənov həmin ilin 11 mart tarixində həbs edilmişdir. D. Həsənovu ADSİ mühafizəçiləri dindirilmələrin birində Jukov soyadlı müstəntiqə hücum edib onun bir gözünü vurub kor etdiyinə görə güllələmişdilər.

  146. Həsənov  Əlağa Hacı Süleyman oğlu (1871 –1933) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri olmuşdur.Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir.Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər Dumasının üzvü seçilmişdir. Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur.Ə.Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. 1919-1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi. Ə.Həsənov 1933-cü ilin martında Bakıda vəfat etmişdir.

  147. Hacınski Əhməd bəy Süleyman bəy oğlu (1897-1937) - «Kommunist» qəzetinin əməkdaşı. (Camo bəy Hacınskiin qardaşı). Əhməd bəy Süleyman bəy oğlu 1897-ci ildə anadan olmuşdur. ADU-da oxuyub.  Müsavat MK-sı üzvü olub; 1926-cı ildə Müsavatın gizli təşkilatının üzvü kimi həbs edilərək sürgün edilib, 1937-də yenidən tutularaq güllələnib.

  148. Həsənov Adil - Repressiya qurbanı. Azərb. SSR xalq maarif komissarının müavini

  149. Həsənbəyov Bahadur Əliəkbər oğlu (1879-1938) - Xarkov Universiteti, (1910) Repressiya qurbanı

  150. Həsənbəyov Bala bəy Cabbar bəy oğlu — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru. Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olmuşdu. 1937-ci il aprelin 16-da Voroşilov Rayon Komitəsinin Partiya bürosu B.C.Həsənbəyovu "XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi" kimi partiya sıralarından çıxarmışdır. B.C.Həsənbəyov Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılmışdır. 1937-ci il oktayabrın 11-də Azərbaycan Dövlət Universitetinin rektoru olan B.Həsənbəyov güllələnməyə məhkum edilmişdir.

  151. Həsənbəyov Musa bəy Şərif oğlu (16.3.1938) - Quba qəzası Rustov sahə pristavı (1918-1920). Musa bəy Şərif  bəy oğlu Həsənbəyov 1890-cı ildə anadan olmuşdu. AXC dövründə polisdə xidmət etdiyi üçün sovet hakimiyyətnin cəza orqanları tərəfindən otuzuncu illərdə repressiyaya məruz qalaraq həbs edilmiş, 1938-ci il martın 16-da Bakıda 48 yaşında güllələnmişdi.

  152. Hacıbəylinski İrza bəy (rus. Ирза-бек Гаджибеклинский) - Azərbaycanın hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur. Xidmətə Yelizavetqrad süvari yunker məktəbində sıravi rütbəli yunker kimi başlamışdır. Məktəbi bitirdikdən sonra 27 aprel 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperator Əlahəzrətləri Böyük Knyaz Mixail Mixayloviçin 21-ci draqun polkuna təyin edilmişdir. 19 mart 1902-ci il tarixində poruçik rütbəsi almışdır. 1 sentyabr 1905-ci il tarixindən ştabs-rotmistr rütbəsi verilmişdir. 25 aprel 1912-ci il tarixində rotmistr rütbəsi verilmişdir. Noyabr ayından I süvari Tatar polkunun komandiri olmuşdur. 1919-cu ilin sentyabr ayında Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi təyin edilmişdir. Hərbi nazir Səməd bəy Mehmandarovun 128 saylı, 2 mart 1920-ci il tarixli əmri ilə Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi, 1 mart 1920-ci il tarixindən Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi təyin edilmişdir. 3 aprel 1920-ci il tarixində polkovnik Hacıbəylinski hərbi şöbə rəisi qismində Könüllü ordunun tərksilah edilmiş hissələrinin əmlak qəbulu üzrə idarələrarası komissiyasının tərkibinə daxil edilmişdir.

  153. Hacıəlibəyov Əli bəy İsmail bəy oğlu — Gəncə şəhərinin polismeysteri, Gəncə üsyanının iştirakçısı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhər polisində pristav və polismeyster köməkçisi vəzifələrində çalışmışdı. Sonra o, 1919-1920-ci illərdə Gəncə şəhərinin polismeysteri vəzifəsində xidmət göstərmişdi. Əli bəy Hacıəlibəyovun rəisliyi zamanı polismeysterliyin ştatları onun böyük köməkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həmdə arxivarius) və tərcüməçidən ibarət idi. Əli bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877-1920) Gəncənin general-qubernatoru olduğu dövrdə (6 may 1919 - 30 aprel 1920) polismeyster vəzifəsində çalışmışdı. O, ictimai asayişin mühafizəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə təltiflənmişdi. Əli bəy Hacalıbəyov Gəncə üsyanının (24 may - 4 iyun 1920-ci il) fəal iştirakçısı idi. Milli təəssübkeş Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov repressiyanın qurbanı olmuşdu.

  154. Poruçik Həyatov Adil bəy -  İkinci Bakı süvari alayında ikinci  
    batalyonun komandiri, Birinci Dünya Müharibəsi illərində eyni adlı batalyonun  komandiri olmuşdur. 1918-ci il avqustun 20-də Şuşanın Malıbəyli kəndini  ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ildə Türkiyənin  “Məcidiyyə” ordeni ilə təltif olunmuşdur.  Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik  Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin 7-də poruçik Adil bəy  Həyatova belə bir xasiyyətnamə vermişlər: “Alayın təşkil olunmasında özünü  layiqincə göstərən, komandirlik etdiyi batalyonda tədris işlərinin, tərbiyənin və  intizamın nümunəvi təşkilində xüsusi səylərini və  böyük enerjisini nəzərə alaraq  podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik rütbəsi verilməsi barədə  vəsadət qaldırıram”.

  155. Praporşik Haşımov Ağakişi Məmmədqasım oğlu -  1890- 
    cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub.  Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  156. Podporuçik Hacıbəylinskin Əjdər Mehdi oğlu - 1897-ci  
    ildə İrəvan şəhərində anadan olub. 1920-ci il aprelin 24-də Azərbaycan hərbiyyə  məktəbini bitirib. Altı sinifli İrəvan kişi gimnaziyasını bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  157. Həlləcov Livan Azərbaycan Xalq Cümhuriyyətində Xarici İşlər nazirinin müavini olub. İrana getmiş,haqqında heç bir məlumat yoxdur.

  158. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (3 mart 1875 — 9 fevral 1931) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycan Demokratik Respublikasının hökumətində daxili işlər (28 may 1918 — 6 oktyabr 1918), maliyyə (1918) və xarici işlər naziri (22 dekabr 1919 — 15 fevral 1920) vəzifələrində çalışmışdı.Tbilisi, Botanika bağında dəfn edilib.

  159. Feyzullayev Haşım - 1926 - cı ildə Fatma Tutayuqla ailə həyatı qurmuşdur. 1927-ci ildə Haşım Feyzullayev Müsavat təşkilatının üzvü kimi həbs edilib və ona on il iş kəsiblər. Haşım Feyzullayev Solovki adalarına sürgün olunmuşdu.

  160. Fərzəlibəyov Mahmud bəy (1871-1937). Məmur. Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. "Müsavat" partiyasına daxil olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ildən polis orqanlarında xidmətə girmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mehrəli bəy Fərzəlibəyov da XDİK-in 11 may 1920-ci il tarixli əmrilə tutduğu vəzifəsindən azad olunmuşdu. Bir müddət ona toxunmamışdılar. Lakin otuzuncu illərin repressiya dalğası ondanda yan keçməmiş, məhz AXC-nin keçmiş polis məmuru olduğuna görə təqiblərə məruz qalmış, 1942-ci ildə həbs olunmuşdu.

  161. Fətəlibəyov Həsən bəy Əhməd bəy oğlu – Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Azərbaycan Demokratik Respublikasının milli ordusunun zabiti.1886-cı ildə Şuşa qəzasının Ətyeməzli obasında zadəgan ailəsində anadan olmuşdu.1917-ci oktyabrın 29-da Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul olunmuşdu. 1918-ci il yanvarın dördündə uryadnik rütbəsi verilmişdi. Həmin il, həmin tarixdə Müsəlman Korpusunun komandiri, general-leytenant Əli ağa Şıxlinskinin əmrilə oboz (hərbi araba karvanı) komandiri təyin edilmişdi. 1919-cu il yanvarın 4-də ailə vəziyyətinə görə hərbi xidmətdən tərxis olunub.Həsən bəy Fətəlibəyov Azərbaycan Demokratik Respublikasının əks-kəşfiyyat idarəsinin rəis müavini işləmişdi.O, bu işə 10 aprel 1920-ci ildə təyin olunmuşdu. Bəzi sənədlərdə rəis olduğu göstərilir.Vəfat tarixi 1920-ci il.

  162. Florenski Pavel Aleksandrviç - 1882-ci ilin yanvarın 9-da Yevlax yaşayış məntəqəsində anadan olmuşdur. O, 1879-1883-cü illərdə Bakı-Tiflis dəmir yolunu çəkən baş mühəndis Aleksandr İvanoviç Florenskinin oğludur. P.Florenskinin uşaqlığı Yevlaxda keçmişdir. O, Tiflisdə klassik gimnaziyanı bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və bitirdikdən sonra dinə olan marağına görə Moskva Dini İlahiyyət Akademiyasında təhsil alır. 1912-ci ildə 30 yaşlı Pavel Florenski Pravoslav kilsəsinin din xadimi kimi bütün Rusiyada tanınırdı. O, çar II Nikolayın etimadını qazanmışdı, onunla dostluq əlaqələri vardı. Rusiyada oktyabr çevrilişindən sonra bütün din xadimləri kimi o da təqiblərə məruz qalmış, 1933-cü ilin 26 iyulunda həbs edilərək 10 il həbs cəzası alıb, 25 noyabr 1937-ci ildə güllələnmişdir.

  163. Fətəliyev Adışirin Adıgözəl oğlu – (16.11.1937*, 44 yaş) Repressiya qurbanı. 1893-cü ildə Şuşada doğulub. Məşhur dərzi idi. Bəylər arasında böyük hörməti vardı. Hər kəs öz libasını Adışirinə biçdirib tikdirməyi xoşlayırdı. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Adışirin Şuşa qəza milis şöbəsində baş milis işçisi olub. Sonralar müxtəlif vəzifələrdə çalışıb. Şuşa Rayon Xalq Məhkəməsinə qədər gəlib çıxıb. Hətta Kommunist Partiyası sıralarına da daxil olub. Sonralar onu həbs edərək belə bir iddia irəli sürüblər ki, Adışirin Fətəliyev milis orqanında işlədiyi vaxt Müsavat Partiyasına mənsubluğunu və Dağlıq Qarabağ Muxtar Vilayətində əksinqilabi üsyançı təşkilatın olmasını gizlədib. Bu uydurma ittihamla 1937-ci ildə həbs edilərək güllələnib.

  164. Xudaverdiyev  Xuduş - (Cümhuriyyət çağında yüzbaşı/kapitan; 1920-ci ildə kommunistlər güllələyib.

  165. Xələfbəyov Məmməd Xələf bəy oğlu (20.6.1898, Şamaxı -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.Şamaxı realnı məktəbini bitirib (1917), Petroqrad Elektrotexnika İnstitutuna daxil olmuş, Fevral inqilabından (1917) sonra Rusiyada baş verən hadisələrlə əlaqədar-təhsilini yarımçıq qoyaraq vətənə qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika-riyaziyyat sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycana dönmüş, 1930-cu illərdə Semaşko adına xəstəxananın cərrahiyyə şöbəsində professor M.Ə.Mirqasımovun yanında işləmişdir. 1930-cu illərin sonlarında repressiyaya məruz qalmış, Kolıma (Rusiya, Maqadan vilayəti) həbs düşərgəsinə göndərilmiş, düşərgə xəstəxanasında həkim işləmişdir. Ölümündən sonra bəraət almışdır.

  166. Xoyski Teymur xan Cahangir xan oğlu - artilleriya podpolkovniki. 1891-ci il noyabrın 27-də Gəncə şəhərində zadəgan ailəsində anadan olmuşdur. Teymur xan Xoyski 1920-ci ilin iyul ayında həbs edilib. Ailəsi ilə birlikdə sürgünə göndərilib.

  167. General-qubernator Xoyski Əmir xan Cahangir xan oğlu -  Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on  
    üçündə Qazax qəzasının qubernatoru təyin edilib.  
    Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri Fətəli xan Xoyskinin  
    qardaşı oğludur. 1920-ci il iyunun on doqquzunda əmisi Tiflisdə teatrdan çıxarkən  muzdlu erməni qatili tərəfindən öldürüldükdən sonra Əmir xan ailəsi ilə Türkiyəyə  qaçmışdır. Ali təhsilli idi: Peterburq Univeritetinin hüquq fakültəsini bitirmişdi.  1966-cı ildə İstanbul şəhərində vəfat etmişdir.

  168. İsrafilov Nəsrulla Yusif oğlu -  (1905-27.7.1937*, 32 yaş)Nəsrulla İsrafilzadə 1904-cü ildə Buzovna kəndində doğulub. Gimnaziya təhsili alıb. İxtisasca jurnalist-tərcüməçidir. 4 fevral 1923-cü ildə “Gənc işçi” qəzeninin katibi təyin edilib.1923-cü il 5 oktyabrda gizli “İstiqlal” qəzetindəki fəaliyyətinə görə həbs olunub. Üç il Ağ dənizdəki Solovki adalarında, Kem şəhərində əzablı, məşəqqətli sürgün həyatı yaşayıb. Cəza müddəti 1926-cı il 5 oktyabrda bitsə də, “islah olunmadığı” nəzərə alınaraq yenidən 3 il müddətinə Uralın Yuxarı Kamski Diyarının Çerdın şəhərinə sürgün olunub. 1929-cu ilin oktyabr ayında ikinci cəza müddəti başa çatsa da, onu sürgündən azad etməyiblər.

  169. İbrahimov Mövsüm – (1919-1920)Parlament mühafizə dəstəsinin podpraporşiki. Hərbi dəniz xalq komissarlığında təsərrüfat komandasının rəisi. Solovki əsir düşərgəsinə sürgün edilmiş.

  170. İsrafilzadə Süleyman Hüseyn oğlu - Süleyman bəy gizli Müsavat Partiyasının Bakı komitəsinin üzvü idi. Müsavatın bəzi iclasları onların evlərində keçirilirdi. Süleyman bəy Müsavat Partiyasıyla əlaqələrinə görə 1926-cı ildə həbs olunur, 37-ci ildə güllələnir.

  171. İsmayılov Rəşid bəy Əsədbəy oğlu (1877İrəvan – 1942Bakı) – Azərbaycan pedaqoqu, publisisti, ədibi, tarixçisi, ictimai və dövlət xadimi.  Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvanda çarizm dövrünün keçmiş məmuru, nüfuzulu bəy ailəsində anadan olub.İrəvan müəllimlər seminariyasını bitirib.1905-ci ildə İrəvan müəllimlər seminariyasını bitirəndən sonra Tehrana yola düşür və 1917-ci ilə qədər orada yaşayır.1917-ci ildə Bakıya qayıdır və 1926-cı ilə qədər burada yaşayır.1938-ci ildə repressiyaya məruz qalır və 1942-ci ildə naməlum şəraitdə Arxangelsk vilayətinin Solovetski islah əmək düşərgəsində vəfat edir.Ölümündən sonra 1962-ci ildə bəraət alır.

  172. İrəvanski Allahyar xan (? - 1937) — cərrah və şərqşünas, repressiya qurbanı. Azərbaycan Xalq Cümhuriyyətinin 25 mart 1919-cu il tarixli 155 nömrəli əmri ilə Naxçıvanın bir qrup döyüşçüsünə göstərdikləri döyüş hünərlərinə görə hərbi rütbə verilir. Qeyd edək ki, bu tarixi sənəd görkəmli tarixçi alim Əli Əliyevin şəxsi arxivindəndir.Ona  piyada ordunun praporşik rütbəsi verilib. Allahyar xan 1919-cu ildə Naxçıvanın müdafiəsində iştirak etmişdi. Sankt-Peterburq Tibb İnstitutunun məzunu idi. Gözəl cərrah və şərqşünas idi. 1937-ci ildə güllələndi.

  173. İsrafilbəyov  İsrafil bəy - İsrafil bəy İsrafilbəyov Gəncədə doğulmuşdur .Gəncə kişi gimnaziyasında  oxumuşdur (184-1890) .1920- ci ildə Gəncə üsyanında iştirakina görə gülləninib. Oğlu Məcid bəy İsrafilbəyov Türkiyəyə muhacirət etmişdir. Gürlər soy adını almış polkovnik olmuşdur.

  174. Podpolkovnik İbrahimbəyli Lətif bəy Məmmədəli oğlu -  Bakı realnı və Tiflis üç illik hərbi məktəblərini bitirib. Birinci  
    Dünya müharibəsində yüz əlli üç saylı Bakı alayının tərkibində zabit kimi vuruşub.  Kapitan rütbəsində Qars vilayətinin komendantı olub. Döyüş xidmətlərinə görə  orden və medallarla təltif olunub. 1884-cü il dekabrın iyirmi doqquzunda Salyanda  anadan olub. Musavat ordusunda Bakı Qala batalyonunun komandiri idi. 

  175. Rotmistr İbrahimbəyli Hacıağa Məmmədəli oğlu -   
    1890-cı il dekabrın səkkizində Salyanda məmur ailəsində anadan olub. Bakıda  kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirib. 1914-15-ci  illərdə Birinci Dünya müharibəsində iştirak edib.  

  176. Praporşik İbrahimov Mürsəl Hacı Məmmədəli oğlu -   
    1899-cu il yanvarın 5-də Şamaxıda anadan olub. Şamaxı şəhər məktəbini və 1918- ci ildə Gəncədə podpraporşiklər məktəbini bitirib. Fars və erməni dillərini  mükəmməl bilir.  1920-ci il Aprel işğalının qurbanı.

  177. Praporşik İskəndərov Məhərrəm Hüseynqulu oğlu -   
    1895-ci ildə Bakıda anadan olub. Birinci Bakı kişi gimnaziyasının dörd sinfini və  1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib. 1918-ci ildə Denikin və  daşnaklarla döyüşlərdə iştirak edib.  1920-ci il Aprel işğalının qurbanı.

  178. Praporşik İbrahimov Mövsüm Abbas oğlu -  1895-ci ildə  
    Qazax qəzasının Azaflı kəndində anadan olub. Musavat ordusunda qərargah  vzvodunun komandiri olub. İki sinifli kənd məktəbini bitirib.  
    Milli Ordunun yaranmasından əvvəl 1918-ci ilədək   “Qafqaz və Merkuri” şirkətində matros kimi xidmət edib. 1920-ci il Aprel işğalının qurbanı. 

  179. Podporuçik İmanov Sadıq Həsən oğlu -  1898-ci ildə Bakıda  
    ziyalı ailəsində anadan olub. Bakı rus-tatar və ticarət məktəblərini, 1918-ci ildə isə  Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya  hücum edəndə həbs edilib, “filtrasiya”adı ilə Nargin adasına sürgün olunub.  Sovetlər vaxtı Azərbaycan ticarət idarəsində işləyib. 1922-ci ildən “Azərbaycanın  müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında  Zaqafqaziya ÇK-sı həbs edərək Şimal sərhədlərinə sürgünə göndərib.  

  180. Podporuçik İsmayılov Ağaəli Hacıəli oğlu -  1895-ci ildə  
    Bakıda meşşan ailəsində anadan olub. Bakı kişi gimnaziyasının üç sinfini və Gəncə  praporşiklər məktəbini bitirib. Rus və türk dillərini mükəmməl bilib.  1920-ci il Aprel işğalının qurbanı.

  181. Podporuçik İmanov Rəhim Hadı oğlu -  1902-ci il martın 3-də  
    Bakıda doğulub. Bakıda rus-tatar məktəbini və 1918-ci ildə Gəncə praporşiklər  məktəbini bitirib. Qusar alayanda rota komandiri olub.  1920-ci il Aprel işğalının qurbanı.

  182. Köçərli Firidun bəy — görkəmli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist.1920-ci ildə 7№-li Xüsusi bölmənin rəisi Libermanın əmri ilə güllələnmə cəzası təyin edilib.

  183. Kiçikxanlı Bayram Niyazi oğlu- (1889-1922) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvü. O, Orenburq seminariyasını bitirdikdən sonra Bakıda əmək fəaliyyətinə başlamış, burada da inqilabi hərəkata qoşulmuşdur. Azərbaycan Demokratik Respublikası dövründə parlamentin üzvü və katibi olmuşdur.

  184. Kazımbəyli Cahangir bəy - Çar Rusiyasında, daha sonra Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı.Cahangir bəy Kazımbəyli Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, Birinci Dünya Mharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmiş, polkovnik rütbəsinədək yüksəlmişdir. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə İtaliyada yaşayıb. Əllinci ildə yenidən İstanbula gəlib, ağır güzəran keçirdiyindən Almaniyayaköçüb, ömrünün sonuna kimi "Azadlıq" radiosunda əməkdaş olub.

  185. Kərimbəyli Rzaqulu bəy Cabbar bəy oğlu - (1918-1920)Gəncə quberniyasının Sərhəd Mühafizə Dəstəsinin (DİN-ə tabe idi) rəisi vəzifəsində  (1881-1921) xidmət göstərmişdi. R. Kərimbəyli 1921-ci ildə məhz buna görə Azərbaycan FK agentlərinin əli ilə qətlə yetirilmişdir

  186. Kələntərov Cabbar bəy – praporşik.Repressiya qurbanı. Azərbaycan Xalq Cümhuriyyətinin 25 mart 1919-cu il tarixli 155 nömrəli əmri ilə Naxçıvanın bir qrup döyüşçüsünə göstərdikləri döyüş hünərlərinə görə hərbi rütbə verilir. (Qeyd edək ki, bu tarixi sənəd görkəmli tarixçi alim Əli Əliyevin şəxsi arxivindəndir.) Şərur və Naxçıvan qəzalarında Piyada ordunun praporşiki rütbəsi verlib. ( Əli Əliyev qeyd ediri ki,MTN-nin Bakıdakı arxivində işləyərkən Cabbar Kələntərovun istintaq işinə rast gəldim. Onu 33 yaşında həbs etmişdilər ki, bir vaxtlar şəhərin komendantı olmusan.)

  187. Kazımov Ağahüseyn Ələkbər oğlu (d.1892-v.1937) - həkim, Azərbaycan SSR-nin ilk səhiyyə komissarı (1920-1921). Ağahüseyn Ələkbər oğlu 1892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Gimnaziyanı bitirəndən sonra 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuşdur. 1916-cı ildə universiteti tamamlamışdı.Pepressiya qurbanı.

  188. General-mayor Karqaleteli Vasili Dmitriyeviç -   
    1920-ci il martın 20-də Azərbaycan hökumətinin 167 saylı əmrilə general-mayor  rütbəsi alıb. Baş Qərargahda Baş İdarənin rəisi və kvartirmeyster generalı  olmuşdur.

  189. Kərimzadə Xasay -  hərbiçi- Solovki Əsir Düşərgəsinə sürgün edilmiş, 1927-ci ildə xəstəlikdən ölüb.

  190. Poruçik Köçərlinski Əyyub Məqrüb oğlu -   
    1900-cu il avqustun iyirmi ikisində Şuşada  zadəgan ailəsində anadan olub. Vladiqafqazdakı realnı məktəbi bitirib. 1918-ci il sentyabrın on beşində Bakının daşnak- bolşeviklərdən azad olunmasında iştirak edib. 1920-ci il Aprel işğalının qurbanı.

  191. Praporşik Kazım Gülməmməd oğlu - 1897-ci  
    ildə Bakıda  anadan olub. 1918-ci ildə  Gəncə praporşiklər  
    məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  192. Kəsəmənli Şirin  - 1887-ci il, Qıraq Kəsəmən kəndi, Qazax qəzası, Bakı quberniyası, Rusiya İmperiyası - 4 yanvar 1920-ci il, Tiflis, Qazaxda dəfn olunmuşdur) — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik.  Polkovnik Şirin bəy Kəsəmənski 1920-ci il 4 yanvarda Tiflisdə müalicə aldığı xəstəxanada vəfat etmiş və Qazaxda dəfn olunmuşdur.

  193. Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökümətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb.1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi. Kərbəlayi İsmayılın adı daha çox Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatı ilə bağlıdır.1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.

  194. Nəbibəyov Hüseyn bəy Qasım bəy oğlu (15 yanvar 1892-1931) - Çar RusiyasıAzərbaycan Xalq Cümhuriyyətinin zabiti, polkovnik, Sovet dönəmində hərbi hazırlıq müəllimi.

  195. Qaytabaşı  Əbdülhəmid bəy Şərif bəy oğlu - (1884-1920)  Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.

  196. Qayıbov  Bahadır - Azərbaycan ziyalısı, Qafqaz müftüsü Mirzə Hüseyn Qayıbzadənin oğludur. Bahadır bəy Hüseyn Əfəndi oğlu Qayıbov 1878-ci ildə Qazaxın Salahlı kəndində anadan olmuşdur. 1897-ci ildə Tiflis gimnaziyasını və Xarkov Dövlət Universitetinin tibb fakültəsini (1903-cü ildə) bitirmişdir.Azərbaycan Xalq Cümhuriyyəti ordusunda hərbi-tibb xidmətinin fəal təşkilatçılarından biri olmuşdur. Hərbi nazirin 1919-cu il 19 iyul tarixli əmri ilə Azərbaycan ordusuna qəbul edilərək, hərbi-sanitar hissəsinin rəisi təyin olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər bu vəzifəni icra etmişdir. Onun rəhbərliyi ilə Şuşada hərbi feldşer məktəbi, bir sıra hərbi hissələdə və məntəqələrdə tibbi müayinə obyektləri açılmışdı. 1949-cu ildə vəfat edib

  197. Qudiyev  Quda - general. Bakı şəhər polis idarəsinin rəisi (1919-1920) Qudiyev Quda Əliyeviç milliyyətcə inquş idi. O, 1880-ci il fevralın 12-də Qafqaz dağlarının ətəyində, Vladiqafqaz (sovet dövründə Orconikidze adlanırdı) şəhərində, yunker ailəsində anadan olub. Vladiqafqaz Real məktəbini bitirib. 1916-cı ilin martında Q. Qudiyev rotmistr (kapitan) rütbəsi almışdı. Q.Qudiyev məşhur Vəhşi diviziyanın tərkibində də döyüşüb.1920-ci ildə güllələnib.

  198. Qacar Məhəmməd Mirzə — hərbi xadim, Azərbaycan Xalq Cumhuriyyəti ordusunun general-mayoru. Məhəmməd Mirzə Qacar Azərbaycan Qacarlar sülaləsi nəslindəndir. Bəhmən Mirzənin beşinci arvadı Çiçək xanımdan olan dördüncü oğludur. 1872-ci ildə Şuşada doğulub. Sankt-Pеtеrburqdаkı hərbi kаdеt kоrpusunu bitirib.1920-ci ildə vəfat edib.

  199. Qovanlı-Qacar  Feyzulla Mirzə oğlu - (15 dekabr 1872 - 1920) , İran şahzadəsi, çar ordusunun və Azərbaycan Demokratik Respublikası ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İran taxt-tacına yeganə namizəd olan Şəfi-Xanın (Qacar) (1853-1909)  tək oğlu idi. Gəncədə baş vermiş antisovet üsyanın yatırılmasından sonra Mirzə Feyzulla Qacar bolşeviklər tərəfindən güllələnib.

  200. Qovanlı-Qacar Firudin Mirzə Seyfulla Mirzə оğlu -Şahzadə-kapitan, Seyfulla mirzə Qovanlı-Qacarın oğlu. Şahzadə Firidun Mirzə 1890-cı ildə Tiflisdə anadan olub.  1920-ci il aprelin 28- də Bakıda bolşevik-daşnak qoşunları ilə döyüşdə qəhrəmanlıqla həlak olub.

  201. Qovanlı—Qacar  Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu - General-mayor. Əmir Kazım mirzə Bəhmən mirzə oğlu 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu.İlk təhsilini Tiflis gimnaziyasında almış, iyirmi yaşinda isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. Əmir Kazım mirzə 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində "doğranıb".

  202. Qəbulzadə İslam bəy (3 may 1879, Qax - 1920, Bakı) — Azərbaycanın ən qabaqcıl maarif işçilərindən və ictimai-siyasi xadimlərindən biri.Güllələnib.

  203. Qalabəyov Ələkbər bəy Bahadur bəy oğlu- məşhur Qalabəyovlar nəslinin nümayəndəsi, Sankt-Peterburq Universitetinin məzunu, polis pristavı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın ictimai-siyasi həyatında mühüm rol oynamışdı.1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüşdür.

  204. Qardaşov Aslan bəy Əli ağa oğlu (1866 – 21 iyul 1920) — İctimai-siyasi xadim, “Əhrar” partiyasının liderlərindən biri. Zaqafqaziya Seyminin, Milli Şuranın, Azərbaycan Parlamentinin üzvü olmuşdur. “Əhrar” fraksiyasının fəal təmsilçisi kimi Parlament iclaslarında fəal iştirak etmiş, əsasən Hökumətin iqdisadi sahədəki fəaliyyətinə qarşı tənqidi mövqe tutmuşdur. Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi söylənilsə də, dəqiq məlumat yoxdur.

  205. Qarabәyov Qarabәy (1874—1953) — hәkim, iсtimai xadim, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü. Qara bəy Qarabəyov 1953-cü ildə Səmərqənddə vəfat etmişdir.

  206. Qutqaşınlı İsmayıl bəy Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı. O, 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur.

  207. Qayıbov Fərrux ağa -  2 oktyabr 1891-ci ildə Qazax qəzasının Qıraq Salahlı (indiki Aşağı Salahlı) kəndində doğulmuşdu. Atası Məmmədkərim ağa da hərbçi idi. O, imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 27 iyul 1877-ci ildə əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə ona praporşik rütbəsi verilmişdir.Əla xidmətə görə "Müqəddəs Stanislav" ordeni də almışdı. Belarusiyalı könüllülər Boruna qəsəbəsi yaxınlığındakı çağdaş dövrümüzdə bərpa edilən alman məzarıstanında Fərrux Qayıbovun uyuduğu son mənzilini aşkarlamışlar.

  208. Qaplanov Rəşid xan Zavid oğlu -1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olmuşdur. Siyasi və dövlət xadimi olmuşdur. Milliyyətcə qumıqdır. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Qaplanov maliyyə naziri təyin olunmuş, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərmişdir. Repressiyaya məruz qalmışdır. 1937-ci ildə vəfat etmişdir.

  209. Qabulov Mustafa bəy Qabul oğlu — Bakı şəhərinin pоlismеystri. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm bəy Mirzəyev bir qrup keçmiş Azərbaycan Cümhuriyyəti DİN-in məmuru sırasında “Müsavat hökumətinə” xidmət etdiyi üçün həbs olunub, bolşevik Əli Bayramovun “işi” üzrə mühakimə olunaraq Azərbaycan SSR Ali inqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də güllələnmişdi.

  210. Quluyev (Məşədi) Baba İmamqulu oğlu – (1866-21.3.1938*, 74 yaş) Repressiya qurbanı. 1866-cı ildə Şuşada anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsavat ordusunun Xankəndində yerləşən polkunu himayə edən, onun ərzaq və müxtəlif kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışan bəylərdən biri olub. O, Şuşa qəzasının ən varlı adamlarından biri sayılırdı. Malıbəyli nahiyəsində, Quşçular obasında böyük torpaq sahələri var idi. Geniş ürəyə malik və səxavətli bir bəy kimi onun xeyirxahlığı dillər əzbəri idi. Sovet hakimiyyətinin bərqərar olmasından sonra Məşədi Babanın bütün torpaq sahələri, bağları, mal-qarası, qoyun sürüləri, nökər-naibi, mülkləri, bir sözlə, bütün varidatı əlindən alındı. İkimərtəbəli dörd otaqlı evini məktəb binası kimi istifadə etdilər. Qədərin bu yazısına baş əymək məcburiyyətində qalan Məşədi Baba kolxoza üzv yazılmış və təsərrüfatçılıqla məşğul olmuşdur. 1938-ci ildə  həbs edirlərək qətlə yetirilib.

  211. Qaraşarlı Rza bəy -  müəllim, ictimai xadim, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü. Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Xeyriyyə cəmiyyətində çalışmışdı. Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü olmuşdu.Bir çox iclaslara katiblik etmişdi. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi. 1922-ci ildən sonra Azərbaycan Xalq Maarif Komissarlığında çalışmışdı. Repressiya qurbanı.

  212. Qayıbov Rəşid Abdulla oğlu -  (3.7.1938*) – Repressiya qurbanı.  Rəşid Qayıbov Azərbaycan SSR DİXK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. 1933-cü ildə Qayıbov casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi idarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilmişdir. DİXK tərəfindən 1937-ci ilin noyabrında yenidən həbs edilib.

  213. Qəbulzadə İslam bəy -  (3 may 1879, Qax - 1920, Bakı) — Azərbaycanın ən qabaqcıl maarif işçilərindən və ictimai-siyasi xadimlərindən biri. İslam bəy 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub. Zaqatala 4-sinifli şəhər məktəbini bitirib (31.5.1897). İbtidai məktəb müəllimi və türk dili müəllimi adı almaqçün Bakı şəhər birinci gimnaziyasında imtahan verib. Azərbaycan müstəqil olduqdan sonra isə Bakıya gələrək istiqlalımızı möhkəmlətmək yolunda çarpışıb. Maarif Nazirliyi xəttiylə çoxlu faydalı işlər görüb. 2.12.1919-cu ildə Müsavat partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Bu qurultayda Zaqatala müsavatçılarının nümayəndəsi kimi təbrik çıxışı söylərkən deyib ki, partiyanın 1-ci qurultayının materialları ermənilər "İsmailiyyə"ni yandıran zaman məhv olsa da, o, katib kimi qərarın mətnini qoruyub saxlayıb. Bu məlumatı qurultay alqışlarla qarşılayıb. Cümhuriyyətimiz rus süngüləriylə devrildikdən sonra azadlığımızı qorumaq üçün sinəsini qalxan edən İslam bəyi kommunistlər məhv etdilər. Məhəmmədəmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında "istiqlal şəhidləri" adlandırdığı adamlar içərisində onun da adını ayrıca çəkib. Qaniçən kommunistlər təkcə İslam bəyi deyil, onun bütün soyunu amansızcasına məhv etməyə çalışdılar və bunu xeyli bacardılar.

  214. Qəbulzadə Baba bəy - ( tam adı: Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov 10 dekabr 1893-cü ildə Azərbaycan Respublikasının Qax rayonu29 oktyabr 1937-ci il Bakı.) Anadan olanda ona babasının şərəfinə İbrahim adı veriblər. Bu səbəbdən də ailədə Baba deyiblər və bu, sonradan sənədlərdə də rəsmiləşmişdir. İctimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.Repressiya qurbanı.

  215. General Əmənulla xan Qacar -  Qacarlar nəslinin general oğlu şahzadə Əmənulla xan Mirzə Qacar  olmuşdur. O, qardaşı Əmir Kazımxandan doqquz yaş kiçik idi. Təəssüf ki, onun  haqqında əlimizdə olan faktlar çox azdır. İnqilabdan əvvəl dərc olunan qəzetlər:  “Kavkaz”, “İrşad”, “Əxtər” Əmənulla xanın hərb fəaliyyətindən qısa yazılar verib.  1862-ci il yanvarın 8-də Şuşada anadan olan şahzadə Əmənulla xan Mirzə  Peterburqdakı hərbi kadet korpusunu bitirmişdir. 1918-ci ildə Milli Ordumuz yaradılanda Azərbaycan Respublikası hərbi  Nazirinin adına dekabrın birində belə bir raportla müraciət etmişdir:  “Respublika ordusuna böyük xeyir gətirmək arzumu nəzərə alaraq məni  müvafiq bir işlə təmin etmənizi xahiş edirəm. Bununla yanaşı, sizə məlum edirəm  ki, mənim zabit kimi otuz beş illik fasiləsiz hərbi xidmətim və döyüş  mövqelərində, bir də iştirakçısı olduğum rus-yapon və Birinci Dünya  Müharibəsində qazandığım döyüş təcrübəm var.  Azərbaycan Əlahiddə korpusunun siyahısında mənim təyin olunmam  haqqında sənədlərim və şəxsi işim vardır. Xidmət kitabçamda adı çəkilən  korpusun qərargahında saxlanılır.  Repressiya qurbanı.

  216. Polkovnik Sədrəddin Bəhmən Mirzə oğlu Qacar - 1918-19-çu illərdə Bakı qəzasının hərbi rəisi, 1919-cu ilin sonlarından  
    bolşevik çevrilişinə qədər Nazirliyin dəftərxana rəisi olub. 1920-ci ilin aprelində  bolşeviklər güllələyib.  Azərbaycan Respublikasının Xalq artisti, müğənni Sürəyya Qacarın atasıdır.  Sürəyya xanım atasını belə xatırlayır:“Atam Sədrəddin Qaçar hərbi qulluqçu olsa  
    da, yaxşı skripka çalırdı. Peterburqda təhsil alanda öyrənmişdi. Notları hələ də  qalır. Pəsdən zümzümə etməyi də yadıma gəlir. Anam Günəş xanım  Tağıbəyovanın da hərdən bir oxumağı vardı. Ev işləri görəndə zümzüməsi  kəsməzdi. Atam güllələnəndən sonra ailəmiz Şuşadan Bakıya köçdü.

  217. Podporuçik Quliyev İdris İsmayıl oğlu -  1899-cu il mayın  
    20-də Şuşada kəndli ailəsində anadan olub. Şuşada realnı məktəbi və 1920-ci il  aprelin 26-da Azərbaycan hərbiyyə məktəbini bitirib. Fransız, alman və erməni  dillərini kamil bilirmiş. 1920-ci il Aprel işğalının qurbanı.

  218. Podporuçik Qulubəyov Ağarəhim Bəhmən Mirzə oğlu -  1896-cı ildə Bakıda anadan olub. Bakıda beş  
    sinifli gimnaziyanı və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Milli  Orduya könüllü gəlib.  1920-ci il Aprel işğalının qurbanı.

  219. Praporşik Quliyev Tahir Naib oğlu -  1901-ci il mayın 27-də  
    Sabunçu kəndində anadan olub. Qusarda ali-ibtidai məktəbi və 1919-cu ildə Gəncə  praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  220. Qazızadə Nurulla əfəndi Mahmud oğlu -(1876-14.1.1938) - müəllim, “Əhrar” partiyasının keçmiş üzvü. Hilali-Əhmər Cəmiyyətinin (Qırmızı Aypara Cəmiyyətinin) sədri və məhkəmeyi-şəriyyə əzası (şəriət məhkəməsinin üzvü).Repressiya qurbanı.

  221. Məlikyeqanov  Cavad bəy - (1878-1942) — Lənkəran şəhərinin general-qubernatoru olmuşdur. Azərbaycan xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı.Repressiya qurbanı.

  222. Məlikov Abdulla Hüseyn oğlu (14.10.1937) polkovnik. 1937- ci ildə Repressiya qurbanı olmuşdur.

  223. Məliknamazəliyev Fərəc bəy Kərbəlayı Mehdi bəy oğlu -Zəngəzur qəzasının rəisi, titulyar müşavir.1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Pirəhmədli kəndində anadan olmuşdu. Öncə Tiflisdə Qafqaz canişinliyində tərcüməçi işləmişdi. Zaqatala sahəsində polis pristavı kimi çalışmışdı. Bir müddət də Qaryagin qəzasında işləmişdi. ADR dönəmində Zəngəzur qəzasının rəisi vəzifəsinə təyin olunmuşdu. Erməni basqınçılarına qarşı camaatın müdafiəsini təşkil etmişdi. Arxiv sənədlərində yazılır: "Cəbrayıl və Zəngəzur qəza rəisi Məliknamazəliyevdən teleqram. İngilis-Fransız nümayənədləri çıxıb getdikdən sonra dekabrın 10-da ermənilər müsəlmanların Şəbədiyə və beşinci sahənin başqa kəndlərinə hücum etdilər. Əsir ermənilər belə ifadə verirlər ki, bütün hadisələrin günahkarı Andranikdir: çaya qədər bütün torpaqları o, Ermənistana birləşdirmək qərarına gəlib, buna görə də döyüşdən boyun qaçırdan erməniləri asır. Küm dərəsi yanında döyüşlər gedir".Quberniya katibi çinindən titulyar müşavir çininə qədər ucalmışdı. Fərəc bəy Məliknamazəliyev 1921-ci ildə bolşeviklər tərəfindən öldürülüb.

  224. Mahmudbəyov Hacı İbrahimxəlil bəy oğlu Ələsgər bəy - (1875, Şamaxı - 1968, Qahirə) — Mühəndis, Azərbaycan Milli Şurasının üzvü. İstiqlal Bəyannaməsini imzalamış Azərbaycanın Milli Şurasının nümayəndəsi.

  225. Məlik-Aslanov  Xudadat bəy - (azərb. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov; 1879Tuğ –  1935Rusiya) — Dövlət xadimialim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində - 1918-ci il mayın 28-dən oktyabrın 6-dək  yollar, poçt və teleqraf naziri. Vəfat yeri Rusiya.

  226. Müseyib bəy Qəhrəman bəy oğlu (1892-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Parlamentinin üzvü. Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan (1918, 26 may) sonra isə Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü, Bakı quberniyasının general-qubernatoru olmuşdur.

  227. Praporşik Manafov İsa Qafar oğlu - 1894-cü ildə  
    Naxçıvanın Baş Noraşen kəndində anadan olub. Bakıdakı üçüncü ali-ibtidai və  1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  228. Mehmandarov  Ədil bəy Kərim bəy oğlu— ziyalı, mühəndis, pedaqoq, Müsavat partiyasının aparıcı üzvü, repressiya qurbanı. Ədil bəy Kərim bəy oğlu Mehmandarov 1885-ci ildə Şuşa şəhərində qədim, məşhur və ziyalı ailədə anadan olmuşdu. Ədil bəy tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri Kərim bəy Mehmandarovun və Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacarın qızı Zərri xanımın oğludur. 1927-ci ildə siyası fəaliyyətinə görə həbs edilmişdi. Bir müddət həbsdə yatandan sonra buraxılmışdı. Ədil bəy Mehmandarov 1930-cu ildə yenidən həbs olunaraq, 5 il cəza almışdı. Həbsdən azad olunandan sonra iş yerinə qayıtmışdı. 1937-ci ildə tutulub Bakıya aparılmış və güllələnmişdi.

  229. Mehmandarov Səməd bəy Sadıx bəy oğlu – Rusiya İmperator ordusunun tam artilleriya generalı , Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi.Dəfn yeri Bakı.

  230. Məhəmmədhəsən bəy( Baharlı )  Nəcəfqulu bəy oğlu - 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyеv univеrsitеtinin iqtisadi-coğrafiya fakultəsində davam еtdirmiş və 1915-ci ildə oranı bitirmişdir. Baharlı Azərbaycan Dеmokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis еdilmiş Bakı Dövlət Univеrsitеtində dərs dеmiş, həmin dövrdə, 1919-cu ilin sеntyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovеt dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam еtdirmişdi. O, 1923-1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M.Baharlı 1926-cı ildə Solovko əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs еdilmişdi. M.Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir.

  231. Praporşik Məliknəzərov Xosrov Yusif oğlu - 1901- 
    ci il iyunun 6-da Şuşada zadəgan ailəsində anadan olub. Şuşa realnı məktəbini və  1918-ci il noyabrın iyirmisində Gəncədəki podpraporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  232. Praporşik Mürsəlbəyov Balabəy Mehdi bəy oğlu -   
    1896-cı il yanvarın 16-da Bakıda anadan olub. Bakıdakı beş  sinifli realnı məktəbi və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  233. Muxtarov Murtuza (1857 – 1920) — iri Bakı neft sahibkarı, mesenat. Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin fəxri üzvü kimi  fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü , ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi.Bolşeviklər tərəfindən evində qətlə  yetirilib.

  234. Muradov İsfəndiyar bəy — General Əliağa Şıxlinskinin bacısı oğludur.Az müddət Qazax qəzasının rəisi olub. 1920-ci ilin mayında Gəncə üsyanının iştirakçısı adı ilə məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli, doktor Məcid bəy Vəkilov, müəllim Nadir bəy Dağkəsəmənski ilə birgə bolşeviklər tərəfindən güllələnib.

  235. Məlikaslanov  Teymur bəy (1889 - 1920) - Azərbaycanlı mühəndis, kollec katibi.  1889-cu ildə Şuşa qəzasının Tuğ kəndində anadan оlmuşdu.İbtidai təhsilini doğma kəndlərində almışdı. Sonra Bakı şəhərində gimnaziyada oxumuşdu. Sankt-Peterburq universitetini bitirmişdi.Güllələnib.

  236. Musaxanlı  Atababa (1905 – 1941) – İlk ədəbi tənqidçilərimizdən və "Kitabi – Dədə Qorqud"un ilk tədqiqatçılarından biri. 1934-cü ildən AYB-nın üzvü. Atababa Daşdəmir oğlu 1905-ci ildə Bakı şəhərində anadan olmuşdu. İbtidai təhsilini rus –tatar məktəbində alıb. Sovet hakimiyyəti qurulandan sonra şəhər orta məktəbini bitirib. 1921-1924-cü illərdə Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonradan Bakı Pedoqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olur. Orta və Ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb.17 dekabr 1937-ci ildə tutulub. 31 dekabr 1937-ci ildə güllələnməyə məhkum olub. Sonradan güllələnmə sürgün cəzası ilə əvəz olunub. 1941-ci il avqustun 14-də sürgündə həlak olmuşdur.

  237. Axund Mir Məhəmməd Kərim Mircəfərzadə — tarixçi, Bakı qazisi (1904-1918) və Bakı quberniyasında (1907-1916) məclis sədri. Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin sədri. 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Represya qurbanı .

  238. Məhəmmədov Aydın Hacı Əhməd oğlu -  (29.10.1937*, 29 yaş)- 20 yaşlı Aydın Əhməd oğlu Məmmədov - ailəlidir, bisavad, ortababdır. 1930-cu iidən 1 avqust 1931-ci ilədək Ağdərə kənd təşəbbüskar müsavat təşkiiatının üzvü olmuşdur. Bu təşkilatın digər üzvləri ilə birlikdə Ağdərə kənd sovetində hakimiyyəti ələ almaq və üsyançılar hərəkatını daha da genişləndirmək məqsədiiə silahlı əksinqilabçı üsyanın təşkilində iştirak etmişdir. Az.QPU-nun məhkəmə kollegiyasının iddiası ilə o,3 sentyabr 1932-ci il tarixnidə 5 il həbs cəzasına məhkum edildi. Üçlük 21 oktyabr 1937-ci i tarixində Aydın Əhməd oğlunu ən ağır ölüm cəzasına məhkum etdi. 1937-ci il oktyabrın 28-dən 29-na keçən gecə hökm yerinə yetirildi.

  239. Misirxanov  Ağa bəy Həşim bəy oğlu -  (1885-26.3.1938)- 1885-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Rusiyada 1917-ci il fevral inqilabınadək iri mülkədar, bəy olmuşdu. Muradbəyli kəndində böyük torpaq sahələri vardı. A. Misirxanov çar hökuməti və Azərbaycan Cümhuriyyəti dövrlərində dövlət qulluğunda işləmişdi. O cümlədən, Karyagin qəzasında pristav, Bakıda Balaxanı-Sabunçu Polismeysterliyində 6-cı polis sahə pristavının köməkçisi və pristav vəzifələrində xidmət göstərmişdi. Polisdə xidmətədək A. Misirxanov Milli Ordumuzun tərkibində Qarabağda ermənilərin separatçı çıxışlarının yatırılmasında fəal iştirak etmiş, o cümlədən 1920-ci ilin mart-aprelində Əskəran döyüşlərində dəstə komandiri kimi xüsusilə fərqlənmişdi. O, 1938-ci il martın 15-də güya “trotskiçidir”, -deyə həbs olunmuş, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilmişdi. Hökm elə həmin il yerinə yetirilmişdi.

  240. Mahmudbəyov Ağalar bəy Mahmud bəy oğlu -  (1884-1938) — mühəndis. Mahmudbəyov Ağalar bəy (1884, Şamaxı-1938) - Bakı real məktəbini bitirəndən sonra Almaniyada - Darmştadt Ali Texniki Məktəbində H.Z.Tağıyevin təqaüdüylə təhsil alaraq 1908-də oranı bitirib, elektrotexnik diplomu alıb. 30-cu illərin əvvəlində Ağalar bəyi dövlətə ziyan verməkdə təqsirləndirib  həbs ediblər və Moskva-Volqa kanalı düşərgəsinə göndəriblər. 1935-ci ilə kimi o, həbsdə qalır. 1936-1937-ci illərdə yenidən həbs edilir və bir daha geri qayıtmır.

  241. Mahmudbəyov Hüseyin bəy Behbud bəy oğlu — Zəngəzurun qəza rəisi (1919). Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə Şuşada əsilli ailədə anadan olmişdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şəhər məktəbində oxumuşdu. Daha sonra Şuşa qəza idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. Tərcüməçı və pristav vəzifələrini də daşımışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin (indiki Füzuli rayonu) qəzalarında böyük köməkçi, sonra isə qəza rəisi vəzifəsində işləmişdi.1919-cu il yanvarın 15-də Qarabağ General-Qubernatorluğu yarananda o, general-qubernator Xosrov bəy Sultanovun köməkçisi vəzifəsinə təyin olunmuşdu .H. Mahmudbəyov bu vəzifədə AXC-nin süqutunadək xidmət etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən kənarlaşdırıldıqdan bir müddətdən sonra həbs olunan Hüseyn bəy Mahmudbəyov naməlum şəraitdə güllələnmişdi.

  242. Məmmədov Ağamir Sadıq oğlu – tarixçi-alim, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi əməkdaşı, Azərbaycan Dövlət Universiteti əsaslı kitabxanasının direktoru. 1938-ci il yanvarın 5-də Ağamir Sadıq oğlu Məmmədov güllələnməyə məhkum edildi.

  243. Məhəmmədbəyov Cəfərqulu bəy Həbibulla bəy oğlu -  (16.11.1937*) Cəfərqulu bəy Şağan kəndinin kəndxudası olmuşdur. Cəfərqulu bəy 1937-ci repressiya qurbanı olmuşdur. 1956-cı ildə bəraət qazanmışdır. Harada dəfn olunduğu bilinmir.

  244. Məmmədbəyli Heybətqulu Həbibulla oğlu - (16.11.1937*)ictimai-siyasi və dövlət xadimi. Heybətqulu Həbibulla oğlu Məmmədbəyli 1888-ci ildə Bakının Şağan kəndində anadan olub. İttihad fraksiyasının rəhbərlərindən biri olub. Bakı realnı məktəbini və texniki sənaye texnikumunu bitirib. Fevral inqilabından sonra siyasi fəaliyyətə başlayıb. Zaqafqaziya Seymi Müsəlman fraksiyasının tərkibinə daxil olub. ADR V hökumət kabinetinində dövlət naziri olub. Aprel işğalından sonra müxtəlif idarələrdə işləyib. Sonra təqiblərə məruz qalaraq həbs edilib. 1937-ci ildə ölüb.

  245. Məhərrəmov  Həbib— siyasətçi. Cəbrayıl qəzasının 1-ci sahə polis Pristavı Sovet hakimiyyət dövründə həbs olunmuş və Azərbaycan FK Kollegiyasının qərarı ilə 1921-ci ildə güllələnmişdi.

  246. Miralayev Yasin bəy  -  Türkiyədə soy, ad qanuna görə Kayahan soyadını götürüb. 1920-ci illərə qədər Azərbaycanla mütəmadi əlaqələri olub. Qoca atası Mustafa ağa, nənəsi Səyalı xanım, qardaşı Miralı Sovet Azərbaycanında qalıb. Mustafa ağa, Səyalı xanım 1937-ci ildə Aral gölü ətrafına sürgün olub. Miralını anti-sovet fəaliyyətinə, zadəgan nəslə mənsubluğuna görə güllələyiblər.

  247. Məhərrəmov/Axundov Mirzəməhəmməd (Molla) Şükür oğlu —(1876-21.3.1938*) Zəngəzurun qəza rəisi (1919).1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdır. Atası Qarabağın baş axundu Hacı Molla Şükür şərqdə İslam dinini yaxşı bilən adamlardan biriydi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan hələ gəncliyindən Məhəmməd “Mirzə” ünvanı da daşıyırdı. Müəllimlik fəaliyyəti ilə məşğul olmuşdu.Repressiya qurbanı.

  248. Mirzəyev Mirzə Şərif (1862-1937) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, 1906-1918-ci illərdə çar Rusiyasında Qafqaz Senzura Komitəsində şərq dilləri senzoru vəzifəsini tutan ilk və son azərbaycanlı, pedaqoq.1937-ci ildə güllələnib.

  249. Şeyxzadə (Molla) Mustafa Məhəmməd oğlu (1.9.1937*) Şəki  üsyanının (1930) ideoloji-mənəvi rəhbəri Molla Mustafa da 1937-ci ildə Solovetsk adasında sürgündə olmuşdur. «Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktları» kitabının 1966-cı il avqustun 30-na aid olan 27 saylı qeydi diqqətinizə çatdırırıq: «Şeyxzadə Molla Mustafa Məmməd oğlu 8. XII. 1937-ci ildə güllələnib».

  250. Mahmudov  Mustafa - müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdu. Mustafa Mahmudov İlk təhsilini, əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində almış, sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur. O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş, 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir. Zaqafqaziya Demokratik Respublikası 1918-ci ilin may ayının 16-da süqut etdikdən sonra, müsəlman deputatlar Azərbaycan Milli Şurasını yaratdılar və özlərinin Azərbaycan və Azərbaycan xalqı haqqında qərar verə biləcək yeganə qanuni orqan olduqlarını bildirdilər. Mustafa Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edildiyi iclasın katibi olmuşdur. İstiqlaliyyət bəyannaməsini imzalayan 8 deputatdan biri də Mustafa Mahmudov olmuşdu. 1937-ci ilin noyabrın 23-də həbs edilən Mustafa Mahmudov, həmin ilin dekabr ayının 20-də güllələnərək öldürülmüşdür.

  251. Məhəmməd Mahmud oğlu Kovxa(Mahmudov) (1859 – 1933) xalq arasında Məmməd Kovxa kimi məşhur olmuşdur - Qazaxın general-qubernatoru (1918-1919). 1859-cu ildə Qazax qəzasının Daş salahlı kəndində anadan olub. M.Kovxa öz xeyirxah əməlləri ilə hələ general - qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı . M.Kovxa  1914-cü ildə Avey dağından camaata bulaq çəkdirmişdi. M.Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə zərbə vuranlardan biri idi. 1929-cu il sentyabrın 14-də 70 yaşlı qocanı sovet hakimiyyətinin düşməni kimi Baş Dövlət Siyasi İdarəsinin (BDSİ) müstəntiqi Revaz Xaçikyan dindirmişdi. M. Kovxa 1929-1933-cü illərdə sürgün həyatı yaşayıb. Qazaxın sabiq general-qubernatoru Məhəmməd Kovxa 1933-cü ilin payızında 74 yaşında sürgündə ürəyi partlamaqla dünyasını dəyişmişdir.

  252. Mirzəyev Rüstəm bəy Mirzə Pənahəli oğlu (1840-1920) — polkovnik, Azərbaycan Demokratik Respublikası dönəmində Bakı şəhərinin pоlismеystri. Rüstəm bəy Mirzə Pənahəli oğlu 1840-cı ildə Şuşa şəhərində dоğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sоnra qəza məktəbində охumuşdu.Rüstəm bəy 1918-1920-ci illərdə ADR dönəmində Bakı şəhərinin pоlismеystri оlmuşdu. Pоlkоvnik rütbəsi almışdı.Rüstəm bəy 1920-ci ildə bоlşеviklər tərəfindən öldürülüb.

  253. Mehmandarov Rəşid bəy Kərim bəy oğlu — zabit, Kərim bəy Mehmandarovun oğlu. Rəşid bəy Kərim bəy oğlu 1885-ci ildə Şuşa şəhərində anadan olmuşdu.Şəhər real məktəbini bitirəndən sonra Tiflis hərbi məktəbinə daxil olmuşdu.Kiyevdə oxumuş. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində zabit olmuşdu.1937-ci ildə o da qardaşı kimi tutulub Bakıya aparılmış və güllələnmişdi.

  254. General-mayor Knyaz Makayev Avel Qavriloviç -  
    1919-cu ilin noyabrında Bakıda yerləşən ikinci piyada diviziyasının müvəqqəti  rəisi. 1920-ci ildə həmin diviziyanın rəis müavini.

  255. Poruçik Mahmudzadə Mahmud Məmməd oğlu -  1893-cü  
    ilin yanvar ayında Lənkəranda anadan olub. Birinci Bakı  gimnaziyasını və Gəncə praporşiklər məktəbini 1919-cu ildə bitirib. Fars və türk  dillərini mükəmməl bilib. 1920-ci ildən “Azərbaycanın müstəqilliyi uğrunda” gizli  hərbi təşkilatın fəallarından biri olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı  həbs edib, sürgünə göndərib.  

  256. Podporuçik Mircavadov Mir Əhməd Mir Ağaəli oğlu -  1895-ci il iyunun on səkkizində Bakıda anadan olub. Bakıda  
    ruhani təhsili alıb. 1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı. 

  257. Podporuçik Mədətov Meydar Abbas oğlu - 1898-ci ildə  
    Bakının Balaxanı kəndində anadan olub. Qusardakı ali-ibtidai məktəbi və 1920-ci  il aprelin iyirmi dördündə Gəncə praporşiklör məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  258. Podporuçik Mustafayev Həmid İsgəndər oğlu - 1898-ci  
    il sentyabrın səkkizində Qazaxda anadan olub. Qori şəhərindəki Zaqafqaziya  Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirib. 1914-18-ci illərdə Bakıda  müəllim işləyib. 1918-ci ildə Gəncədə türk hərbi məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  259. Poruçik Məlikov Məlikməmməd Səttar oğlu - 1896-cı  
    il martın on birində Bakıda anadan olub. Bakıda üçüncü ali- ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə  məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  260. Podporuçik Məstanzadə  Məstan Zeynal oğlu - 1899-cu  ildə Şamaxıda  anadan olub. Beşsinifli Bakı realnı məktəbini və  1920-ci ildə Azərbaycan hərbiyyə məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı. 

  261. Podporuçik Mirəhmədov Mirmehdi -  1894-cü ildə Bakıda  anadan olub. Ali ruhani təhsili var. 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan  hərbiyyə məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  262. Podporuçik Mustafayev Mahmud Əsədağa oğlu - 1899- cu il martın on birində Qazax qəzasının Salahlı kəndində anadan olub. 1918-ci ildə  Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  263. Podporuçuk Mirzəyev Tofiq Şərif oğlu -  1900-cü il  
    dekabrın birində Tiflisdə anadan olub. Tiflis gimnaziyasını və 1920-ci il aprelin  iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. İran vətəndaşı olub. Sovetlər  vaxtı Azərbaycan diviziyasının birinci polkunun qərargah rəisi olub, 1930-cu ildə  keçmiş Musavatçı kimi həbs edilib. 

  264. Poruçik Mustafayev Əliağa Əbdülsəməd oğlu - 1898-ci  ildə Salyanda anadan olub. Salyan şəhər dörd illik ibtidai məktəbini bitirib. 1919- 20 -ci illərdə musavat ordusunda poruçik rütbəsində qulluq edib. İyirmi səkkiz  aprel çevrilişində istilaçı-daşnaklara və XI Orduya qarşı fəal iştirak edərək  yaralanıb. Otuz yeddinci ilə kimi Salyan və Laçında hərbi komissarlıqda işləyib.  Həmin ili Salyan NKVD-nin rəisi Arutunyan tərəfindən həbs edilib. Təqsiri sübut  olunmadığına görə azad edilib. 1945-ci ilə qədər Salyan Xalq Maarif şöbəsində və  rayon ictimai - təminat şöbəsində mühasib işləyib. Həmin ili Musavat  ordusunun  zabiti olduğu bəhanə edilərək yenidən on il müddətinə həbs edilib. 

  265. Mürsəlzadə Piri (1892, Bakı-1920) - «Müsavat» partiyasındakı Gənclər Cəmiyyətinin üzvü (1917-dən), «Azərbaycan» qəzetinin müxbiri, həmkarlar ittifaqları şurası fəalı.Kommunistlər güllələyib.

  266. Mirzəyev  Rüstəm bəy Mirzə Pənahəli oğlu (1840-1920) — polkovnik, Azərbaycan Demokratik Respublikası dönəmində Bakı şəhərinin pоlismеystri. Şuşa şəhərində dоğulub. 1920-ci ildə bоlşеviklər tərəfindən öldürülüb.

  267. Makinski Teymur bəy Məhəmmədqulu bəy oğlu (1874 – ?) — Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın “Məclisi-Məbusanının təsisi haqqında qanun”-na (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. 1918-ci il dekabrın 26-dan 1919-cu il aprelin 14-ə qədər Fətəli xan Xoyskinin üçüncü hökümət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cumhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur.

  268. Makinski Abbasəli bəy Bəhram bəy oğlu (1888-1938)- hüquqşünas. Abbasəli bəy Makinski 1888-ci ildə İrəvan şəhərində anadan olmuşdu. Gimnaziyanı tamamlayandan sonra Kiyev Universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Azərbaycan Demokratik Respublikasının Ədliyyə nazirliyində müvəkkil işləmişdi. Bir neçə dəfə Türkiyəyə ezam olunmuşdu. 1919-cu ildə Xarici işlər nazirliyinin tərcüməçisi olmuşdu. Azərbaycan Parlamentinin üzvü idi. Ərzaq nazirliyində şöbə müdiri vəzifəsini icra etmişdi. O, 22 mart 1938-ci ildə güllələnmişdi.

  269. Makinski Bəhram bəy Abbasəli bəy oğlu (1908-1938) - Azərbaycan sovet ictimai xadimi. Bəhram bəy Makinski 1908-ci ildə İrəvan şəhərində anadan olmuşdu. Abbasəli bəy Makinskinin oğludur. Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bitkiçilik kafedrasının assisteni və institut komsomol komitəsinin katibi işləmişdir.O, 26 mart 1938-ci ildə güllələnmişdi.

  270. Əbdülvahab Yurdsevər (Tam adı: Əbdülvahab Yurdsevər Məmmədzadə; 1898, Bakı – 1976, Ankara) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist. 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1917-ci ildən siyasi fəaliyyətə başlamış. həyatını bütünlüklə istiqlal hərəkatına həsr edərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak etmiş, 1920-ci ildən sonra Müsavat partiyasının katibi və Milli Müqavimət Komitəsinin üzvü olmuşdur. 1923-cü ildə həbs edilərək, əvvəlcə şimali Qafqaza sürgün edilmiş, cəza müddəti bitdikdən az sonra isə Yaroslavl və Saratovda on bir illik sürgün həyatı yaşamışdır. Sürgündən sonra Ə.Yurdsevər bir müddət Daşkənddə qız məktəbində müəllimlik etmiş, daha sonra İrana, oradan isə Varşavaya mühacirət etmiş.1976-cı ildə Ankarada vəfat edib.

  271. Mahmudzadə  Mahmud - 1919-cu ildə Milli Ordumuzda xidmət etmiş təyyarəçi. 1896-cı ildə Lənkəranda anadan olmuşdur. On üç yaşına qədər məktəbdə oxuyub. Ərəb və fars dillərini öyrənmişdir. İki il Lənkəran üçillik məktəbində ibtidai təhsil alıb, sonra gimnaziyaya daxil olub. 1918-ci il fevralın 23-də gimnaziyanı ekstern yolu ilə bitirmiş. Ali təhsilimi yarımçıq qoyub əlinə silah alaraq, millətini, torpağımı təcavüzkarlardan xilas etmək məcburiyyətində olmuşdur. Süvari gizirliyindən başlayaraq, artilleriyaya keçib, 1919-cu ildə Tiflisdə aviasiya məktəbinə düşüb .  1926-cı il oktyabrın 25-də həbs olunmuşdur. Solovki adalarındakı həbs düşərgələrinə göndərilmişdir.

  272. Mikayılov Kərbəlayi Vəli Əyyub oğlu - "Hökumət" mətbəəsinin rəhbəri. 1877-ci ildə Bakıda doğulub. Görkəmli ictimai-siyasi xadimdir. Müsavat Partiyasının qurucularındandır. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü (1918), Azərbaycan Cümhuriyyəti (1918-1920) dönəmində Hökumət mətbəəsinin müdiri olub. Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib. Gizli müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25.4.1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib (AR MTN arxivi, PR-19894). 1928-ci ildə yenidən tutulub və buraxılıb (AR MTN arxivi, PR-41457, 4-cü cild). Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda məhv ediblər.

  273. Podporuçik Məlikov Əli Hacı Məmmədəli oğlu -  1896- 
    cı ildə Salyanda anadan olub.Gəncədə üçsinifli məktəbi və 1919-cu ildə Gəncə  praporşiklər məktəbini bitirib. Milli Orduda rota komandiri olub.  1920-ci il Aprel işğalının qurbanı.

  274. Podporuçik Məlikov Ağa Dadaş oğlu -  1897-ci ildə  
    Salyanda kəndli ailəsində anadan olub. Salyanda iki sinifli məktəbi və 1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib.   1920-ci il Aprel işğalının qurbanı.

  275. Podporuçik Nağıyev Firidun Əbdülrza oğlu -  1897-ci  
    ildə Bakının Pirşağı kəndində kəndli ailəsində anadan olub. Üçüncü Bakı ali- ibtidai məktəbində təhsil alıb. 1920-ci il aprelin 24-də Azərbaycan hərbiyyə  məktəbini bitirib.  Sovetlər vaxtı orduda təlim rotasının komandiri olub. 1922-ci ildən  “Azərbaycanın müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul  ayında Zaqafqaziya ÇK-sı tərəfindən həbs edliib, sürgünə göndərilib. 

  276.  Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu- (22 mart 1895 – 28 yanvar 1938) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930-1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur. Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933-1934)[2], 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir.Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.

  277. Novruzov Cahangir bəy Bərkər Yusif bəy oğlu (1894, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası — 17 iyul 1958, Türkiyə) — azərbaycanlı general-mayor. Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin generalı Cahangir Bərkər, Azərbaycan Cümhuriyyəti ordusunun Topçu briqadasının batareya komandiri kapitan Cahangir bəy Yusif bəy oğlu Novruzovdur. Türkiyədə soyad qanunu çıxdıqdan sonra “bərk ər, igid, döyüşkən ər” anlamı daşıyan “Bərkər” soyadını götürmüşdür. 

  278. Nəbibəyov Hüseyn bəy Qasım bəy oğlu (15 yanvar 1892-1931) - Çar RusiyasıAzərbaycan Xalq Cümhuriyyətinin zabiti, polkovnik, Sovet dönəmində hərbi hazırlıq müəllimi, Hüseyn bəy Nəbibəyov 1892-ci ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olub. Şəkidə Rus-Tatar məktəbində bir müddt oxuduqdan sonra təhsilini Kutaisi Realnı məktəbində davam etdirib. Sonra Sankt-Peterburqdakı Konstantin artilleriya məktəbini birinci dərəcəli diplomla başa vurub. Böyük qardaşı Bəhram bəy Nəbibəyovun komandiri olduğu Qafqaz iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Hüseyn bəy 1914-cü ildə poruçik, 1916-cı ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda podpolkovnik rütbəsi ilə yüksək vəzifədə çalışıb. 1930-cu ildə baş vermiş Şəki üsyanı bolşeviklər tərəfindən amansızcasına yatırldıqdan və üsyanın hərbi rəhbəri, Hüseyn bəyin böyük qardaşı Bəhram bəy öldürüldükdən sonra Hüseyn bəy həbs olunmuş və sonrakı taleyindən heç bir məlumat olmamışdır. Ailəsinə şifahi, telefon vasitəsilə verilmiş məlumatda 1931-ci ildə vəfat etdiyi bildirilib.

  279. Praporşik Nubazov Nəsir ağa Cavadəli oğlu - 1897-ci il  
    mayın 15-də Salyanda anadan olub. Salyanda beş sinifli kənd məktəbini və 1919- cu ildə Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  280. Praporşik Nəcəfov Yusif Həmid oğlu -  1901-ci il dekabrın  
    25-də Bakının Saray kəndində anadan olub. Bakıda üç sinifli ali-ibtidai təhsil alıb,  1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  281. Praporşik Nəcəfov Nemətulla Hənifəbəy oğlu -  1900- 
    cu il martın 1-də Bakıda anadan olüb. Üçüncü Bakı ali-ibtidai  məktəbinin dörd sinfini bitirib. 1918-ci ildə Milli Orduya könüllü gəlib. Sovetlər  vaxtı Ali-pedaqoji kursun tələbəsi olub. 1920-ci ildən musavatçı kimi gizli  fəaliyyət göstərib. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edib.  

  282. Nəcəfov Əlövsər (Əfsər)  - Qori Müəllimlər Seminariyasının məzunu. Solovki Əsir Düşərgəsinə sürgün edilmiş , 1927-ci ildə 53 günlük aclıq zamanı ölüb.

  283. Əkbər xan Naxçıvanski- məmur, Naxçıvan şəhər dumasının rəisi, mücahid. 1930-cu il aprelin 8-də Əkbər xan uzaq Şimala, Siyasi İdarənin Şimal həbs düşərgəsinin yerləşdiyi Kotlas şəhərinə göndərilir. 1934-cü il fevralın 9-da həbs müddəti başa çatan Əkbər xanı bütün hüquqları əlindən alınmaqla bir qədər də şimala göndərirlər. Bundan sonra Əkbər xanın qəribə taleyi başlanır. Təxminən 10 il uzaq şimalda Paxomov adlı ölmüş əsgərin pasportunu götürərək yaşayıb. Onun feldşer olması həm Kotlasda, həm də şimalda Əkbər xanı ölümdən xilas edir. Əkbər xan 1956-cı ildə Naxçıvana qayıda bilir.

  284. Hüseyn xan Naxçıvanski (tam adı:Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski; 28 iyun1863Naxçıvan – 1919Petroqrad) — Rusiya imperiyasının azərbaycanlı  hərbi xadimi. Tam süvari qoşunu generalı (1916).

  285. Cəmşid Naxçıvanski (tam adı: Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 1895-1938 Naxçıvan-Moskva) – məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri. 1938-ci ildə repressiya uğrayaraq güllələnib.

  286. Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olmuşdu. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olmuşdu. 1904-cü il 2 sentyabrda oranı birinci dərəcəli diplomla başa vurmuşdu. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Bəhram bəy 1909-cu il 7 sentyabrda poruçik, 1912-ci il 31 avqustda isə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü.1930-cu ildə bolşeviklər tərəfindən güllələnib.

  287. Murad xan Naxçıvanski – rotmistr.Birinci Dünya Müharibəsindən sonra Vətənə qayıdan rotmistr Murad xan Naxçıvanski Milli Ordunun üçüncü Şəki alayında birinci bölüyün komandiri olub. Repressiya qurbanı.

  288. Nərimanbəyli Nəriman bəy Həşim bəy oğlu( 1889-1937 ) Haşım bəy Nərimanbəyov oğlu - Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi. Repressiya qurbanı.

  289. Nəbibəyov Vahid bəy Qasım bəy oğlu (1873-1931) - Azərbaycan Xalq Cümhuriyyəti Birinci Cavanşir piyada alayının kapitanı. Repressiya qurbanı.

  290. Nəbibəyov Zahid bəy Qasım bəy oğlu (1892-1931) - Azərbaycan Xalq Cümhuriyyəti podpolkovniki.Repressiya edilib.

  291. Nuruzadə Hacı Axund Əhməd Hacı Piri oğlu - 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, görkəmli maarifçı və ictimai xadim.Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Gəncə qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi."Əhrar" partiyasının üzvü idi. Repressiya qurbanı.

  292. Ordubadski Firuz bəy Mehdi oğlu (1888-1937) — həkim. Firuz bəy Mehdi oğlu 1888-ci ildə Ordubad şəhərində anadan olmuşdu. 1914-cü ildə tibb fakültəsini bitirmişdi. Universiteti tamamladıqdan sonra Bakı-Culfa dəmir yol xəttində sanitar həkim və Bakı səhiyyə idarəsində çalışmışdı. Azərbaycan MİK-nin üzvü olmuşdu. 1916-cı ildə Sarıqamış və Ərdahan zərərçəkənlərinə yardım edib (Müsəlman xeyriyyə cəmiyyəti onu və İdris Axundovu göndərib). 1916-cı ildən Ufada yaşayıblar, 1917-ci ildə Ordubada gəliblər. Bakıya 1919-cu ildə gəliblər. 1920-ci ildən Ərzaq Nazirliyində, sonra Dövlət plan komitəsində (1929-30-da: sədr) işləyib. D.Bünyadzadədən sonra İqtisadi Şuranın sədri olub. Firuz bəy Ordubadski 1937-ci ildə repressiyaya uğramışdı.

  293. Paşayev Soltanhəmid Cəbrayıl oğlu -1898-ci ildə Şamaxıda ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Şamaxıdakı realnı məktəbində alan Soltanhəmid sonralar Bakıdakı Azərbaycan hərbiyyə məktəbini bitirib. Soltanhəmid Baskal Qəsəbə İcraiyyə Komitəsinin sədri, Göyçay hərbi komissarlığında komissar köməkçisi (1925-30-cu illərdə) işləmişdir. Komissar Soltanhəmid Paşayev 1938-ci il yanvarın 3-dən 4-nə keçən gecə güllələnmişdir.

  294. Paşayev Hüseyn Kazım ağa oğlu - rota komandiri. Hüseyn Kazım ağa oğlu Paşayev - 1897-ci il iyunun birində Qazaxda ziyalı ailəsində anadan olub. Qori şəhərindəki Zaqafqaziya Müəllimlər seminariyasının Azərbaycan şöbəsini bitirib. 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirib. 1920-ci ildən 1923-cü ilədək müsavat zabiti olduğuna görə Zaqafqaziya «ÇK»-sı tərəfindən həbs edilib. SSRİ-nin şimal sərhədlərinə sürgün edilib.

  295. General-mayor Purselidze Aleksandr Mixayoviç -   
    hərbi nazirlikdə tapşırıq generalı.  

  296. Podporuçik Rəsulov Abbas Zeynalabdin oğlu -  1895-ci  
    ildə Bakıda anadan olub. Üçüncü Bakı rus-tatar məktəbində təhsil alıb. 1919-cu  ildə Gəncədə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  297. Podporuçik Rəhimov Rəhim Allahqulu oğlu -  1893-cü  
    ildə Naxçıvanın Baş Noraşen kəndində anadan olub. Zaqafqaziya Müəllimlər  Seminariyasının Azərbaycan şöbəsini bitirib. 1916-cı ildən hərbi xidmətdədir.  Tiflis kadet korpusunu bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  298. Feldfebel Ramazanov Tahir Yusif oğlu - 1900-cu il  
    fevralın 6-da Qaxın İlisu kəndində anadan olub. Zaqatala sənət məktəbini bitirib.  Milliyyətcə ləzgidir. 1920-ci il Aprel işğalının qurbanı.

  299. Podporuçik Rüstəmov İsgəndər Bəzirgan oğlu - 1895-ci  
    ildə Bakıda anadan olub. Bakıda rus-tatar məktəbini və 1919-cu ildə Gəncə  praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  300. Rəhmanov Asəf Səttar oğlu – çekist. 1938-ci il yanvarın 3-də güllələnmişdir.

  301. Rəsulzadə  Ümbülbanu (1888 Bakı - 1940Taldı-KurqanQazaxıstan SSR, ) - Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı.1908-ci il 31 yanvarda Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. Ümbülbanu xanım həm də onun əmisi qızı idi.Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1940-cı ildə dünyasını dəyişib.

  302. Rəsulzadə Ağahüseyn Əli oğlu – şair, publisist,«Nöqsanlarımız» (1911), «Muzdur» kitablarının müəllifi olmuşdur.1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

  303. Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu (1876, Gəncə - 1920, Bakı) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Rəfibəylilər nəslindəndir. 1920-ci il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfındən həbs edilmiş və güllələnmişdir.

  304. Məmməd Ağpolad (tam adı Məmməd Rza oğlu Rzayev1897 – 1975) — Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan əsilli polkovniki. 1918-1922 – ci illərdə öncə Azərbaycanın, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda mübarizə aparıb. Polkovnik Məmməd Ağpolad, Azərbaycan Cümhuriyyəti ordusunun 1-ci Topçu briqadasının 1-ci divizyonunda batareya komandiri olmuşdur. Türkiyədə soyad qanunu çıxdıqdan sonra Ağpolad soyadını götürmüşdür. Məmməd bəy 1897-ci ildə Gəncə şəhərinə İmamalı məhəlləsində anadan olmuşdur. Gəncənin tanınmış Rzayevlər nəslinə mənsub olan Məmməd bəyin atası Rza bəy, anası Şəkər xanımdır. 

  305. Rəfibəyli Cəmil bəy Bağır bəy oğlu (1894, Gəncə, Balabağmanlar - 1981) — hərbçi, həkim. Cəmil bəy Rəfibəyli Gəncə 8 illik şəhər məktəbini bitirmişdir (1916). Gənc yaşlarından "Müsavat" partiyası sıralarına daxil olmuş, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunda hərbi xidmətə başlamış, 6 aylıq unter-zabit məktəbini bitirdikdən sonra 1-ci piyada alayında zabit köməkçisi vəzifəsinə təyin olunmuşdur.  1927-ci ildə həbs olunaraq 10 illik həbs cəzası ilə "Medvejya Qora" (Kareliya) həbs düşərgəsinə sürgün edilmişdir. Orada məhbuslara xidmət edən ambulatoriyada feldşer işləmiş, cəza müddəti dövründə 2 illik tibb texnikumunu bitirmişdir. Sürgündən sonra Gəncəyə qayıdaraq, feldşer işləmişdir. Lakin az sonra (1937) yenə də həbs edilərək 10 illik həbs cəzası ilə Novosibirsk (Siblaqa - Sibir) həbs düşərgəsinə göndərilmişdir. 1947-ci ildə azad olunduqdan sonra xaricə keçmək ümidi ilə Özbəkistanın Denaus sərhəd rayonuna getmişdir. Sərhəd zonasında tibb məntəqəsində işə düzəlmiş, tezliklə məntəqənin müdiri vəzifəsinə təyin olunmuşdur. Az sonra 3-cü dəfə "vətən xaini" ittihamı ilə həbs olunmuş, bu dəfə Krasnoyarsk vilayətinə sürgün edilmişdir. 1958-ci ildə əfv olunaraq vətənə dönmüşdür.

  306. Rəfibəyli Ələkbər bəy Kərbəlayi Həsən oğlu - (1839, Gəncə - 03.04.1919, Gəncə) görkəmli ictimai və siyasi xadim. Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri.  Ələkbər bəy Rəfibəylinin vəfatı ümummilli itki kimi qəbul edilmişdir. Ölümündən sonra Gəncə şəhər idarəsi onun xatirəsinin əbədiləşdirilməsi üçün 7 maddədən ibarət qərar qəbul etmiş, lakin bolşevik işğalı bu qərarın yerinə yetirilməsinə imkan verməmişdir.

  307. Rəhimov Ağaverdi Hacı Yarəli oğlu- (1895Balaxanı,   – 1936Bakı ) Azərbaycan sovet partiya və dövlət xadimi, Naxçıvan Vilayət Partiya Komitəsinin Birinci Katibi, Stalin repressiyalarının qurbanı.

  308. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç (1894 - 1939) — Azərbaycan SSR xalq daxili işlər komissarı. 1894-cü il yanvar ayının 2-də Kiyev vilayətinin (indiki Ukrayna Respublikası) Çiqirin şəhərində anadan olmuşdur. Milliyyətcə yəhudidir. İbtidai təhsilli olmuşdur. 1938-ci ilin yanvarın 7-dən noyabrın 11-nə qədər Azərbaycan SSR XDİK-nə rəhbərlik etmişdir.4 mart 1939-cu ildə güllələnib.

  309. Roxlin Abram Benyaminoviç (1881-1941) — menşevik dövlət xadimi, Sentrokaspi Diktaturası dövründə ərzaq komissarı idi. 1881-ci ildə, Lutsk şəhərində anadan olmuşdur. Menşevik təşkilatının üzvü və duma sözçüsü olmuşdur. 1930-cu illərdə kommunal sektorda çalışmışdır. 27 sentyabr1937-ci ildə həbs olunmuş, 1941-ci ildə güllələnmişdir. Məzarı Moskvadadır.

  310. Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu (1876, Gəncə - 1920, Bakı) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Rəfibəylilər nəslindəndir. Tiflis realnı məktəbini (1894)  və Moskva texniki məktəbini (1899) bitirmişdir. 1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir. Neft sənayesində böhranla əlaqədar olaraq 1909-cu ildə Gəncəyə köçmüş, bir müddətdən sonra Gəncə şəhər idarəsi başçısının (şəhər qlavası) müavini seçilmiş, şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərmişdir. Fevral inqilabından (1917) sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdi. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin "Müsavat" fraksiyası ilə birləşməsindən sonra "Müsavat"  və bitərəflər fraksiyasını təmsil etmişdir. Eyni zamanda, maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur. Aprel işğalından (1920) sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdiri işləmiş, 1920-ci il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfındən həbs edilmiş və güllələnmişdir.

  311. Rüstəmbəyli Cəfər bəy - Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycan Demokratik Respublikasının sənaye və ticarət nazirinin müavini  (1920). Cəfər bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1890-cı ildə Ərəş qəzasının Məmmədli kəndində doğulmuşdu. Orta təhsilini Gəncədə gimnaziyada başa çatdırdıqdan sonra 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1905-1910-cu illərdə eser (sosialist-revolyusiner) partiyasının üzvü olmuş, 1911-ci ildə hərbi həkim kimi səfərbər edilmişdir. Cəfər bəy Rüstəmbəyli  Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar xidmətə çağırılmış, əvvəlcə 58-ci piyada polkunda, sonra isə 1917-ci ilə qədər lazaretdə (hərbi xəstəxanada) həkim işləmişdir. 1917-ci ildən 18 fevral 1918-ci ilədək Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır. Cümhuriyyət dövrünün bir sıra tanınmış ictimai-siyasi xadimləri kimi C.B.Rüstəmbəyli da qırmızı terrorun qurbanı olaraq  1938-ci ildə güllələnmişdir.

  312. Rzabəyov Nemətulla Hənifəbəy oğlu -  Praporşik. Üçüncü Bakı Ali-ibtidai məktəbinin dörd sinfini bitirib. 1918-ci ildə Milli orduya könüllü gəlib. 1900-cu il martın birində Bakıda anadan olub. Sovetlər vaxtı Ali-pedaqoji kursun tələbəsi olub. 1920-ci ildən müsavatçı kimi gizli fəaliyyət göstərib. 1923-cü ilin iyul ayıpnda Zaqafqaziya “ÇK”-sı gizir qardaşı Nəsrulla bəy Rzabəyov ilə birgə həbs edib. 

  313. Rəsulzadə Rəsul — (1914-1938) - Repressiya qurbanı. Məhəmməd Əmin Rəsulzadənin oğlu. Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan)  küçəsindəki 129-cu evdə yaşayıb. O. 1926-cı ildə oxumağa başlayıb və 1933-də Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib və oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev və həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib və orada işləməyə başlayıb. 1937-ci ilin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər. Noyabrda ailəsi sürgün edilib. 7 dekabrda onun həbs olunması üçün sənədlər hazırlanıb, ancaq nədənsə, bu həbs yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdirilib. Tutuqlanmaya əsas: "Məhəmməd Əmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb". Cəmisi iki dəfə dindirilib. Hər şey "sübut olunub" və Azərb. SSR XDİK Üçlüyünün qərarı ilə 1 mart 1938-ci il qərarı ilə 6 mart 1938-də 24 yaşında güllələnib, əmlakı da müsadirə edilib, yalnız 27 oktyabr 1989-cu ildə bəraət alıb

  314. Unter zabit Rəfibəyov Cəmil bəy Bağır bəy oğlu -  1894-cü ildə Gəncə yaxınlığındakı Balabarmanlar kəndində  bəy ailəsində anadan olub. 1908-ci ildən 1916-cı ilədək Gəncə  səkkizillik  şəhər məktəbində təhsil alıb.  1918-ci ildə Gəncədə altı aylıq unter-zabit məktəbini bitirib. Həmin ili  musavat ordusunun birinci piyada polkunda Qarabağda erməni daşnaklarına qarşı  vuruşub. Musavat hökuməti süqut etdikdən sonra Qızıl Ordunun on altıncı  diviziyasının iki yüz qırx dördüncü polkunda vzvod komandiri kimi xidmət edib.  1921-ci ildə ikinci kəndli süvari polkunda 1924-cü ilə kimi xidmət etdikdən sonra  ordudan tərxis olunub. Musavat zabiti olduğuna görə 1928-ci ilin yayında həbs  edilib, iyirmi il müddətinə Novosibirsk, Çustinsk və başqa həbs düşərgələrinə  sürgün olunub.  

  315. Praporşik Rüstəmov Paşa bəy -  1914-cü il iyulun 24-də  
    Azərbaycan süvari alayına qəbul edilib. 1916-cı il dekabrın 5-də kiçik uryadnik,  1917-ci il sentyabrın 15-də baş uryadnik, həmin il oktyabrın 1-də podpraporşik  rütbəsilə təltif olunub. 1916-cı il mayın 31-də döyüşlərdə göstərdiyi igidliyə görə  “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub.  1918-ci ilin oktyabrından Milli Azərbaycan ordusunda hərbi xidmətə  başlayıb. 1920-ci il Aprel işğalının qurbanı.

  316. Praporşik Rəhimov Məmməd Cəfərqulu oğlu -  1895-ci  
    il aprelin 2-də Bakıda anadan olub. Bakıda üçüncü ali-ibtidai  məktəbdə və mühasibatlıq kursunda oxuyub. Fars dilini bilir. 1919-cu ildə Gəncə  praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  317. Praporşik Rüstəmbəyli Həmid Məşədi ağa oğlu -  1900- 
    cü il oktyabrın on altısında Gəncədə  anadan olub. Gimnaziya  təhsili alıb. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  318. Rüstəmbəyov Baxış bəy Əsəd bəy oğlu - mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü. Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olmuşdu.Bakı şəhərində gimnaziyada oxumuşdu. Sonra Sankt-Peterburq Dağ-Mədən Akademiyasına qəbul olmuşdu.Akademiyanı tamamlayandan sonra neft mədənlərində mühəndis kimi çalışmışdı.Baxış bəy Rüstəmbəyov 1945-ci ildə vəfat edib.

  319. Podporuçik Rəhimov Mikayıl Cəbrayıl oğlu -  1901-ci il  
    martın beşində Bakıda anadan olub. Bakıda texniki təhsil alıb. 1920-ci il aprelin  24-də Azərbaycan hərbiyyə məktəbini bitirib.   1923-cü ildə XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilib.    

  320. General-mayor Rəfibəyov Səməd bəy Məşədi bəy oğlu -  Tiflis kadet korpusunu 1916-cı ildə bitirib. İlk hərbi xidmətə  yeddinci Qafqaz sərhəd alayında başlayıb.  1918-ci ilin yanvarından yeni yaranan  Müsəlman korpusunda birinci Bakı atıcı polkunda rota komandiri kimi bolşevik- daşnak dəstələrinə qarşı vuruşmuşdur.  Poruçik Səməd bəy 1918-ci il iyulun 2-də əla xidmətinə görə ştabs-kapitan  rütbəsi alır. Nuru paşanın təqdimatı ilə Azərbaycan dəmir yolunun müvəqqəti  komissarı təyin olunur.  Respublika  Müdafiə nazirinin əmrilə 1919-cu ilin fevralında birinci Cavanşir  polkunu və Lənkəran ehtiyat alayını təşkil edir.  Hərb naziri general Səməd bəy Mehmandarovu və  müavini  Əliağa  Şıxlinskinin əmr və  raportlarında Səməd bəy Rəfibəyov bilikli, enerjili və qoçaq  komandir kimi xarakterizə edilir. Podpolkovnik Səməd bəy Rəfibəyovun birinci  Cavanşir piyada polku 1920-ci ilin mart-aprel aylarında Xankəndində və Şuşada  erməni daşnaklarına qarşı mərdliklə vuruşub.  Birinci dərəcəli “İstiqlal ordeni” ilə təltif olunan Səməd bəy Rəfibəyov  1892-ci ildə qədim Gəncənin Balabağban qəsəbəsində anadan olmuş, 1980-ci il  oktyabrın 20-də İstanbulda vəfat etmişdir.  

  321. Rəfibəyli Xudadat bəy Ələkbər bəy -  oğlu 1877-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan xalqının milli istiqlal mübarizəsinin fəal iştirakçılrından biri, görkəmli dövlət xadimi olmuşdur. 1920-ci ildə Nargin adasında qətlə yetirilib.

  322. Polkovnik Sultanov Mehdi bəy Eynalı oğlu -  1880-ci  
    ildə Gəncədə anadan olub. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləşirdi  Ş.N.) komandiri. 1920-ci ildə bolşevik istilasından sonra Azərbaycan diviziyasında  üçüncü alayın komandiri olmuşdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən  musavat hərbi təşkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs  düşərgəsinə sürgün edilmişdir.  1937-ci il aprelin 20-də Azərbaycan Xalq Daxili İşlər Komissarlığı xüsusi  üçlüyünün qərarı ilə güllələnmişdir. 

  323. Səfərəlibəyov Cavad bəy Əli bəy oğlu – (1842-1938)Praporşik, 1904-1907-ci illərdə Şuşa şəhər başçısı olmuşdu.Haqqında əlavə məlumat yoxdur.

  324. Ştab-rotmistri Sadıqov Zeynal bəy -  İkinci Qarabağ süvari  
    alayında dördüncü bölüyün komandiri. 1917-ci il iyunun 30-dan “Qafqazın yerli  əhalisindən təşkil olunmuş diviziya”nın Azərbaycan alayında hərbi xidmətə  başlayıb. Birinci Dünya Müharibəsində Qərb cəbhəsində vuruşub. Əla döyüş  xidmətlərinə görə 1916-cı il aprelin 30-da üçüncü dərəcəli Müqəddəs Stanislav  (qılınc və bantla birgə), iyunun 28-də Buludniki kəndi uğrunda gedən döyüşlərdə  ikinci, üçüncü, dördüncü dərəcəli “Müqəddəs Georki” medalı, avqustun 30-da  
    üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə) ilə təltif olunmuşdur.  Ştab-rotmistri rütbəsini 23 mart 1918-ci ildə Milli Azərbaycan Ordusunda almışdır.

  325. Sadıqov Qəhrəman Sadıq oğlu (3.1.1938*) Vəli Axundovun əmisi qızı Sayad Axundovanın əri. 1920-ci ilədək Saray kəndində olan Müsavat Partiyasının sədri olmuşdur. Qaynı Əkbər Axundov isə bu partiyanın katibi idi. 1937-ci ildə qaynı A. Əkbər ilə birlikdə həbs olunub.

  326. Ştab-rotmistri  Sultanov Zülfüqar  Nəzər oğlu - 1894- 
    cü ildə Zəngəzurun Pircəvan gəndində anadan olub. İkinci Tiflis kişi gimnaziyasını  və Petroqrad Hərbi Tibb Akademiyasını bitirib. Musavat ordusunda əvvəl poruçik,  sonra isə ştab-rotmistri kimi xidmət edib.  

  327. Rotmistr Sultanov Səlim bəy -  Kürd süvari divizionunun  
    komandanı. 

  328. Kapitan Seyidov Ağacəfər Abütalıb oğlu - 1894-cü il  
    mayın 8-də Şamaxıda   anadan olub. Bakıda Aleksandrovski  məktəbini və ikinci Tiflis kişi gimnaziyasını bitirib. 1915-ci ildən orduda xidmət  edir. 1919-cu ildə praporşiklər məktəbini bitirib. Birinci Dünya Müharibəsində fəal  iştirakına görə orden və medallarla təltif olunub.

  329. Ştabs-kapitan Sarvanski Xankişi Ağa oğlu -  1897-ci il  
    yanvarın 24-də Şamaxıda anadan olub. Şamaxıda realnı məktəbi  və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirib.  

  330. Praporşik Sadıqov Lətif Zeynal oğlu - 1899-cu ildə  
    Salyanda anadan olub. Dörd sinifli məktəb təhsili var. 1919-cu ildə Gəncə  praporşiklər məktəbini bitirib. Milli Orduda rota komandiri işləyib.  1920-ci il Aprel işğalının qurbanı.

  331. Praporşik Səlimov Salman Qurban oğlu - 1894-cü ildə  
    Bakıda anadan olub. Bakıda rus-tatar məktəbini və 1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  332. Praporşik Süleymanov Abdulla Baqi oğlu -  1895-ci ildə  
    Göyçayda kəndli ailəsində anadan olub. Göyçayda iki sinifli məktəbdə oxuyub.  1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı. 

  333. Praporşik Səməndərov Mirmehdi Miryusif oğlu -   1899-cu il mayın 25-də Ordubadda kəndli ailəsində anadan olub. Ali-ibtidai təhsili  
    var. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Musavat ordusunda rota  komandiri olub. 1920-ci il Aprel işğalının qurbanı. 

  334. Podporuçik Seyidbəyli Cəlal Ələsgər oğlu - 1901-ci  
    ildə Goranboyun Sarov kəndində anadan olub. Gəncədə dörd sinifli məktəb bitirib.  1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Musavat Ordusunda rota  komandiri olub. 1920-ci il Aprel işğalının qurbanı.  

  335. Podporuçik Sultanov Dərab Cabbar oğlu - 1902-ci ildə  
    Bakıda   anadan olub. Birinci Tiflis kişi gimnaziyasını və  Azərbaycan hərbiyyə məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  336. Bukşpan Aleksandr Semyonoviç (1898-12.10.1937*) – EA Az. F Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Bakı ali məktəblərinin müəllimi, professor. Repressiya qurbanı.

  337. Sultanov Bəybala bəy — Rusiya imperiyası II Dövlət Duması Müsəlman fraksiyası nümayəndəsi.10 mart 1879-cu ildə Məlik bəy Sultanovun ailəsində doğulub, ləzgi və müsəlman idi. Moskva universiteti Tibb fakültəsini bitirmişdi. 1902-1905-ci illərdə Kürə dairəsində rayon həkimi, 1909-1910-cu ildə Qayakənd kənd həkimi işləmişdir. 1914-1918-ci illərdə Bakı şəhər Mixaylovskaya xəstəxanasının 1 saylı klinikasında (indiki Hacı Qasımov adına 1 saylı doğum evi) işləmişdir.6 fevral 1907-ci ildə Rusiya imperiyası II Dövlət Dumasına seçilmişdir. İctimai təhsil və aqrar komissiyalarının üzvü idi.Mart soyqırımı zamanı Stepan Lalayan tərəfindən öldürülmüşdür.

  338. Sultanov Sultan Teymur oğlu (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir.

  339. Seyidov Mir Hidayət bəy Mir Adil oğlu (1887-1919) — İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri.

  340. Səfikürdski Aslan bəy Ağalar bəy oğlu (1881, Gəncə–  1937Bakı, ) — Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri.

  341. Süleyman bəy Sulkeviç ( Məmməd bəy Sulkeviç,  20 iyul 1865, Kemeyşı, Lida qəzası, Vilna quberniyası / Voranava rayonu, Qrodno vilayəti, Belarus - 15 iyul 1920, BakıAzərbaycan) - polyak əsilli Rusiya-Azərbaycan hərbi xadimi, general-leytenant (1915), krım-tatar dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb (Baş qərargah) rəisi. Mənşəcə Belarus-Litva tatarlarındandır.Bakıda gülələnib.

  342. Səlimov Həbib bəy Hacı Yusif oğlu — general-mayorADR ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan generalı. Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub.Nargin adasında güllələnib.

  343. Sultanov İsmayıl bəy 1856-cı ildə Ərəş mahalının Xaldan kəndində anadan olmuşdur. 1879-cu ildə Qafqazda Bakı-Batumi dəmiryol xətti çəkiləndə İsmayıl bəy ali təhsilli mühəndis kimi işə dəvət alır. 1903-cu ildə Xaldanda və Ağdaşda iki böyük xəstəxana, 1904-cü ildə Xaldan kəndində məktəb tikdirir. İsmayıl bəy 1914-cü ildə Xaldanda Əlican çayı üzərində körpü tikdirir, 1916-1917-ci illərdə saxsı borularla Bucaqdan Xaldana su xətti çəkdirir, kəndə yol çəkdirir və abadlaşdırır. 1933-cü ilin dekabr ayında İsmayıl bəy ailəsi ilə birlikdə Qazaxstana sürgün edilir və bir həftə sonra sürgündə vəfat edir.

  344. Sultanova Ayna Mahmud qızı — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur. 1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla  birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir.

  345. Səfərəlibəyov Cavad bəy Əli bəy oğlu ( 1842-1938) - Praporşik, 1904-1907-ci illərdə Şuşa şəhər başçısı olmuşdu.

  346. Sədrəddinov Cəbiş bəy Həmid bəy oğlu – (18.3.1938*, 50 yaş) Repressiya qurbanı. 1888-ci ildə Şuşada dünyaya gəlib. Varlı tacir və bəy ailəsində böyüyüb. Qarabağın məşhur qoçularından sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəbiş bəy Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun köməyi ilə silahlı dəstə yaradaraq ermənilərə qarşı döyüşüb. Cəbiş bəy Sədrəddinov çox igid adam idi. Onun qorxmazlığı yoldaşlarına həmişə güc və cəsarət verirdi. Bu səbəbdən də ermənilər Cəbiş bəyin adı gələndə tir-tir əsirdilər. Çünki məğlubiyyət ona xas deyildi. Əgər daşnakların üzərinə Cəbiş bəyin adamları gedirdilərsə, ermənilər mütləq qorxuya düşürdülər. Çünki onun sərrast atıcılığından heç kim yayına bilmirdi. Azərbaycan sovet ordusu tərəfindən işğal edildikdən sonra  Cəbiş bəy İrana gedir. Lakin orada çox tablaşmayaraq gizli yolla Şuşaya qayıdır. Onu tanımasınlar deyə, faytonçuluqla məşğul olur. Sovet hakimiyyətinə heç cür tabe olmaq istəməyən, bu quruluşun qanunlarına boyun əyməyən, yalnız öz həyatını yaşamaq istəyən Cəbiş bəyi rahat buraxmırlar. 1938-ci ilin yanvar ayında həbs edilərək güllələnib.

  347. Seyidbəyov Hacı bəy — Dəmiryol teleqrafının rəisi (1919). Ali inqilabi Tribunal qradonaçalnik Hacıbəy Seyidbəyovu əmlakları müsadirə olunmaqla ən yüksək cəzaya - güllələnməyə məhkum etmişdi. Ali inqilabi Tribunalın 29 avqust 1920-ci il tarixli hökmü dərhal icra olunmuşdur.

  348. Sultanov Lütfəli bəy Mirzə bəy oğlu (1899-1937) - Azərbaycan Milli Mərkəzinin üzvü. Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.

  349. Səfərəlibəyov Tağı bəy Hüseynqulu bəy oğlu (1881-1936) - mühəndis. Tağı bəy Səfərəlibəyov Riqa Politexnik İnstitutunu bitirmişdi. İri neft və balıq sənayeçisi olmuşdu. ADR dönəmində Sənaye və Ticarət nazirinin müavini idi. Sovet dönəmində Azərbalığın kommersiya direktoru vəzifəsində çalışmışdı. Tağı bəy Səfərəlibəyov 1932-ci ildə tutulmuşdur.

  350. Şıxlinski  Cavad bəy (1874-  ?)- Rusiya, Azərbaycan və İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri.

  351. Şahtaxtinski Həmid ağa Xəlil oğlu (12.03.1880, Naxçıvan qəzasının Şahtaxtı kəndi - 03.02.1944, Arxangelsk vilayəti) - Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü; görkəmli maarifçi.Repressiya qurbanı.

  352. Şahsuvarov Mürsəl bəy Adilxan bəy oğlu (d. 1900-ö. 1971) - Cümhuriyyət tələbəsi, həkim, professor.Bakıda dəfn edilib.

  353. Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu - Zaqatalanın 2-ci qubernatoru (16.3.1919 -1920). Məhəmməd bəy ilk təhsilini Samuxda öz ailəsində alıb. Tiflis klassik gimnaziyasını uğurla bitirən (təx. 1891-də) Məhəmməd bəy Odessa şəhərinə gedib və buradakı Novorossiysk Universitetinin hüquq fakültəsinə girib. 1906-cı ildə Tiflisdə Qafqaz canişininin başçılığı altında onun sarayında keçirilən qurultayda 1905-ci il erməni-müsəlman qırğınının nəticələri müzakirə edilərkən orada Tiflis müsəlmanlarını təmsil edən Məhəmməd bəy Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və başqa müsəlman nümayəndələriylə birgə çox fəallıq göstərib, avantürist ermənilərin ikiüzlü çıxışlarını, yalan, böhtan və iftiralarını dərin məntiqli tutarqalarıyla, çoxlu danılmaz faktlarla alt-üst edib və özünü əsl ictimai xadim kimi tanıda bilib.Qurultayın çıxardığı qərara məhz onun təklifiylə Azərbaycan əhalisinin xeyrinə bir çox maddələr salınıb. Məhəmməd bəy Şahmalıyev 1913-cü ildə Şəki qəzasının , 1914-15-də isə Ərəş qəzasının rəisi olmuşdur. Sovet dönəmində Məhəmməd bəyin də taleyi bütün Azərbaycan kübar nəsillərinin taleyi kimi çox acınacaqlı oldu. Bütün əmlakını və var-dövlətini bolşeviklər müsadirə etdilər. Düzdür, başqa Şahmalıyev bəyləri kimi onu da güllələnməkdən qorumağa N.Nərimanovun gücü çatdı, ancaq bu cismani salamatlığın mənəvi ölümdən fərqi çox azdı.

  354. Şıxlinski Rüstəm (d. 1878 - ö. 1920) - Hərbçi. Polkovnik, “Müqəddəs georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir.General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsidir.Vəfat yeri Gəncə şəhəri.1920-ci il Aprel işğalının qurbanı.

  355. Şahsuvarov Nurməmməd bəy Ədilxan oğlu 1883, Laçın rayonunun Minkənd kəndi - 11.08.1958, Bakı) - Azərbaycan istiqlal hərəkatı iştirakçılarından və Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərindən biri, maarifçi.

  356. Şeyxzamanlı Məmmədbağır (1880Yelizavetpol - 1920Bakı) — Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi. 1920-ci ilin may ayında güllələnmişdir.

  357. Şıxlinski  Şərif bəy (1903-1938) - Hərbçi, repressiya qurbanı. Şıxlinski Şərif bəy Abdulla ağa oğlu 1903-cü ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdur. Bakıda pristav işləyən əmisi Hüseyn bəyin himayəsində yaşamış, orada təhsil almışdır. Demokratik Cümhuriyyət dövründə milli orduda zabit rütbəsində xidmət etmişdir.Qazaxda güllələnib.

  358. Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu 1895-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində dünyaya gəlmişdir. Kənddə ibtidai məktəbi bitirdikdən sonra Qori Seminariyasına daxil olmuş, lakin ikinci kursda məktəbdən xaric olunmuşdur. Demokratik Cümhuriyyət zamanında Gəncə şəhərində ştab-kapitan rütbəsində pristav işləmişdir. 1972-ci ildə Türkiyənin Bandırma şəhərində dünyadan köçmüşdür.

  359. Şıxlinski Alay bəy İsfəndiyar bəy oğlu 1885-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra 1897-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, buranı 1902-ci ildə bitirmişdir. 1918-ci ilədək Bakıda 8-ci rus-tatar məktəbində müəllim işləmişdir. Sovetləşmədən sonra dəfələrlə "şübhəli ünsür" qismində təqiblərə məruz qalmışdır. Həbs olunaraq güllələnəcəyindən xəbər tutan Alay bəy 1930-cu ildə qaçaq düşmüş, 1931-ci ildə Türkiyəyə mühacirət etmiş və Qarsda pedaqoji fəaliyyətini davam etdirmişdir.Vəfat vaxtı bəlli deyil.

  360. Poruçik İsrafil bəy Ağa oğlu Şıxlinski 1918-ci ildə Gəncədə Hərbi məktəbi bitirib. Məktəbdə ikinci rotanın praporşiki vəzifəsində işləyib. 1897-ci il sentyabrın 10-da Qazaxda zadəgan ailəsində anadan olub. Qori şəhərindəki seminariyanın Azərbaycan şöbəsini bitirib. İyirminci ilin aprelində bolşeviklər gələndə Az ÇEK-in yanında qısa müddət xüsusi təyinatlı dəstənin komandiri olub. Müsavatın tərəfdarı və Sovet hökumətinin qatı düşməni olduğuna görə ittiham edilib. 1926-cıildə Solovetsk həbs düşərgəsinə sürgün olunub.

  361. Şəfiyev Abdulla Şəfi oğlu -  Praporşik. Beş sinifli Bakı gimnaziyasını və 1918-ci ildə Gəncə praporşiklər məktəbini bitirib. 1896-cı ildə Bakıda  anadan olub. 1922-ci ildən “Azərbaycan müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya “ÇK”-sı həbs edib.

  362. Şərifov Abdulla Məhəmməd oğlu (1893-1938)—tatar əsilli Azərbaycan dilçisi, repressiya qurbanı. Gənc yaşında ali məktəbdə kafedra müdiri, elmi-tədqiqat institutunda bölmə müdiri işləyən Abdulla Şərifov da 1937-ci ilin həbslərindən qurtara bilmir. Həmin il dekabrın 20-də “Sovet hökumətinə qarşı silahlı mübarizə mövqeyində dayandığına və elmi cəbhədə ziyankarlıq işi apardığına görə” həbs edilir. 1938-ci ildə DTK (KQB) müstəntiqinə izahatında Abdulla Şərifov 22 kitab müəllifi olduğunu yazır. Çox təəssüf ki, o kitabların bir qismi də 1937-ci il irtica dalğasında itib-batmışdır. Onları tapıb çap etmək bu gün mümkünsüz sayılır. Uzun sürən istintaqdan sonra onu 1938-ci il iyulun 3-də güllələyirlər.

  363. Şahtaxtinski Ataulla Baxşəli oğlu (1904-10.1.1938) Repressiya qurbanı. 21 sentyabr 1937-ci ildə Azərbaycan SSR XDİK tərəfindən əksinqilabi fəaliyyətinə görə həbs edilmiş, 9 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən tutulub əksinqilabi trotiski-terrorçuluq təşkilatının üzvü kimi II kateqoriya ilə güllələnməyə məhkum edilmişdir.

  364. Şəkixanov Həmid ağa Əbdürrəhman ağa oğlu - Repressiya qurbanı.

  365. Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu (12 mart 1880 – 3 fevral 1944) - Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi. Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.

  366. Şahsuvarov Ələkbər xan Kərim oğlu (1879 – 1920) - Azərbaycan Xalq Cümhuriyyəti dövründə gizli xidmətin (informasiya şöbəsinin) rəisi, Moskva Dövlət Universitetinin hüquq fakültəsinin məzunu.

  367. Şamilov Seyfulla Əli oğlu (1902-1974) - nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936-1938). Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936-1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir.

  368. Şıxlinski Rəhim bəy - Maarifçi-pedaqoq, Qori Seminariyasını bitirmişdir. 1917-20-ci illərdə Azərbaycanın İstiqlal Hərəkatında fəal iştirak etmişdir. Şıxlinski Rəhim bəy Tahir bəy oğlu Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdur. Doğum tarixi haqda günümüzə dəqiq məlumat çatmamışdır. Qori Seminariyasını bitirmiş və dövrünün öncül pedaqoqlarından biri olmuşdur. Müəllimlik fəaliyyətinə Şəki qəzasında başlamış, sonra Ağdamda və Bakıda dərs demişdir. Daha sonra hüquq-mühafizə orqanlarına keçmiş, bir müddət Şuşa polismeysterində işləmişdir. 1917-20-ci illərdə Azərbaycanın İstiqlal Hərəkatında fəal iştirak etmiş, siyasi oriyentasiyası etibarilə Türkiyə tərəfdarı olmuşdur. Məlum siyasi görüşlərinə görə sovetləşmədən sonra repressiya olunacağından ehtiyat edərək Tiflisə köçmüşdür. Tiflisdəki Azərbaycan orta məktəbində uzun illər direktor işləmişdir. Müsavat Partiyasına üzv olması və antisovet fəaliyyət göstərməsi ittihamı ilə 1937-ci ildə həbs edilərək, güllələnmişdir.

  369. Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğlu - Xüsusi Zaqafqaziya Komitəsi (XZK)-nin komissarı. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir. Xidmətə 10 fevral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır. 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş  və burada 1910-1911-ci illərdə quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 1938-ci il aprelin 2-də Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı, millətçi qiyamçı təşkilata mənsub olmaqla ittiham edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 2 iyun 1938-ci il tarixində Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən İslah-Əmək Düşərgəsində (İƏD) çəkməklə 10 il müddətinə məhkum edilmişdir. 25 noyabr 1938-ci il tarixində  Xabarovsk diyarında İƏD-də ölmüşdür. 1955-ci ildə bəraət almışdır.

  370. Ştabs-kapitan Şərifov Daniyal bəy   1891-ci il iyunun 10-da Qazaxda anadan olub.  Ağalıq nəslindəndir. 1915-ci ildə Birinci  
    Tiflis praporşiklər məktəbini bitirib. Musavat ordusunun Bakı alayında (Salyan kazarmasında  yerləşirdi) ştabs-kapitan rütbəsində xidmət edib. 1923-cü ildə bolşeviklər həbs  edib. Son taleyi məlum deyil.  

  371. Şamxorski  Firudin bəy Mehdi bəy oğlu - mülkədar, pristav. Firudin bəy Şamxorski  26 oktyabr 1895-ci ildə Yelizavetpol qəzasının Dəllər kəndində anadan olmuşdu. Gəncə gimnaziyasında oxumuşdu. Qəza mirzəsi Mehdi bəy İbrahim bəy oğlunun övladı idi. Özü polis pristavı işləmişdi. 27 iyun 1938-ci ildə tutulmuşdu. 8 avqust 1938-ci ildə güllələndi.

  372. Şahtaxtinski Nəcəf Əbülfət oğlu (1898-16.11.1937*, 39 yaş) Repressiya qurbanı. Əbülfət ağa Şahtaxtinskinin ikinci oğlu Tiflisdə hərbi kadet məktəbini, sonralar Sankt-Peterburqdakı Mixaylovsk Artilleriya məktəbini bitirib və 1918-ci ilədək çar ordusunda xidmət edib. 1918-ci ildə Azərbaycana gəlib və Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda milli kadrların yetişdirilməsində yaxından iştirak edib. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Artilleriya polkunda qərargah rəisi olub. 1931-ci ildən başlayaraq NKVD tərəfindən təqib olunmuş, həbsə və sürgünə göndərilmişdi. 1937-ci ilin dekabrında "troyka"nın (üçlüyün) qərarı ilə güllələnib.

  373. Praporşik Şabanov Fərrux Şaban oğlu -  1900-cu ildə  
    Tiflisdə anadan olub. Gimnaziya təhsili alıb. 1919-cu ildə Gəncə praporşiklər  məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.  

  374. Praporşik Şərifov Ağasəlim Səftər oğlu - 1896-cı il  
    yanvarın 10-da Bakıda anadan olub. Realnı məktəbi bitirib. Musavat ordusunun  nəzdində yaranmış tədris komandasında hərbi təhsil alıb. 1920-ci il Aprel işğalının qurbanı.

  375. Podporuçik Şıxəliyev Zahid Cümşüd oğlu -  1897-ci il  
    oktyabrın 6-da kəndli ailəsində anadan olub. Ali-ibtidai təhsil alıb. 1920-ci il  aprelin 24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı. 

  376. Podporuçik Şeydayev Məmməd bəy Əli oğlu - 1902-ci il  
    sentyabrın 18-də Tiflisdə fəhlə ailəsində anadan olub. Beş sinifli ticarət məktəbini  bitirib. İran təbəəsidir. 1919-cu ildə praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  377. Yunker Şaylıkov Sultan Məmməd oğlu -  1898-ci il aprelin  
    25-də Şuşanın Alxaslı kəndində anadan olub. İki sinifli kənd məktəbini və 1920-ci  il aprelin 24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. Hərbiyyə məktəbinə 1919- cu ilin noyabrında qəbul olunub. 1920-ci il Aprel işğalının qurbanı. 

  378. Ştabss-kapitan Şəkərov Yunis - kürd atıcı batalyonunun  
    komandiri. 

  379. Axund Yusif Talıbzıdə - 1877-ci ildə Tiflisdə dünyaya göz açıb. 1910-cu illərin əvvəllərində Yusif Ziya qızğın siyasi fəaliyyətə başlayır. 1911-ci ildə Müsavat partiyasının üzvlüyünə yazılan ilk beş nəfərdən biri Axund Yusif olmuşdur . 1910-cu illərdən sonra Axund Yusifin həyatının Türkiyə dövrü başlayır. 1912-ci ildə o, arvadı Cənnət xanım və oğlu Tələt ilə Türkiyəyə köçür, orada hərbi təhsil alır, birinci dünya hərbində Qars-Ərdəhan türk ordusu sıralarında ruslara, ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərir. Qızıl Ordu Azərbaycanı istila etdikdən sonra İran sərhədindən Azərbaycana keçərkən həbs olunur. Onu öz xahişi və təkidi ilə o zaman Azərbaycan Nazirlər Şurasının sədri vəzifəsini icra edən Nəriman Nərimanovun yanına gətirirlər. Qısa söhbətdən sonra və Moskva ilə razılaşdırıldıqdan sonra Yusif Ziya azad edilir, çox çəkmir ki, Nəriman Nərimanovun vasitəçiliyi ilə Naxçıvana hərbi komissar təyin edilir. Yusif Talıbzadə 1923-cü ildə vəfat etmişdir.

  380. Talışxanov Əsəd bəy Ağaəli bəy oğlu - Rusiya İmperator Ordusunda, general-mayor.16    noyabr 1857-ci ildə Lənkəranda anadan olub. Əsəd bəy Ağaəlibəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtın ən yaxşı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxumağa başladı. Uzun illər  qüsursuz xidmətlərinə görə o, birinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav", üçüncü dərəcəli "Müqəddəs Vladimir" və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunmuşdur.General-mayor Əsədbəy Talışxanov 1919-cu ildə Dağıstanın Teymurxan-Şura (indikiBuynaksk) şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

  381. General-mayor Talışxanov Mirkazım xan Mirəli xan oğlu -  1855-ci il iyulun on yeddisində Bakıda anadan olmuşdur. Talış  xanlarının nəslindəndir. 1917-ci ilə qədər Rusiyanın müxtəlif   şəhərlərində  rota,  alay və batalyon komandiri olmuşdur.Birinci Dünya Müharibəsindəki xidmətlərinə  görə general-mayor rütbəsi alıb.1918-20-ci illərdə Lənkəran Dairə müfəttişi  vəzifəsində işləmişdir. General-mayor Mirkazımxan Talışxanov 1938-ci ildə səksən dörd yaşında  Bakıda vəfat etmişdir

  382. Tağıyev Əşrəf bəy (1867-1930) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycanda Qarxunlu Əşrəf bəy soyadı ilə tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Ərəş qəzasının Qarxun kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Tiflis gimnaziyasında oxumuşdu. 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirir, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, 1919-cu ildə isə yeddi sinifli rus-tatar məktəbi açdırır. 1918-ci ilin dekabrından Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilir. O, 1919-cu ildə qəza rəisi olmuşdur. 1930-cu ildə tutulmuşdu. Elə həmin ildə öldürülmüşdü.

  383. Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu (1900, Tiflis –  1926 Paris, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına (1919-1920) göndərilmiş Azərbaycan Hökuməti nümayəndə heyətinin katibi.

  384. "Topalasanlı" Cabbar -Bolşeviklərə qarşı üsyanın təşkilində peşəkar hərbçi heyəti ilə bərabər, yerli fədailər- Qaçaq Qəmbər, "Topalasanlı" Cabbar, Sarı Ələkbər, Qaçaq Qasım və başqaları da öz silahdaşları ilə birlikdə fəallıq göstərdilər. Bu döyüşçülər sırasında xüsusi yeri olan şəxslərdən biri də "Topalasanlı" Cabbar idi. O, Gəncə ilə tarixən sıx bağlılığı olan Topalhəsənli və ətraf kəndlərin mərd camaatının müqavimətinə rəhbərlik edirdi və sayca üstün olan işğalçılarla döyüşlərdə olduqca böyük şücaət göstərərək şəhid oldu. Gəncə Üsyanına bütün Gəncəbasar goşulmuşdu.Ücrəngli İstiqlal bayrağımız on gündən artıq müddətdə yenidən Gəncədə dalğalandı. Yalnız Bakı və Gürcüstan tərəfdən əlavə birlik və diviziyaların gəlməsindən sonra iyunun 4-də Gəncə Üsyanı amansızlıqla yatırıla bildi.Gəncədə əsl qətliam törədildi. Qoca, qadın, uşaq. heç kimə aman verilmədi.Azərbaycan Milli hissələrinin və mülki əhalinin birlikdə itkisi 12 min nəfərə çatırdı.Üsyan zamanı işğalçılar tərəfdən 8500 nəfər əsgər öldürüldü.

  385. Tağızadə Abdulla -  (1897-1938) — SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi, APİ-nin dilçilik kafedrasının müdiri olub. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri sayılır. O, ilk təhsilini Gəncədə alıb, sonra Bakıda oxuyub. 1937-ci ilin amansız burulğanında insanlar dəstə-dəstə gedirdilər. İstintaq işlərindən birinə baxırıq: Təkcə bu saralmış qovluqla yüzlərlə adamın taleyi həll olunub. Onlardan biri də Abdulla Məmməd oğlu Tağızadədir. Həmin ittiham işi üzrə 200-cü müttəhim. 1937-ci il martın 17-də həbs edilib. "Günahları" bəllidir. İstintaq isə hələlik heç nəyi sübuta yetirə bilmir. Səkkizinci dindirmə zamanı da Abdulla Tağızadə qondarma ittihamların hamısını qətiyyətlə rədd edir. Kim idi əl çəkən? Bir halda ki, məhkumdur, o, mütləq məhv ediləcək. 1937-ci il sentyabrın 12-də istintaqın daha 6 ay uzadılmasına icazə alınır. Yenə eyni suallar, eyni hədələr, eyni şahidlər. Nəhayət, "üçüncü üsul" işə düşür. Gəncəli dilçi-alim 1938-ci il yanvarın 12-də "xalq düşməni" kimi güllələnir. İstintaq işindəki sənədlərdən birindən bəlli olur ki, onun şəxsi kitabxanası da yandırılıb.

  386. Tağıyev Ağazeynalabdin Sadıq oğlu - Hacı Zeynalabdin Tağıyevin nəvəsi, Repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutunu bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Londona getmiş, toxuculuq sənətini dərindən mənimsəmək üçün. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tərəfindən həbs edilib. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər. 1940-cı ildə təzədən həbs edib, Bayıl dustaqxanasında güllədilər.

  387. Təkinski Məhəmməd xan — Görkəmli siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır. Vəkil işləyib. Azərbaycan Cümhuriyyəti dönəmində xarici işlər nazirinin əvəzi (09.12.1918-də bu vəzifədə adı çəkilib), Azərbaycan Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəliyinin başçısı (29.01.1919-dan) işləyib. İlin sonuna yaxın yerini T.Makinskiyə buraxmaqla Bakıya gələrək xarici işlər nazirinin müavini (01.10.1919-dan) təyin edilib. Məhəmməd xan Təkinskinin ölümü tarixi də son illərə qədər naməlum olaraq qalsa da, biz tədqiqatçı Ədalət Tahirzadə tərəfindən tərtib olunmuş “1937-1938-ci illərdə güllələnən (həbs olunan) şəxslər” siyahısında onun da adına rast gəlirik. Onun adının qarşısında “18.03.1938*, 58 yaş” yazılıb.

  388. Talıbxanbəyov Talıbxan bəy  Repressiya qurbanı . Talıbxan bəy Çar Rusiyası və AXC dövründə ŞamaxıdaQubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir.

  389. Tatoğlu Həsən (1875 – 1920) Gəncə üsyanının (1920) rəhbərlərindən. Həsən Hacı Mustafa oğlu Adıgözəlov.1875-ci ildə anadan olmuşdu. Gəncə üsyanından sonra bolşeviklər tərəfindən mütləq güllələnəcəyini yəqin bildiyindən Batuma “qaçmışdı”. Məqsədi Batumdan gəmilərdən biri ilə Türkiyəyə getmək idi...Lakin, 1920-ci ilin iyununda şəhərin yaxınlığında ələ keçmiş və naməlum şəraitdə öldürülmüşdü.

  390. Talışxanov Xəlil bəy Mirəli xan oğlu (1859-1920) — general-mayor. General-mayor Xəlil bəy Talışxanov (bəzi sənədlərdə Talışinski) barəsində məlumat olduqca azdır. Məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya Müharibəsində iştirak edib və müharibə dövründə general-mayor rütbəsinədək yüksəlib. 1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1-ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilir. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq məqsədi ilə dərhal Bakıya yollanması vətənpərvərliyindən  və igidliyindən xəbər verir. 1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər. X.Talışinski və onun zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başladılar. "Səadət" məktəbinin zirzəmisində patron sexi yaratmışdır. Onun yaratmaqda olduğu alayın hissələri Bakıda mart qırğınları zamanı bolşevik-erməni qüvvələrinə qarşı inadlı müqavimət göstərmiş və müqavimət sayəsində dinc əhalinin bir qisminin Abşeron kəndlərinə çəkilməsini təmin etmək mümkün olmuşdur. Onun Bakıdan çıxarılması məlum olsa da, sonrakı taleyi barəsində məlumat yoxdur.

  391. General-leytenant Tarxanov Gennadi Nikolayeviç -
    Nazirlikdə Hərbi Mühəndis İdarəsinin rəisi.  

  392. Podpolkovnik Talışxanov Fuad xan Həsən xan oğlu -   
    1896-cı ildə Lənkəranda zadəgan ailəsində anadan olub. Tiflis kadet korpusunu  bitirib. Çar ordusunda rotmistr rütbəsinə qədər yüksəlib. 1918-1920-ci illərdə  Birinci Cavanşir piyada alayının yavəri olub. Sovetlər vaxtı Qızıl Orduda müxtəlif  komandir vəzifələrində çalışıb, podpolkovnik rütbəsinə qədər yüksəlib. 1930-cu  ildə Gəncədə hərbi müfəttişlikdə işləyəndə həbs edilib.  

  393. Praporşik Talıbov Nemətulla Talıb oğlu - 1895-ci ildə  
    Maştağa kəndində anadan olub. Bakıda ticarət məktəbini və 1918-ci ildə Gəncədə  hərbiyyə məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  394. Talıblı Böyükağa Mirqasım oğlu – şair, publisist, 
    «Keyf içində (1929), «Tövbə» (1930), «Dirək» (1971), «Seçilmiş əsərləri» (1938) kitablarının müəllifi olmuşdur. 1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.

  395. Usubov İbrahim ağa (tam adı: İbrahim ağa Мusa ağa oğlu Usubov, ;6 mart 1872QazaxQazax qəzasıRusiya İmperiyası –16 iyun1920NarginBakıAzərbaycan SSRSSRİ) – Çar Rusiya ordusunda general-mayor.

  396. Usubbəyov Abbas bəy - Gəncə Müsəlman Xeyriyyə cəmiyyətinin üzvü, 1921-ci ilin əvvəllərində Gəncədə «Günəş-Qafqaz» adlı partiya yaranıb fəaliyyətə başlamışdı. Bu təşkilata xeyli türkiyəli zabitlər də daxil olmuşdu. Rəhbərliyinə Cabbar Qoşqarov, Abbas bəy Usubbəyov (Nəsib bəy Yusifbəylinin qardaşı oğlu) və Seyidəli İsrafilverdiyevin daxil olduğu bu partiyanın nəzdində güclü hərbi mərkəz formalaşdırılmışdı. 1921-ci il iyunun 3-də Milləti İslamla «Günəş-Qafqaz» Gəncə toplantısında birləşmək qərarına gəldilər və bundan sonra partiya «Azərbaycan Milli Müdafıə İslam Firqəsi» (AMMİF) adlandı. Bu partiyaya sədr Cabbar Qoşqarov, sədr müavini Əli Səmədov, katib Abbas bəy Usubbəyov seçildi və partiyanın 21 nəfərdən ibarət MK-sı formalaşdırıldı. Lakin 1921-ci il iyunun axırında Az ÇK (FK)-nın apardığı əməliyyat nəticəsində AMMTF-in rəhbərlik də daxil olmaqla 230 nəfər fəal üzvü həbs edilmişdi. Həbs edilənlərdən 22 nəfər güllələndi, 61 nəfər 5 il, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi, 14 nəfərə isə 5 il icbari həbs cəzası hökmü oxundu. Partiyanın ələ keçmiş qalan üzvlərinin bir hissəsi sürgünə göndərildi, bəziləri də şərti olaraq azadlığa buraxıldı

  397. Vəzirov Firudin bəy — (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; d.19 aprel 1850Tiflis – ö.30 iyun 1925, Bakı) — general-mayor. Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır.. 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir.

  398. Vəzirov Zеynal bəy (Zеynalabdin bəy Mirzə Həmid bəy oğlu )(1854-1933) — məmur, titulyar müşavir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü.1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdi. Yеlizavеtpol (Gəncə) şəhər qəza məhkəməsində çalışmışdı. Ordan Qars hərbi qubеrnatorunun dəftərxanasına kargüzar vəzifəsinə dəyişilmişdi. Bir sürə orda xidmət еtdikdən sonra Gəncəyə qayıtmışdı. Gəncə şəhərində dilmanc işləmişdi. Burada da bir müddət işlədikdən sonra Şuşa şəhərinə dönmüşdü. Şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdı.Zеynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat еdib.

  399. Vəkilov Məcid bəy (1878-1920) - yazıçı, pristav 1920-ci il repressiyasının qurbanı. Onun repressiya qurbanı olmasına səbəb 1920-ci ilin mayında yazdığı "Leninin yarıtmaz sosializmi" adlı iki bəndli şeiri olmuşdur. O dönəmin bir çox qəzet və jurnallarında bu şeir çap edilmişdir. Şeir qəddar rejimin xoşuna gəlmədiyi üçün, həmin il onu öldürməyə qərər veriblər.

  400. Vəkilov Bahadır bəy İbrahim ağa oğlu – Azərbaycan Milli Ordusunun kapitanı. 889-cu il martın 24-də Qazaxda zadəgan ailəsində anadan olub. İlk təhsilini Tiflisdə birinci kişi gimnaziyasında alıb. 1918-ci il mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub. 1920-ci ildə güllələnib.

  401. Vəkilov Qalib bəy İbrahim ağa oğlu - Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. 1920-dən sonra XI ordunun Ənzəlidəki mühəndis qoşunları hissəsinin rəisi, Zaqafqaziya qızıl ordu hərbi inqilab şurası hərbi sənaye komitəsinin direktoru işləyib) (1931-33-də ilk dəfə həbsdə olub, 1937-də isə II dəfə tutularaq güllələnib) 1937-ci ildə Qalib bəy Vəkilovu güllələyirlər.

  402. Vəkilov İbrahim Ağa — (İbrahim Ağa Vəkilov; 7 may 1853Qazax qəzası, Qırax Salahlı k. – 2 iyun 1934) − general, ilk azərbaycanlı hərbi topoqraf. İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1934-cü ildə 2 iyun tarixində İbrahim ağa Vəkilov Bakıda vəfat etmişdir.

  403. Vəkilov Faris bəy (tam adı: Vəkilov Faris bəy İbrahim ağa oğlu; d. 1886 - ö. 1978) — Azərbaycan Xalq Cumhuriyyəti dövrünün ictimai-siyasi xadimi, mühəndis, diplomat. Faris bəy İbrahim ağa oğlu 1886-cı ildə Tiflisdə anadan olmuşdur. Peterburq Texnologiya İnstitutunu bitirib (1914), 1917-ci ilədək Petroqraddakı Putilov və "Feniks" zavodlarınun baş mühəndisi, həmin ildən isə Tiflisdə Qafqaz Su Təsərrüfatı idarəsində işləmişdir. Rus, gürcü, türk, fransız dillərini mükəmməl bilirdi. İxtiralarına görə bir sıra patentlər almışdır. Faris bəy Vəkilov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilən Məmmədyusif Cəfərovun yerinə Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəliyinə rəhbərlik etmişdir. Faris bəy Vəkilov 1978-ci ildə Bakıda vəfat etmişdir

  404. Vəkilov Mustafa ağa Məmməd ağa oğlu — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Azərbaycanın ilk hüquq professoruSarbonna Universitetinin məzunu.Mustafa ağa Vəkilov 1899-cu ildə Qazax qəzasında görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində anadan olmuşdur. 1917-ci ildə Tiflis kişi gimnaziyasını bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi işləmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir.1941-ci ilin yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova «antisovet-millətçi təşkilatda iştirakına görə” cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edib.

  405. Vəzirov Qambay Məmməd oğlu -  (19 avqust 1899, Naxçıvan, İrəvan quberniyası — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya olunmuşdur. 1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir.

  406. Vəzirov Heydər Sadıq oğlu -  (1893, Babək rayonu Nehrəm kəndi - 1937) - hərbi və dövlət xadimi, Azərb. SSR-in xalq torpaq komissarı. İlk təhsilini Naxçıvanda Məhəmməd Tağı Sidqinin üsuli-cədid tipli "Tərbiyə" məktəbində almış, 1913-cü ildə İrəvan seminariyasını bitirərək, gimnaziyanın səkkizinci sinfinə imtahan vermişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusu üçün zabitlər hazırlayan məktəbdə müəllim işləmiş, sonra həmin məktəbin rəisi təyin olunmuşdur. 1937- ildə repressiyaya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir.

  407. Vəkilov  Rəhim bəy -  (1898, 29 fevral 1934)-Azərbaycanın görkəmli siyasi xadimi, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü. Rəhim bəy Alı ağa oğlu 1898-ci ildə Qazax qəzasının Salahlıda mülkədar ailəsində anadan olmuşdur (bəzi sənədlərdə 1897-ci ilin martında doğulduğu göstərilir). Əvvəlcə kənd məktəbinə getməyə başlamışdır. Real məktəbi bitirən R.Vəkilov 1916-17-ci ildə 9 saylı rus-tatar məktəbində xalq müəllimi işləyi O, 1934-cü ildə Tiflisdə çekistlər tərəfindən yenidən həbs olunacağını hiss edib, ələ keçməmək üçün Kür çayinin üzərindəki körpüdə tapança ilə özünü vurmuşdur.

  408. Vəkilov İsfəndiyar bəy İbrahim ağa oğlu - Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu. İsfəndiyar bəy Vəkilov Qazaxda anadan olub. 1907-ci ildə Qori Müəllimlər Seminariyasını qurtarmışdır. Bir müddət Bakıda rus-tatar məktəbində müəllim işləyib. Solovki konslagerində on il həbs cəzası çəkən İsfəndiyar bəy Vəkilov 1936-cı ilin noyabrında qayıtdı. Ömrünün axırına kimi müəllimlik etdi. 1960-cı ildə vəfat etdi.

  409. Vəkilov Lütvəli bəy Abbasqulu bəy oğlu - 1919-cu il fevralın on dördündə praporşik Lütvəli bəy Vəkilov Azərbaycan süvari alayının komandirinə belə bir məlumat göndərmişdir: "Sizin nəzərinizə çatdırıram ki, 1918-ci il iyunun on səkkizində dördüncü Borçalı alayının polkovniki Tuqanov cəbhədəki döyüş xidmətlərimə görə min beş nömrəli əmrlə məni Müqəddəs Georgi xaçı ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmağa təqdim etmişdi. 1890-cı il təvəllüdlü praporşik Lütvəli bəy Abbasqulu bəy oğlu Vəkilovun bundan sonra hansı rütbəyə layiq görüldüyü məlum olmur. Polkovnik Gəray bəy Vəkilovun kiçik qardaşı, praporşik Lütvəli bəy Vəkilovu Zaqafqaziya Baş Siyasi İdarəsi 1932-ci il fevralın 2-də antisovet ruhlu zabit kimi həbs edib beş illik sürgünə göndərmişdi. Minlərlə günahsız Azərbaycan zabiti kimi qırx iki yaşlı Lütvəli bəyin də ömrünün hansı həbs düşərgəsində sona yetdiyi məlum deyil.

  410. Vəkilov Bahadır bəy İbrahim ağa oğlu – Azərbaycan Milli Ordusunun kapitanı. 1889-cu il martın 24-də Qazaxda zadəgan ailəsində anadan olub. İlk təhsilini Tiflisdə birinci kişi gimnaziyasında alıb. 1918-ci il mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub. Cəllad Semyon Pankratovun təsdiq etdiyi dərkənar: "Güllələnsin, hökm dərhal yerinə yetirilsin. 3 iyul 1920-ci il".

  411. Vəlibəyov Bahadır Qasım oğlu- (1894ÇəmənliŞuşa qəzası– 1940Moskva) Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş ProkuroruStalin repressiyalarının qurbanı. 16 fevral 1940-cı ildə SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının qapalı iclasında Vəlibəyov ən ağır cəzaya-ölüm hökmünə məhkum edilmiş və hökm dərhal icra edilmişdir.

  412. Vəzirov Cəmil bəy İsmayıl bəy oğlu- (1886-1943) — Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı (naziri) mühəndis, jurnalist, dövlət xadimi. 1938-ci ildə tutulub  Oryol şəhərinə sürgün olundu. 1943-cü ildə bu şəhərdə ömrünü başa vurdu.

  413. Vəzirov Mirzə Həsən bəy Mirzə Cəfər oğlu - siyasətçi. Cəbrayıl qəzasının 2-ci sahə polis Pristavı. Şuşada anadan olmuşdu. Əvvəllər Şuşa şəhərində tərcüməçi və pristav köməkçisi işləmişdi.Repressiya qurbanı.

  414. Vonsoviç Stanislav Aleksandroviç - Azərbaycan Demokratik Respublikası parlamentinin polyak əsilli deputatı. 1888-ci ildə Vitebsk quberniyasında anadan olmuşdur. 1918-1920-ci illər ərzində AXC parlamentində IX Milli azlıqlar fraksiyasında fəaliyyət göstərmişdir. Sanislav Vonsovic əsasən Bakı şəhərində yaşayan polyakların məsələləri ilə məşğul olurdu. Daha sonra Dno şəhərində qatar stansiyasında yanğınsöndürən işləmişdir. Stanislav Vonsoviç haqqında 1 oktyabr 1937-ci ildə KQB tərəfindən həbs əmri çıxarılmış, 27 gündən sonra edama məhkum olunmuş, 1 noyabr 1937-ci ildə güllələnmişdir

  415. Polkovnik Vəkilov Gəray bəy Abbasqulu bəy oğlu -   
    1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub. Birinci süvari  alayının komandiri kimi Gəncədə, Tərtər və Bakıda xidmət edib. 1920-ci ilin  əvvəllərində isə Bakıda birinci kadet korpusunda hərbi təhsil hissəsinin rəisi idi.  Polkovnik Gəray bəy 1884-cü ildə Qars şəhərində polkovnik Abbasqulu bəy  Vəkilovun ailəsindo anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və  
    Birinci Cahan savaşlarında döyüşən orduda iştirak edib. Döyüş xidmətlərinə görə  “Müqəddəs Georgi” ordeni ilə təltif olunub. İyirminci ildən sonra Şəkidə yerləşən  ikinci qırmızı kadet korpusunda işləyib. 1924-cü ildə ordudan tərxis olunub. 1952- 
    ci il martın 14-də Bakıda vəfat edib.  

  416. Ştabs-kapitan Vəkilov Nəsib ağa Əsəd ağa oğlu -  1899- 
    cu ildə Qazaxda anadan olub. Gəncədə praporşiklər məktəbini bitirib. Musavat  zabiti olduğuna görə 1940-cı ildən 1955-ci ilə qədər Maqadan və Norilskiyə sürgün  edilib, Həmin ili Vətənə qayıdan Nəsib ağa 1963-cü ildə Bakıda vəfat edib.

  417. Vəzirov Şamxal bəy - 1885-ci ildə Şuşada doğulub. 1918-ci ildə Azərbaycanda demokratik respublika qurulanda Şamxal bəy bacarıq və işgüzarlığına görə hökumət tərəfindən Qaryagin qəza pristavının köməkçisi vəzifəsinə təyin edilib.  Şamxal bəy əmisi Bəhram bəylə birlikdə "İttihad" partiyasına daxil olaraq gizli fəaliyyətə keçib. Lakin İsfəndiyar bəy də, Şamxal da, Bəhram da repressiyadan yaxa qurtara bilmədilər. Şamxal beş il iş alaraq (1927) sürgün edildi. 1932-ci ildə vətənə qayıtdı. Bir müddət işsiz qalan Şamxal bəy Vəzirov yenidən torpaq əkib-becərməklə məşğul oldu. Ancaq düşmənləri ondan əl çəkmədilər. 1937-ci ilin oktyabrında Şamxal yenidən həbs edildi və güllələndi.

  418. Kapitan Vəkilov Bahadır bəy İbrahim ağa oğlu -  1897- 
    ci ildə anadan olub. Birinci Dünya müharibəsində “Dikaya diviziya”nın Tatar- Azərbaycan alayında qulluq edib. Döyüşlərdə göstərdiyi igidliyə görə “Müqəddəs  Georgi”ordeni ilə təltif olunub. 1920-ci ildə parlament bölüyünün komandiri idi.  1920-ci il mayın otuzunda bolşevik-daşnak dəstələri tərəfindən güllələnib.  

  419. Podporuçik Vəkilov Sadıq Əsgər oğlu - 1895-ci ildə Qazax  
    qəzasının Salahlı kəndində ziyalı ailəsində anadan olub. Musavat Ordusunda  üçüncü Gəncə piyada alayında və üçüncü Şəki süvari alayında kiçik zabit kimi  xidmət edib. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını və 1918-ci ildə  Gəncədəki praporşiklər məktəbini bitirib.  1920-ci il Aprel işğalının qurbanı.

  420. Vəzirov  Bəhram bəy İsmayıl bəy oğlu (1886-1929) - Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü. İsmayıl bəyin ikinci oğlu Bəhram bəy 1886-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Bakı real məktəbini bitirib, Sankt-Peterburq Meşəçilik İnstitutuna daxil olmuşdu. Oranı tamamlayıb, aqronom-meşəçi ixtisası almışdı. Qax bölgəsində meşəbəyi işləmişdi. Bəhram bəy Vəzirov 1929-ci ildə Ağdam həbsxanasında vəfat edib.

  421. Ziyadxanov İsmayıl xan Əbülfət ağa oğlu - Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat. 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. 1920-ci ildə vəfat edib

  422. Ziyadxanov  Adil xan Əbülfət ağa oğlu- (1872-1954) - görkəmli dövlət xadimi, alim, diplomat. Əbülfət ağanın üçüncü оğlu Adil xan 25 sеntyabr 1872-ci ildə Gəncə şəhərində dоğulmuşdu. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra xarici işlər nazirinin müavini təyin edilib (30.10.1918). Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin yaranması haqqında 16 iyun 1919-cu il tarixində qərar verib və 4 oktyabrda nümayəndəliyin ştatını təsdiqləyərək nazir müavini Ziyadxanovu nümayəndəliyin başçısı təyin edib. Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb.1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat etmişdir.

  423. Zülqədərov Əli bəy Allahyar bəy oğlu(19.12.1884, Xılxına k.-?) Allahyar bəy Zülqədərovin oğlu. Tiflis 1-ci gimnaziyasını bitirib (1903) Novorossiysk Universitetinin hüquq fakültəsini (1903-1906), Peterburq Univsitetini (1906-1908) bitirib. Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra İrana, oradan isə Fransaya köçüb, sonrakı taleyi barədə məlumat azdır. Ramiz Abutalıbovun verdiyi məlumata görə Zorya (“Zorka”) Tukayeva (qızlıq familayası Zülqədər) və Yuliya Zülqədər rus provaslav qəbiristanlığında torpağa tapşırılıblar.

  424. Zülqədərov Lütvəli bəy Mehralı bəy oğlu (1881-1920) - Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Lütvəli 1881-ci ildə Yelizavetpol quberniyasında iri mülkədar ailəsində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lütvəli bəy Gəncədə yaşayırdı. O, 1920-ci il Gəncə üsyanında (24 may-4 iyun) işğalçı XI orduya qarşı yerli əhalinin sırasında axıradək vuruşmuşdu. Üsyan yatırıldıqdan sonra Türkiyədən ona Gəncədən çıxıb oraya gəlmək təklif olunmuşdu. Lakin Lütvəli bəy buna razı olmamışdı və  bolşeviklər onu tutub elə 1920-ci ilin iyun ayında güllələmişdilər.

  425. Zülqədərov Allahyar bəy -məşhur Allahyarbəy Zülqədərov 1918-ci il yanvarın 5-6-da baş verən üsyan zamanı öldürülüb. Arxiv sənədləri əsasında hesablanıb ki, həmin günlərdə Allahyar bəyin üç qardaşı, oğlu Məmməd bəy, kiçik qızı Şahbanu və arvadı Seyidnisə xanım da daxil olmaqla Zülqədərovlar nəslindən 20 nəfər qətlə yetirilib.

  426. Zeynalov Balasadıq Umruz oğlu- (16.11.1937*) - Əski Müsavat Partiyasının Balaxanı-Sabunçu özəyinin sədri.  O, bolşevik işğalına qarşı müqavimət göstərdiyinə görə Solovki düşərgəsinə sürgün edilib, sonra həbsdən qaçaraq Balaxanıya qayıdıb və gizli fəaliyyət göstəribmişdir. Ancaq həbsdən  qaçan bu cəsur insan 1937-ci il repressiyalarından qaça bilməyib.

  427. Zizikski  Əli bəy Harun bəy oğlu- (noyabr 1876 - 17-18 sentyabr 1929) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü. Eyni zamanda Bakı qubernatorunun köməkçisi olmuşdur. Mir Cəfər Bağırov Respublikada olmadığı vaxtda 28 dekabr 1926-cı ildə həbs edilmişdir. 6 avqust 1928-ci ildə AzSSR Cinayət Məcəlləsinin 63, 75 və 18-84-cü maddələri (əksinqilabçılıq fəaliyyəti, xarici əksinqilabçılıq təşkilatları ilə əlaqə) ilə təqsirli elan edilərək, ölüm cəzasına məhkum olunmuşdur.  Hökm 1929-cu ilin sentyabr ayının 17-dən 18-nə keçən gecə vaxtı icra olunmuşdur.

  428. Zərbəliyev  Kərbəlayı Abdulla- məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər ‎Dumasının üzvü. ‎Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. ‎Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Kərbəlayı Abdulla 1933-cü ildə Şüvəlandakı bağını, torpaq sahələrini və digər mülkünü bolşeviklərə ‎könüllü təhvil verməkdən imtina etdiyi üçün həbsə alınaraq Bayıl təcridxanasına göndərilir.Həbsxanada öldürülüb.

  429. Praporşik Zeynalov Ramazan Abuzər oğlu -  1897-ci ildə  
    Bakıda anadan olub. Dörd sinifli gimnaziyanı və 1920-ci il aprelin 24-də  Azərbaycan  hərbiyyə məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.

  430. Praporşik Zeynalov Abbas Əli oğlu -  1895-ci il mayın 25- 
    də Poltaratsk şəhərində meşşan ailəsində anadan olub. Beş sinifli gimnaziyanı və  Gəncədəki hərbiyyə məktəbini bitirib.    1920-ci il Aprel işğalının qurbanı.

  431. Yunker Zülfüqarov Muxtar Abuzər oğlu -  1902-ci il  
    mayın 25-də Qubanın Çiçi kəndində anadan olub. Quba qəzasında ruhani  seminariyasını və Azərbaycan hərbiyyə məktəbini bitirib.  Beş dil bilib: ərəb, türk,  fars, alman və tat.  1920-ci il Aprel işğalının qurbanı.

  432. Yusifbəyli Nəsib bəy Yusif (Usuf/Usub) bəy oğlu ( 1881GəncəYelizavetpol quberniyası –1920) - Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı, ictimai-siyasi və dövlət xadimi, publisist idi. Qətlə yetirilib

  433. Məsumə xanım Yadigarova -(?-1923-cü il)  Zaqafqaziya Qadın Xeyriyyə Cəmiyyətinin üzvü. Mirkazım bəy Talışxanovun həyat yoldaşı. Repressiya qurbanı.

  434. Yadigarov Həsən bəy İsrafil ağa oğlu - azərbaycanlı hərbçi, general-mayor. 1856-cı ildə Tiflis quberniyasının Borçalı qəzasınin Təkəli kəndində anadan olmuşdur.

  435. Yadigarov Kərim bəy - On yeddinci Nijedraqun alayında kornet rütbəsində xidmət edib. Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində anadan olmuşdur. Kərim bəy Yadigarov  ön cəbhədə apardığı uğurlu döyüşlərə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli “Müqəddəs Stanislav” (qılıncla birgə) və dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “İgidliyə görə” yazısı ilə) ordenlərilə təltif olunmuşdur

  436. Yadigarov Nadir bəy - Qafqaz Canişinliyində hərbi müşavir. Poruçik rütbəsi. Vəfat tarixi1920-ci il.

  437. Yusifbəyli Eyyub bəy - 1922-ci ildə Yusif bəyin 23 yaşlı gənc oğlu Eyyub bəy iki dəfə həbs olunub. Üçüncü dəfə 1927-ci ildə Gəncə üsyanında iştirakına görə həbs edilib. Sibirə də, hələ çarizm dövrünün məşhur cəzaçəkmə düşərgəsi kimi tanınan, Solovki düşərgəsinə sürgün edilib. Eyyub bəy 1933-cü ildə həbsdən buraxılıb. Təkrar həbsdən yayınmaq üçün gizli həyat tərzi keçirir. Faydası olmur. 1948-ci ildə təzədən həbs edilərək onu Sibirə sürgün ediblər. 1956-cı ildə vətənə qayıdır və bəraət alır. 1966-cı ildə Gəncədə dünyasını dəyişir.

  438. Yadigarov Davud bəy - 1881-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində anadan olmuşdur. 1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu kornet rütbəsində bitirmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 23 oktyabr 1919-cu ildə hərbi nazir Səməd bəy Mehmandarovun 492 saylı əmrilə ona general-mayor rütbəsi verilib. 1920-ci il 28 aprel çevrilişindən sonra Davud bəyin taleyi məlum deyil.

  439. Yusifzadə Əli, Əli Yusif- (tam adı: Yusifzadə Əli Cəlal oğlu;  1900,  Şuşa - 1937DaşkəndÖzbəkistan) — Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yazmağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı. O, Özbəkistana sürgün edilib. 1937-ci ildə Əli Yusifzadə Daşkənddə yenidən həbs edilib. Uzun və işgəncəli istintaqdan sonra, yəni 1937-ci ilin avqustun 18-də həbsxanada güllələnib və cəsədi də gizlədilib.

  440. Praporşik Yusifov Ağabala Əli oğlu -  1898-ci ilin yanvar  
    ayında Bakıda fəhlə ailəsində anadan olub. Gimnaziya təhsili alıb. 1919-cu ildə  Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci il Aprel işğalının qurbanı.


Tamamlanmamış siyahı


  1. Podpolkovnik Yaqub bəy 

  2. Podpolkovnik Əhmədzadə 

  3. Nağı bəy Əlizadə

  4. Mayor  İlyas bəy Talışxanlı 

  5. Ştabs-rotmistr Murad xan Naxçıvanlı

  6. İbrahim bəy Fəttahov

  7. Cəfər bəy Axundzadə

  8. Hüseyn bəy  Mirizadə  




Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa

göndərilən və məzarı tapılmayan tələbələrin siyahısı



  1. Xələfbəyov Məmməd Xələf bəy oğlu -  (20.6.1898, Şamaxı-?) fizika-riyaziyyat sahəsində təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Vətənə dönən Xələfbəyov 1930 -cu illərin repressiyasına məruz qalaraq Sibirə (Rusiya, Maqadan) sürgün edilmişdir.

  2. Xiromanov Zəkəriyyə Əbdülhəmid oğlu -  (22.11.1899, Dağıstan-?). Elektrotexnika sahəsində təhsil almaq üçün Ştutqarta (Almaniya) göndərilmişdir.Sonrakı taleyi barədə məlumat aşkar olunmayıb. Xaricdə təhsil alan tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün araşdırmalarında onun təhsilinin bitməsinə il yarım qalması haqqında son məlumatlar qeyd edilir.

  3. Xudaverdiyev Əlibala Murtuza oğlu - (1901, Navahı kəndi-?). Təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Bonn Universitetinə göndərilmiş, lakin sonrakı taleyi haqqında məlumat yoxdur.

  4. İsgəndərov Ağalar Məşədi Abbasqulu oğlu -  (sentyabr,1899, Şamaxı-?).Kimya üzrə təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  5. Kazımov Cəfər Ələsgər oğlu - (4.1.1897, Bakı-14.8.1968, Bakı).Təhsilini davam etdirmək üçün Almaniyanın Frayburq Dağ-Mədən Akademiyasına göndərilmişdir. Vətənə qayıtdıqdan sonra 1930-cu illərin represiyasına məruz qalmış, 1955-ci ildə bəraət almışdır. Ömrünün son 20 ilini iflic vəziyyətində yaşamışdır.

  6. Kərimov Əli Xasbulat oğlu -  (fevral, 1902, Balaxanı-?). Tarix-filologiya ixtisası üzrə xaricə göndərilmişdir. Haqqında məlumat tapılmayıb.

  7. Qaracəmirli Məcid bəy Qasım oğlu - (?, Gədəbəy-?). Xarkov Universitetində 3 il təhsil almışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  8. Qədimov Lətif Şirin oğlu -  (20.3.1895, Şuşa-?). Nəqliyyat sahəsində təhsilini davam etdirmək üçün Berlin Parloffen İnstitutuna göndərilmişdir. Taleyi barədə məlumat yoxdur.

  9. Quliyev Mirzə Hüseyn Hənifə oğlu  - (1.1.1900, Bakı, Bülbülə kəndi-?).Kimya sahəsində təhsilini davam etdirmək üçün Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  10. Məmmədov Ağabala Ələsgər oğlu - (1892, Tiflis-?). Xarkov Texnologiya İnsitutunda 3 il təhsil alsa da maddi çətinlik səbəbilə geri dönmüş, lakin parlamentin qərarı ilə yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  11. Məmmədov Həmid Məmməd oğlu -  (20.1.1900, Qars-?). Tibb sahəsində təhsil almaq üçün Ştutqarda (Almaniya) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  12. Məmmədov Hüseynbala Cəfərqulu oğlu  - (22.10.1899, Dərbənd-?). Bonn Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  13. Məmmədov Qəhrəman İsrafil oğlu -  (1897, Tiflis-?). Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.

  14. Məmmədov Nəbi - (?-?). Kiyev Dövlət Universitetində təhsilini maddi çətinlik səbəbilə davam etdirə bilməmiş, dövlət tərəfindən yenidən Kiyev Universitetinə göndərilsə də, sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.

  15. Məmmədov Zal Məmmədcavad oğlu (1898, Şuşa-?). Dağ mühəndisliyi təhsili almaq üçün Drezden Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  16. Məmmədyarov Əbdülsəməd Bağır oğlu (27.9.1889, Bakı-?) Xarkov Universitetində təhsil almışdır. Sonrakı taleyi barədə məlumat yoxdur.

  17. Mirqasımov Zeynəlabidin Mirələsgər oğlu - (1887, Bakı-?). Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

  18. Mirzə bəy Göygöl -  (?-?) Berlin Universitetində təhsilini başa vursa da, sovet işğalı səbəbilə Azərbaycana geri dönə bilməmişdir.

  19. Muxarski Süleyman Bikir oğlu(20.7.1900, Vilno,Ostrino-?). Milliyyətcə tatar olan Süleyman hüquq sahəsində təhsil almaq üçün Liona (Fransa) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

  20. Muradov Abbas Həmid oğlu (?, Şuşa-?). Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

  21. Muradov Məhəmməd bəy Fəxrəddin oğlu (1.1.1900, Şuşa-?). Paris universitetinə göndərilmişdir. Sonraki taleyi haqqında məlumat aşkarlanmamışdır.

  22. Musayev Cəmil İbrahim oğlu (14.3.1897, Şuşa-29.1.Şuşa). Berlin Universitetində memarlıq təhsili aldıqdan sonra 1925-ci ildə Bakıya qayıtmışdır.

  23. Mustafayev Ağahəsən Manaf oğlu (1900, Bakı-?). Gəmiqayırma üzrə təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

  24. Mustafayev Ağasəfər Hüseynqulu oğlu (9.1.1894, Tiflis-?). Məlumat yoxdur.

  25. Mustafayev Mustafa Rəhim oğlu (17.10.1895, Qazax-?). Fransada ailə qurub,geri dönməyib.

  26. Münşüzadə Hilal Hüseyn oğlu -  (12.4.1899, Şuşa-?). Berlində ailə qurub, geri dönməyib.

  27. Nağıyev Hüseyn Musa oğlu -  (1897, Gəncə-?). Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmayıb.

  28. Nəbiyev Mahmud -  (3.4.1893,Nuxa-?). Kiyevə göndərilmiş, lakin əlavə məlumat yoxdur.

  29. Nərimanbəyov Yaqub Fərman Əmir oğlu -  (14.6.1898, Şuşa-?). Paris Universitetinə göndərilmişdir. Vətənə döndükdən sonra 1937-ci il dekabrın 31-də Sibirə sürgün edilmişdir.

  30. Pirverdiyev Hənifə Murad oğlu -  (1893, Tiflis-).1917 ildə Bakı orta inşaat məktəbini bitirmiş, qərara əsasən Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  31. Rəcəbli Əhməd Cabbar oğlu - (14.2.1898, İrəvan-15.12.1963.Bakı). İrəvan kişi gimnaziyasını bitirmiş (1916),həmin il Moskvada Petrovski-Razumovski Akademiyasının tibb şöbəsinə qəbul edilmişdi.Lakin maddi çətinliklə əlqədar təhsilini yarımçıq buraxmağa məcbur olmuşdu.1919-cu il 1 sentyabr tarixli qərara əsasən, təhsilini davam etdirmək üçün İtaliyaya göndərilmiş, 1923-cü ildə Peruca şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunu genetika-seleksiya ixtisası üzrə bitirmişdir. O, qırxdan artıq elmi əsərin, o cümlədən "Azərbaycanın meyvə bitkiləri" monoqrafiyasının müəllifidir. 1935-ci ildə ona professor elmi adı verilmişdir.1937-ci ildə repressiyaya məruz qalaraq, Rusiyanın Maqadan vilayətinə sürgün edilmişdir.1955-ci ildə bəraət almışdır.1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının akademiki və Rəyasət Heyətinin üzvü seçilmişdir.

  32. Rəhimli Məmmədəli Paşasadiq oğlu - (10.4.1899, Tiflis-?) 1918 ildə Tiflis gimnaziyasını bitirmiş, qərara əsasən Darmştat (Almaniya) İnstitutuna göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  33. Rəhimov Cəbrayil Məmmədrza oğlu -  (1892, Bakı-?). Parisə göndərilmişdir. Əlavə məlumat yoxdur.

  34. Rəhimzadə Abdulla Məhəmməd oğlu -  (1898, Gəncə-?) Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.

  35. Rzayev Nüsrət Rza oğlu  - (1899, Lənkəran-?). Berlinə göndərilmişdir. Başqa məlumat yoxdur.

  36. Rzayev Tağı Əsgər oğlu - (1895, İrəvan-?). Parisə göndərilmişdir.Əlavə məlumat yoxdur.

  37. Rzazadə İsgəndərxan Cabbar oğlu -  (5.11.1897, Tehran-1938. Bakı). Berlindən Vətənə qayıtmasına baxmayaraq, 1937-ci il repressiyasının qurbanlarından biri olmuşdur.

  38. Sadıqov Mirsadıq Səid Kamil oğlu -  (1896, Bakı-?). Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.

  39. Salahov Yusif Hüseyn oğlu  - (6.9.1897, Şuşa -? ) 1918-ci ildə Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən Münxen Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Azərbaycana geri qayıtmış, həkimlik etmiş, diaqnostika sahəsində tanınmışdır. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, Kiyev ətrafında döyüşlərdə əsir düşmüş, Vətənə geri dönə bilməmişdir. Türkiyəyə gedərək ömrünün sonunadək orada yaşamışdır.

  40. Seyidəliyev Mirməmmədrza Abutalıb oğlu (1898. Şamaxı-?) 1919-cu ildə Bakı gimnaziyasını bitirmiş, qərara əsasən Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

  41. Sədi Hacı Həsən oğlu (?.Göyçay-?) 1919-cu ildə İstanbul Universitetində tibb təhsilini maddi çətinlik səbəblə başa vura bilməmiş, Vətənə qayıtdıqdan sonra qərara əsasən yenidən İstanbula göndərilib, sonrakı taleyi haqqında məlumat aşkarlanmayıb.

  42. Səfərov Məşədi Məşədi Hacı oğlu (1.12.1899.Şuşa-?) 1917-ci ildə II Nikolay adına Dərbənd realnı məktəbini bitirmişdir. Parlamentin qərarına əsasən Darmştad (Almaniya) Universitetinə göndərilib. Haqqında başqa məlumat yoxdur.

  43. Səidzadə Mirismayıl Səidəhməd oğlu (30.1.1896. Lənkəran-?) Berlinə göndərilib. Əlavə məlumat yoxdur.

  44. Səlimov Hüseynqulu Yusif oğlu (9.10.1889.Bakı-?) Bakı realnı məktəbini bitirmişdir. (1909) Sonra Xarkov Texnologiya İnstitutunun kimya şöbəsində 3-cü kursadək oxumuşdur. Maddi çətinlik üzündən təhsilini tamamlaya bilməmiş Vətənə geri qayıtmış. Lakin AXC parlamentinin qərarına əsasən yenidən Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınır. Lakin vətəndaş müharibəsi getdiyindən oraya getməsi mümkün olmamışdı. Sonrakı taleyi barədə məlumat yoxdur.

  45. Sultanov Baxşəli bəy (?.Zəngəzur qəzasının Tanzıvar kəndi-?) Şamaxı realnı məktəbini bitirmişdir. Don Alekseyevsk Politexnik İnstitutunun dağ mühəndisliyi şöbəsində 3-cü kursadək oxumuşdur. Maddi çətinlik üzündən Vətənə dönmüş, Azərbaycan parlamentinin qərarına əsasən Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin həmin vaxt Rusiyada gedən vətəndaş müharibəsi tələbələrin ora getməsinə mane olmuşdu. Əlavə məlumat aşkarlanmayıb.

  46. Soltanov İsgəndər Rüstəm oğlu (25.5.1897.Zəngəzur-?). Bakı kommersiya məktəbini bitirmişdir (1916), Şuşa Qəza Polis İdarəsində işləmişdir.Azərbaycan parlamentinin qərarına əsasən dağ mühəndisliyi sahəsində təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat yoxdur.

  47. Şahnəzərov Əhməd Hacı oğlu - (2.1.1899.Dağıstan-?). Nansi şəhərinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat yoxdur

  48. Şahsuvarov Mürsəl Adilxan oğlu (19.6.1900.Zəngəzur?) Leypsiq (Almaniya). Sonrakı taleyi barədə məlumat yoxdur

  49. Şahsuvarov Surxay Əzim oğlu   (19.7.1900.Zəngəzur?). Frayberq (Almaniya). Məlumat yoxdur.

  50. Şıxıyev Hüseyn Mustafa oğlu (25.6.1898.Qazax-?) Frayberq. Sonrakı taleyi barədə məlumat yoxdur.

  51. Tahirzadə Abdulla Mahmud oğlu (1896. Oğuz-2.11.1978. Bakı). İlk təhsilini Ağdaşda, orta təhsilini İstanbulda xeyriyyə məktəbində almışdır. Parlamentin qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. İstanbulda Ali İqtisad Məktəbində və İstanbul Universitetinin riyaziyyat fakültəsində oxumuşdur. 1923-cü ildə Vətənə dönmüş, Azərbaycan orta ixtisas və ali məktəblərində müəllim işləmişdir. 1949-cu ildə repressiyaya məruz qalmışdır. 1955-ci ildə bəraət almış və həmin ildən indiki Neft Akademiyasında dərs demişdir.

  52. Teymurxanov Murad Zabir oğlu (3.1.1899.Dağıstan-?) Karlşruhe (Almaniya) şəhərinə göndərilmişdir. Məlumat yoxdur.
    53. Topçubaşov Rəşid Əlimərdan bəy oğlu (26.10.1900.Tiflis-1926.?) 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Qərara əsasən təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Paris (Fransa) Sülh Konfransına göndərilmiş Azərbaycan hökuməti nümayəndə heyətinin katibi Əlimərdan bəy Topçubaşovun oğlu olan Rəşid bəy Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qurulan Sovet hökümətinin təqaüdündən imtina etmişdir.

  53. Umudov Mansur Hakim oğlu (18.3.1898.Daşkənd-?). Fransa. Sonrakı taleyi barədə məlumat yoxdur.

  54. Vəkilov Mustafa Məmmədağa oğlu (25.1.1899.Tiflis-30.4.1943). Tiflis kişi gimnaziyasını bitirmişdir (1917). AXC-nin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi işləmişdir. Parlamentin qərarına əsasən təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. M.Vəkilov təhsilini bitirdikdən sonra ədliyyə orqanlarında (1924-27) və ali məktəblərində çalışmış,bundan əlavə elmi-tədqiqat, tərcümə və redaktə işləri ilə məşğul olmuşdur. Azərbaycanda ailə hüququ, hüquq və əxlaq və s. mövzularda əsərlər, həmçinin mülki hüquqdan qısa dərslik yazmış, "Rusça-Azərbaycanca lüğət" (Bakı 1938) tərtib etmişdir. 1937-ci ildə "əksinqilabçı-millətçi təşkilatın üzvü" ittihamı ilə həbs edilmiş, repressiyaya məruz qalaraq, Voloqdaya, sonra isə Komi MSSR-ə sürgün olunmuşdu.

  55. Vəkilov Teymur Məmmədağa oğlu (1892. Tiflis-1948. Bakı). Qori seminariyasını bitirmiş (1911), 3 il Bakı rus-tatar məktəbində müəllim işləmişdir. Petroqrad Psixonevrologiya İnstitutuna qəbul olunmuş (1915), dolanmaq üçün evlərdə dərs demişdir. Rusiyada Oktyabr çevrilişindən sonra təhsilini yarımçıq qoyub geri qayıtmağa məcbur olmuşdu. Azərbaycan Parlamentinin qərarına əsasən Xarkov Tibb İnstitutuna göndərilmişdir.Amma vətəndaş müharibəsi ilə əlaqədar təhsili baş tutmamışdır. Sovet hakimiyyəti dövründə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1942 ci ildə həbs edilib Qazaxıstana sürgün edilmişdir.

  56. Vəliyev İsgəndər Mahmud oğlu (15.4.1896. Bakı-?). Bakı orta inşaat texniki məktəbini bitirmişdir. Kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün Peruça Universitetinə (İtaliya) göndərilmişdir. Başqa məlumat aşkarlanmayıb.

  57. Vəzirov Aslan Zeynalabidin oğlu (6.12.1898. Şuşa-1.4.1984. Bakı). Bakı realnı məktəbini bitirmişdir. 1915-ci ildə Petroqrad Dağ-Mədən Mühəndisliyi İnstitutuna daxil olaraq burada 2 il təhsil almış, Oktyabr çevrilişindən (1917) sonra təhsilini yarımçıq qoyub geri qayıtmışdı. Azərbaycan parlamentinin qərarına əsasən Fransanın Sorbonna Universitetinə göndərilmişdir. Əvvəlcə həmin universitetin fizika-riyaziyyat fakültəsində, sonra isə Nansi Geologiya İnstitutunda oxumuş, təhsilini başa vuqduqdan sonra (1924) Nansi Mineralogiya İnstitutunda kristallokimya sahəsində tədqiqat aparmışdır. 1925-ci ildə Bakıya qayıdıb, Azərbaycan Sənaye İnstitutunda və Azərbaycan Dövlət Universitetində dərs demişdir. 1930-cu ildə professor elmi adı, 1946-cı ildə isə əməkdar elm xadimi fəxri adı almışdır. Ömrünün sonuna bir il qalana qədər Neft və Kimya İnstitutunda kristalloqrafiya və mineralogiya kafedrasının müdiri işləmişdir.

  58. Yusifzadə Ağaəli Cəlal oğlu (1.1.1900. Şuşa-?). Mülxuz (Fransa) şəhərinə göndərilmişdir. Əlavə məlumat aşkarlanmayıb.

  59. Zeynalov Behbudəli Həmid oğlu (2.12.1899. Şuşa-?). Berlin (Almaniya) şəhərinə göndərilmişdir. Əlavə məlumat aşkarlanmayıb

  60. Abidinov Bəhram Əlövsət oğlu (1896. Dərbənd-?). Bonn. (Almaniya) Sonrakı taleyi bəlli deyil.

  61. Abdullayev Ağaəli Rəsul oğlu (1897. Ağdaş-?). 1915-ci ildə Gəncə peşə məktəbini, 1919-cu ildə Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir, təhsilini davam etdirməsi üçün İtaliyaya göndərilməsi qərara alınsa da naməlum səbələrdən bu səfər baş tutmamışdır. Sonrakı taleyi naməlumdur.

  62. Muğanlinski Adil Abbasəli oğlu (13.12.1898. İrəvan-?). 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmişdir. Leypsiqdə (Almaniya) hüquq fakültəsini bitirməsinə yarım il qaldığı qeyd olunur. Sonrakı taleyi barədə məlumat yoxdur.

  63. Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900. İrəvan-?) 1918-ci ildə İrəvan gimnaziyasını bitirmişdir. Qərara əsasən Leypsiq universitetinə (Almaniya) göndərilmiş, ATİ-nın üzvi olmuş, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-33 illərdə ADB-da məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs edilmişdir. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etsə də, 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir. Sonrakı taleyi bəlli deyil.

  64. Ağasıbəyli Yusif Süleyman oğlu (20.12.1896. Gəncə-1989. Gəncə). 1917-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, qərarə əsasən Almaniyanın Drezden Texniki Universitetinə göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Almaniyada işləmişdir. 1931-ci ildə Gəncəyə qayıtmış, yağ emalı zavodunda baş mexanik vəzifəsində işləmişdir. 1937-ci ildə həbs edilmiş, 1956-ci ildə bəraət almışdır.

  65. Ağayev Balağa Hənifə oğlu (1899. Bakı-?) Tibb təhsilini davam etdirməsi üçün Paris Universitetinə (Fransa) göndərilib. Sonrakı taleyi naməlumdur.

  66. Axunov Əjdər (?-?). BDU tibb fakültəsinin 1 -ci kurs tələbəsi, tibb təhsilini davam etdirməsi üçün Parisə göndərilmişdir. AXC süqut etdikdən sonra o, təhsil haqqını ödəmək üçün Fransanın Dinar istirahət şəhərində bir ailədə qulluqçu işləmək məcburiyyətində qalır. Ceyhun Hacıbəyliyə yazdığı son məkubunda vəziyyətinin son dərəcə ağır oldugu görünür.  Sonrakı taleyi haqda məlumat aşkarlanmayıb

  67. Axundov İsmayıl Əbdülxaliq oğlu (25.1.1897. Şamaxı-1952. Bakı). Görkəmli alim, Azərbaycanda tibb elminin tanınmış təşkilatçılarından biri olmuşdur. 1918- ci ildə Bakı kişi gimnazıyasını bitirmiş, qərara əsasən Münxen Universitetinə (Almaniya) göndərilmişdir. Təhsilini bitirdikdən sonra o, Fransa, Əlcəzair və İsveçrədə keçrilən simpoziumlarda iştirak etmiş, 1927-ci ildə dissertasiya müdafiə edərək elmlər doktoru olmuşdur. 1928-ci ildə Bakıya qayıtmaq təklifi almışdır. Vətənə qayıdan İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor elmi adına layiq görülmüşdür. Onun malyariya xəstəliyinin müalicəsində böyük uğurları olmuşdur.

  68. Axundzadə Səməndər Zakir oğlu (1898. Quba-1933). Frayberq akademiyasına (Almaniya) göndərilmiş, təhsilini başa vurub Vətənə dönmüş, Az SSR DPK-də ağır sənaye bölməsində işləmişdir, daha sonra repressiya qurbanı olmuşdur.

  69. Aslanov Teymur Zəkəriyyə oğlu (5.1.1890. Şuşa-16.8.1964. Bakı). 1919-cu ildə Bakı gimnaziyasını əla qiymətlərlə bitirmiş, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün Paris Universistetinə göndərilmişdir. Teymur bəy 1921-ci ildə Almaniyaya köçmüş, Kotbus şəhərindəki toxuculuq mühəndisləri ali məktəbini bitirmişdir (1924). Vətənə qayıtdıqdan sonra Gəncə toxuculuq kombinatına mühəndis, 1931-32-ci illərdə Az.SSR Xalq Yüngül Sənaye komissarlıgında mühəndis, 1933-cü ildən Gəncə toxuculuq kombinatının direktor müavini və direktoru işləmişdir. 1939-cu ildə həbs edilmiş, 1956-cı ildə bəraət almışdır.

  70. Atamalıbəyov Abbas Seyfulla oğlu (26.2.1895. Tiflis-1971, ABŞ. Klivlend). Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi. İlk təhsilini Şamaxıda,sonra isə Tiflisdə almışdır. 1914-cü ildə Peterburq İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuş, bu dövrdə sağ eserlərə qoşulmuş, Müsəlman Həmyerlilər Komitəsinin sədri seçilmişdi. Sonra Rusiyada baş qaldıran xaos səbəbindən Vətənə qayıtmış və siyasi fəaliyyətini davam etdirmişdir. A.Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cumhuriyyət Parlamentində "Sosialistlər bloku" fraksiyasının üzvü idi. Parlamentin 1919-cu il qərarına əsasən təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Cumhuriyyət hökuməti Atamalıbəyovu Paris Sülh Konfransında (1919-1920) Azərbaycan nümayəndə heyyətinin üzvü M. Məhərrəmovu əvəz etmək üçün katib vəzifəsinə təyin etmişdir.Parisdə siyasi fəaliyyətini davam etdirmiş Atamalıbəyov, mühacirət dairələrində tanınan siyasətçilərdən olmuşdur. Eyni zamanda, Parisdə Siyasi Elmlər Məktəbini bitirmişdir. Əlimərdan bəy Topçubaşovun vəfatından (1934)sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbəri idi. Əməkdaşlıq etdiyi "Revyu de Prometey", "O" jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunmuşdur. İkinci Dünya müharibəsində almanlar tərəfindən əsir alınmış azərbaycanlı əskərlərin azad edilməsi üçün xeyli səy göstərmişdir. Sonralar Çilidə, Misirdə,1967-ci ildən isə ABŞ da yaşamışdır. Ömrünün sonuna qədər Azərbaycanın istiqlalı üçün mübarizə aparmışdır. Onu da qeyd etmək lazımdır ki, A.Atamalıbəyov müəyyən məsələlərdə M. Rəsulzadə ilə müxalif mövqedə dayanırdı.

  71. Bağırlı Abdulla Sadıq oğlu (?-?). Kiyevə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  72. Bosnalızadə Məmmədrəşid Mustafa oğlu (21.6.1892. Gəncə-?). Paris Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  73. Cabbarov Ələkbər Məmmədəli oğlu (3.1.1898.Bakı-?). Təbiət elmləri sahəsində təhsilini davam etdirmək üçün Nansi Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  74. Cavanşir Əbdülhəmid Həmid oğlu (7.9.1897. Şuşa-?) 1918-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, aqronomluq sahəsində təhsilini davam etdirmək üçün Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi naməlumdur. 

  75. Cəfərov Əliyusif Abutalıb oğlu (14.1.1901. Bakı-?). 1919 cu ildə Bakı gimnaziyasını bitirmiş, fizika-riyaziyyat sahəsində təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  76. Dadaşov Abdullla Ələsgər oğlu (1.4.1902. Bakı-?). 1918-ci ildə 1-ci Bakı realnı məktəbini bitirmiş, təhsilini davam etdirməsi üçün İngiltərəyə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  77. Daqirov Zaur Yusif oğlu (11.5.1902 Vladiqafqaz -?) 1918-ci ildə Tiflis kadet korpusunu bitirmiş, etnoqrafiya sahəsində təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  78. Dursunzadə Məmmədzəki (1890. Azqur-1937. Tiflis). Tarix-filologiya sahəsində təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini bitirib Vətənə qayıtdıqdan sonra bir müddət müəllim işləmiş, 1937-ci ildə güllələnmişdir.
    80. Əbdürrəhmanov Ağacəfər Cəfər oğlu (30.7.1896. Şamaxı-?) 1917-ci ildə Şamaxı realnı məktəbini bitirmiş, təhsilini kimya sahəsində davam etdirmək üçün Berlin Universitetinə göndərilmişdir. Təhsilinin bitməsinə 1 il qalması qeyd olunsa da, sonrakı taleyi naməlumdur.

  79. Əfəndiyev Abdulla İbrahim oğlu (30.9.1897. Dağıstan-?). 1916-cı ildə Bakı realnı məktəbini bitirmişdir. Moskva Kommersiya İnstitutunun iqtisadiyyat şöbəsində 2-ci kursa qədər oxumuş, maddi çətinlik səbəbilə təhsilini yarımçıq saxlamışdır. Qərara əsasən Berlin Kommersiya İnstitituna göndərilmişdir. Son məlumatlarda təhsilinin bitməsinə 6 ay qaldığı qeyd edilsə də, sonrakı taleyi naməlumdur.

  80. Əfəndiyev Məmmədəmin (14.2.1897. İrəvan-?). 1916-cı ildə Tiflisdəki imperator I Aleksandr gimnaziyasını bitirmiş, daha sonra Moskva Universitetində aldığı təhsili maddi çətinlik səbəbilə tamamlaya bilməmişdir. 1919-cu il 1 sentyabr qərarına əsasən təhsilini yol-nəqliyyat sahəsində davam etdirmək üçün Darmştad İnsititutuna (Almaniya)göndərilmişdir. Sonrakı taleyi naməlumdur. 

  81. Əlimuradov Cavad Cümşüd oğlu (6.7.1898. Fizuli-?) Bakı realnı məktəbini bitirmiş, Fransaya göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  82. Əliyev Abbas Əhməd oğlu (28.7.1897. Şamaxı-1972. Moskva) 1916-cı ildə Bakı realnı məktəbini bitirmiş, Kiyev Politexnik İnstitutunun inşaatçı-mühəndis şöbəsində təhsil alsa da, oktyabr çevrilişi səbəbilə 1918-ci ilə geri qayıtmışdır. Qərara əsasən Berlin Kommersiya İnstitutuna göndərilmişdir. 1925- ci ildə təhsilini başa vurub Vətənə qayıtmış, 1928 ilədək Azərbaycanda işləmiş, sonra Moskvaya köçmüşdür. 1938 ildə 6 ay həbs cəzası almış, II Dünya müharibəsi iştirakçısı olmuş, daha sonra 1947-ci ildə yenidən həbs olunmuşdur. 1956-cı ildə bəraət almışdır.

  83. Əliyev Ələkbər Qəhrəman oğlu (25.8.1897. Şuşa-?) 1916-cı ildə Şuşa realnı məktəbini bitirmiş, KT sahəsində təhsil alması üçün Berlinə göndərilmişdir. Son məlumatlarda təhsilinin bitməsinə 6 ay qalması qeyd edilsə də , sonrakı taleyi naməlumdur.

  84. Əliyev Əşrəf Ağəli oğlu (2.4.1900. Şuşa-1937). Frayberq.(Almaniya) Təhsilini bitirib qayıtdıqdan sonra "Azərneft" İB çalışmış, Bibiheybət neft mədənləri rəisinin müavini, "Kaqonoviçneft" trestinin direktoru vəzifəsində çalışmışdır. Daha sonra repressiyaya məruz qalmışdır. 

  85. Əliyev Firidun Əzim oğlu (3.12.1898. Şuşa-?) Politexnik Məktəbi bitirən Firidun Almaniyaya göndərilmişdir. Lakin sonrakı taleyi naməlumdur.

  86. Əliyev Zeynəlabidin Hacağa oğlu (24.4.1894.Bakı-?). İtaliya. Roma Kral Rəssamlıq Akademiyasına göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  87. Əmircanov Əliyar (?. Bakı-?). Bakı kişi realnı məktəbini bitirən Əliyar müsabiqə yolu ilə Moskva ATM mexaniki şöbəsinə daxil olmuş, 5 semestr oxumasına baxmayaraq, oktyabr çevrilişi səbəbilə Vətənə geri dönmüşdür. Qərara əsasən yenidən Rusiyaya göndərilmişdir. Lakin sonrakı taleyi naməlumdur. 

  88. Əmirov Umbay ( ? - ? ). 1916-cı ildən Odessa Universitetində təhsil alsa da maddi çətinlik səbəbilə təhsilini tamamlaya bilməmişdir. Qərara əsasən yenidən Odessaya göndərilmişdir. Lakin sonrakı taleyi naməlumdur. 

  89. Əşrəfov İsrafil İsmayıl oğlu (30.5.1900.Bakı- ?) 1919-cu il 1 sentyabr qərarına əsasən Paris Universitetinə göndərilsə də sonrakı taleyi naməlumdur.

  90. Hacıyev Bayram İbrahim oğlu (30.6.1900. Şuşa-?) 1918-ci ildə Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən iqtisadiyyat sahəsində təhsil almaq üçün Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  91. Hacıyev Xasbulat İsmayıl oğlu (21.1.1900. Şuşa-?) 1917-ci ildə İrəvan gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, maddi çətinlik səbəbilə geri qayıtmışdır. Qərara əsasən Rusiyaya göndərilsə də sonrakı taleyi naməlumdur.

  92. Hacıyev Məmməd bəy Kərim bəy oğlu (6.3.1896. Şuşa-?) 1916-cı ildə Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən Berlin Universitetinə göndərilsə də sonrakı taleyi naməlumdur.

  93. Hacızadə Mirzə Məşədi Yusif oğlu - ( 1897. Xanlar - 1980. İstanbul) 1915-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, Berlin Universitetinə göndərilmişdir. Azərbaycan işğal edildiyi üçün geri dönə bilməmiş, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə edib, alimlik dərəcəsi almışdır. Bütün cəhdlərinə baxmayaraq Azərbaycana gəlmək arzuları həyata keçməmişdir. Daha sonra Türkiyədən dəvət almış,1961-ci ilədək Türkiyənin Halkalı toxumçuluq stansiyasında işləmiş və ali məktəblərdə dərs demişdir. Burada N.Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurmuş, ömrünün sonunadək İstanbulda yaşamışdır. 34-kitabı, 300-dək elmi məqaləsi çap olunmuşdur. 1968-ci ildə maestro Niyazinin dəvəti ilə həyat yoldaşı Zöhrə xanımla birlikdə Bakıda olmuş,respublika alimləri qarşısında mühazirələr oxumuşdur. Bütün cəhdlərinə baxmayaraq, Gəncəyə getməsinə icazə verilməmişdir. 

  94. Həsənov Əlimuxtar Yaqub oğlu (1896. Bakı-?). 1919 ildə Baki kişi gimnaziyasını bitirmiş, qərara əsasən İstanbul Universitetinə göndərilsə də, sonrakı taleyi naməlumdur.

  95. Həsənov Rzaqulu İsmayıl oğlu (27.9.1889. Quba-?). Frayberqə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  96. Hüseynov Salman Hüseyn oğlu (4.1.1901. İsfahan-?). Firtsurqa göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

  97. Hüseynov Əlihüseyn Ağahüseyn oğlu (1898. Salyan-?). Rostoka şəhərinə göndərilmişdir (Almaniya). Sonrakı taleyi naməlumdur.

  98. Hüseynov Zeynəlabidin Adil oğlu (1900. Bakı-?) 1918-ci ildə Lənkəran kişi gimnaziyasını bitirmiş, təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilsə də, sonrakı taleyi naməlumdur. 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib