Dərc edilib: 29-01-2019

https://www.nuh.az/18726-.html

Mələkxanım Əyyubovanın əri polkovnik oldu

29.01.2019 13:38:36

Mədəniyyət

Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşına polkovnik rütbəsi verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə muğam ifaçısı instaqram səhifəsində məlumat verib. 

O, həyat yoldaşı Xosrov Nəcəfovu yeni rütbə alması və ad günü münasibəti ilə təbrik edib. Sənətçi gəlininin hazırladığı tortun fotosunu izləyiciləri ilə bölüşərək sevincli olduğunu bildirib:

“Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq! Doğum günün mübarək”.

Xatırladaq ki, cütlüyün bu nikahdan iki qız və iki oğlan olmaqla 4 övladı var. 

Əldə etdiyimiz məlumata görə, M. Əyyubovanın həyat yoldaşı Xosrof Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavinidir. Polkovnik-leytenant olan Nəcəfov bu yaxınlarda polkovnik rütbəsi alıb.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib