Dərc edilib: 29-01-2019

https://www.nuh.az/18730-.html

“Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi

29.01.2019 16:58:31

Maraqlı

“Nar” bölgələrdə yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə mağazalarının sayını artırmaqdadır. 


NUH.az   xəbər verir ki, mobil operator növbəti rəsmi və yeni konseptə uyğun mağazasını Zərdab rayonunda təqdim edib. Müasir avadanlıqlarla təchiz edilmiş mağaza Zərdab rayonu, Azərbaycan prospektində yerləşir. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, yeni dükanda müxtəlif təkliflərlə müştərilərinə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq yanvarın 29-u və 30-da hər bir müştəriyə “Nar” nömrə hədiyyə ediləcək. Bundan başqa, telefon və aksesuar alan alıcılara da hədiyyələr veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib