Dərc edilib: 29-01-2019

https://www.nuh.az/18734-.html

ŞAHRZA kimdir ?

29.01.2019 17:55:45

Müsahibə

Nazirə telefon açan şeyx hökmlə “Şahrza Əliyev mənim adamımdır, o işləməlidir” deyib.

 

Əvəzində Mikayıl Cabbarov “baş üstə, şeyx həzrətləri” deyib. Sayt yazır ki, bundan sonra Ş.Əliyevi yanına çağıran təhsil naziri ona A.Paşazadə tərəfindən tapşırıldığını və gedib işi ilə məşğul olmasını deyib. Bundan sonra vəzifəsində saxlanılacağından əmin olan Ş.Əliyev sevincək nazirin iş otağından çıxıb. Ancaq axşam saatlarında M.Cabbarovun kabinetinə çağırılan Ş.Əliyev bu dəfə fərqli bir situasiya ilə qarşılaşıb. Nazirin “ərizəni yazdınmı” sualından şoka düşən şöbə müdiri hansı ərizəni yazmalı olduğunu soruşub. Əvəzində M.Cabbarov onun işdən çıxmaqla bağlı ərizə yazmalı olduğunu deyərək, elə kabinetindəcə Ş.Əliyevə işdən çıxmaqla bağlı ərizə yazdırıb.
Qeyd edək ki, bu xəbər dərc olunduqdan sonra gözlənildiyi kimi, QMİ sədri tərəfindən təkzib olunub. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, məlumat həqiqətə uyğun deyil, Şeyxülislam Ş.Əliyev adlı adam tanımır: “Şeyx belə bir adam tanımır. Onunla heç bir əlaqəsi olmayıb. Kiminsə xahişini də təhsil nazirindən etməyib. Bu tamamilə yanlış xəbərdir”.
Şeyxülislamın mətbuat katibi vasitəsilə xəbəri təkzib etdirməsi gözlənilən olsa da, QMİ rəsmilərinin bu qədər kəskin “yalanlaması” hər kəs üçün gözənilməz olub. Məsələ ondadır ki, Şeyxin Ş.Əliyevi şəxsən tanıması, iki şəxsin arasında yaxın münasibətlərin olması ilə bağlı A.Paşazadəyə yaxın şəxslərdən məlumat almışıq. Hətta bəziləri Şeyxlə Ş.Əliyev arasında qohumluq əlaqələrinin olduğunu iddia edirlər. Ancaq bu xəbər dəqiq olmasa belə, Şeyxin uzun illər Ş.Əliyevi himayə etməsi, iki şəxs arasında yaxın münasibətlərin olması ilə bağlı əlimizdə faktlar var. Hətta bizdə olan məlumatlara görə, bu Şeyxin Ş.Əliyevlə bağlı ilk xahişi olmayıb. Başqa instansiyalardan da dostunun (bəzi məlumatlara görə qohumunun.H) xahişini edib. Bu baxımdan mətbuat katibinin “Şeyx Şahrza Əliyevi tanımır” kimi birmənalı təkzib etməsi bizə təəccüblü gəldi. musavat.com 

NUH informasiya agentliyi səhifəsindən çap edilib