Dərc edilib: 30-01-2019

https://www.nuh.az/18740-.html

“Siz yerli kostyum geyinin”

30.01.2019 14:59:41

Maqazin

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri xarici istehsalçıların tikdiklərini deyil, yerli kostyumları geyinməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident hökumətin iclasında çıxışı zamanı danışıb:

“Ən sadə geyimlər belə bizə xaricdən gətirilir. Yaxşı, modapərəstlər var, onlara “Şanel” və sair verin, bəs sadə xalq? Dünən sərgidə gənclərlə görüşüm zamanı mənə əla kostyumlar və ayaqqabılar göstərdilər. Sadəcə diqqət yetirmirik. Niyə onları inkişaf etdirməyək?”

Nazarbayev hesab edir ki, Qazaxıstanda istehsal edilən kostyumları geyinmək vacibdir: “Baxın, burada əyləşənlərin hamısı yerli kostyumlarda işə gəlməlidirlər. Bunda qorxulu heç nə yoxdur”. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib